Böyük Səlcuq imperiyası

XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində çox mühüm bir hadisə olan Böyük Səlcuq imperatorluğunun əsası qoyuldu. Səlcuqlar oğuz türklərinin üç ox qolunun Qınıqboyuna mənsub idilər. Bu tayfa öz adını Dukak bəyin oğlu Səlcuğun adından götürmüşdü. Oğuz dövlətində subaşı (türk dövlətlərində çox da böyük olmayan hərbi dəstənin başçısı; sülh vaxtı şəhərlərdə və qalalarda asayişə nəzarət edən rəis) Səlcuq bəyin Oğuz yabqusu ilə münasibətləri pisləşdiyi üçün öz tayfasını toplayaraq, Seyhun (Sırdərya) çayının sol sahilində yerləşən Cənt şəhərinə gəlmişdi. Bu narazılığın əsas səbəbi yaşadıqları ərazinin səlcuqlar üçün darlıq etməsi idi. Səlcuq İslam dinini qəbul etdi və Oğuz yabqusuna illik xərac verməyi dayandırdı. Bu hadisə Səlcuğun nüfuzunu daha da artırdı. Səlcuq türkləri burada Qaraxanlılarla toqquşdular. Bu mübarizdə onların müttəfiqi Samanilər idi. Samanilər dövlətinin dağılmasından sonra təklənmiş oğuzlar Qaraxanlıların asılılığını qəbul etməyə məcbur oldular.

Qəznəvi hökmdarı Sultan Mahmud Mavəraənnəhri (Orta əsrlərdə qərbdən Aral gölü, cənubdan Amudərya, şimaldan Sırdərya, şərqdən Fərqanə ilə əhatə olunan ərazi) ələ keçirdikdən sonra 1009-cu ildə Səlcuğun oğlanları Mikayıl və İsraili həbs etdi, səlcuq tayfalarını isə Xorasanvilayətində yerləşdirdi. Mikayılın oğlanları Çağrı bəy və Toğrul bəy qəznəvilərə qarşı mübarizəyə başladıar. Səlcuqlar Sultan I Məsuddan yeni ərəzilər tələb etməyə başladılar. Onlar I Məsudun Hindistana yürüş etməsindən istifadə edərək Bəlx, Tus, Mərv şəhər-lərini tutdular. 1038-ci ildə isə Sultan I Məsud məğlub edildi və səlcuqlar Xorasanın əsas şəhəri olan Nişapura daxil olaraq öz dövlətinin yaradıldığını elan etdilər. Böyük Səlcuq imperatorluğunun (1038-1157) əsası qoyuldu.

Dəndənəkan döyüşü. Nişapurun əldən çıxması sultan I Məsudun 50 minlik qoşun və 300 döyüş fili ilə Xorasana yürüş etməsinə səbəb oldu. Toğrul bəyin göstərişi ilə Səlcuqların hərbi dəstələri geri çəkildi. Qəznəvilərin saysız-hesabsız vergilərindən cana doymuş əhali səlcuqlara rəğbət bəsləyir, Qəznəvilərə heç bir köməklik göstərmirdi. 1040-cı il mayın 23-də Dəndənəkan döyüşündə səlcuqlar milli döyüş üsulundan istifadə etdilər. Bu üsula əsasən ordu qollara ayrılırdı. Bir qol vuruşduqdan sonra geri çəkilir, onu digəri əvəz edirdi. Qəznəvilər ordusundan 3000 nəfər oğuz türkünün səlcuqlar tərəfinə keçməsi nəticəsində Çağrı bəyin başçılıq etdiyi səlcuq ordusu qəznəvilər üzərində parlaq qələbə qazandı. Oğuz qəbilələrinin qurultayında Toğrul bəy sultan elan edildi (1040-1063).

Qəznəvi dövlətinin daxilindəki ziddiyyətlər, İran dehqanlarının müxalifətdə olması, xalqın narazılığı və türk qulamlarının onlarla qohum olan səlcuqlara rəğbət bəsləməsi Dəndənəkan məğlubiyyətinin əsas səbəblərindən idi. Bu qələbə səlcuqların siyasi həyatında dönüş nöqtəsi oldu, onlar Xorasanın tam sahibinə çevrildilər. İran və İraqa gedən yol açıldı. Bu döyüş oğuz ellərinin tabeliyində, Mərkəzi və Ön Asiyanın, eləcə də orta əsr Avropasının sonrakı tarixi inkişafında mühühm mərhələ oldu.

Mərv qurultayında Şərqdə və Qərbdə yeni işğallara başlamaq qərara alındı. Qəznəvilər və Qaraxanlılarla toqquşmaq səlcuqlar üçün əlverişli olmadığı üçün əsas hücum istiqaməti kimi dağınıqlıq dövrü keçirən İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycan əraziləri seçildi. Bu məqsədlə paytaxt 1043-cü ildə Nişapurdan Reyə köçürüldü. Rey şəhəri Ön Asiya və Cənubi Qafqaza doğru hərəkət etmək üçün dayaq məntəqəsi oldu. Səlcuq yürüşləri nəticəsində 1040-1054-cü illərdəSistan, Bəlx, Xarəzm, Həmədan, Qərbi İran, o cümlədən İsfahan, Əhvaz, Xuzistan və Bəsrə ələ keçirildi. Səlcuqların Yaxın və Orta Şərqdəki təhlükəli rəqiblərindən olan Buveyhilər dövlətininvarlığına son qoyuldu.

Səlcuqların 1054-cü ildə Cənubi Qafqaza yürüşündə əsas məqsəd burada olan müsəlman dövlətlərini-Şəddadiləri, Şirvanşahları, Tiflis müsəlman əmirliyini öz tərəfinə çəkmək və onlardan Bizansa qarşı gələcək mübarizədə yardımçı kimi istifadə etmək idi. Şəddadi hökmdarı ilə səlcuq sultanı arasında bağlanmış müqaviləyə əsasən Bizans imperatoruna və erməni-gürcü feodallarına qarşı birgə ittifaq yaratmaq barədə razılıq əldə olundu.

Sultan I Toğrul yeni yaratdığı dövləti Bağdad xəlifəsinin mənəvi nüfuzu ilə gücləndirmək məqsədilə 1055-ci ildə Bağdada daxil oldu. Xəlifə onu «Şərqin və Qərbin hökmdarı» elan edərək ona Rükniddin, yəni «dinin təməli» titulunu verdi. Sultan Toğrul Bağdadı fəth etdikdən Sonra Van gölünün şimalındakı bir neçə qalanı ələ keçirdi və Malazgird yaxınlığında düşərgə saldı. Bununla da bu ərazi Kiçik Asiyanın fəthi üçün istinadgaha çevrildi. 1059-cu ildə Səlcuq dövlətinin sərhədləri Mavəraənnəhrdən Mesopotamiyaya və Hindiquşa qədər böyük bir ərazini əhatə edirdi. Artıq XI əsrin 60-cı illərinin əvvəlində Səlcuq dövləti dövrünün ən qüdrətli imperatorluqlarından birinə çevrilmişdi.

Sultan I Toğrul Bağdad şəhərində olarkən onun qardaşı İbrahim Yınal və əmisi Qutalmışın qaldırdıqları qiyam Alp Arslanın tərəfindən yatırıldı. Səlcuq dövlətinin yaranmasında, möhkəmlənməsində, yeni ərazilərin fəthində Sultan I Toğrulun çox böyük xidmətləri oldu.

I Məlikşahın dövründə (1072-1092) səlcuqların yeni ərazilər ələ keçirməsi prosesi başa çatdı. Konya və Ankara şəhərləri alınması Qara dəniz boğazlarına və Egey dənizinədək olan ərazilərin türklərin əlinə keçməsi demək idi. Suriya zəbt edildi. Urfa şəhəri Bizansdan, Qüds şəhəriFatimiliərdən qoparıldı. I Məlikşahın hakimiyyəti illəri Səlcuq imperatorluğunun çiçəklənməsi dövrü idi. Dövlətin belə qüdrətli olmasında Alp Arslanın və I Məlikşahın vəziri görkəmli alim, siyasətçi və dövlət xadimi Xacə Nizamülmülkün böyük rolu oldu. Məlikşah paytaxtı Reydən İsfahana köçürüldü.

Sosial-iqtisadi tədbirlər. Səlcuq imperatorluğunda iqtisadiyyatın inkişafında xeyli müsbət irəliləyişlər baş verldi. İqta torpaq mülkiyyəti forması üstün mövqe tutdu, həm də onun məzmunu dəyişdi. İqtanın qoşun başçılarına xidmət haqqı kimi paylanması genişləndi. Bu zaman ondan gələn gəlir pula çevrilərək hesablanırdı. Vəzir Nizamülmülkün vaxtında iqtadar öz iqtasında olan vilayətdə dövlətin nqümayəndəsi hesab edilirdi. Mərkəzi hakmiyyətin zəifləməsindən istifadə edən iqta sahibi müstəqilliyini tədricən artırırdı. Məlikşahın dövründə iqta xidmət haqqı kimi geniş yayılmışdı. Azərbaycan, İraq və başqa ölkələrdə səlcuqların işğal etdikləri torpaqlar I Məlikşahın 46 min döyüşçüsünə paylanmışdı.

Səlcuqlar dövündə meydana gələn toprpaq mülkiyyəti formalarından biri də uc torpaqları idi. Bu torpaq sahibliyi imperiyanın ucqar sərhədlərini qorumaq müqabilində sərkərdələrə paylanma nəticəsində yaranmışdı. Uc torpaq sahibliyi mahiyyət etibarilə Böyük Karl tərəfindən Frank imperiyasının sərhədləri boyunca yaradılmış və makqraflıqlar adlandırılşan möhkəmləndirilmiş sərhəd məntəqələri ilə oxşarlıq təşkil edirdi.

Feodalizmin inkişafı nəticəsində əhali arasında da ciddi təbəqələşmə gedirdi. Tədricən asılı kəndlilərin miqdarı artır, onları istismar etmək üçün yeni formalar yaranırdı. Kəndlilərin iqta, vəqf və mülk torpaqlarında istismarının əsas forması icarədarlıq idi. Onların verdiyi başlıca vergi uşradlanırdı. Kəndlilərdən müharibə dövründə əlavə vergilər də alınırdı. Səlcuq hökmdarları ticarətin inkişaf etdirilməsinə və ticarət yollarının qaydaya salınmasıa xüsusi diqqət yetirirdilər. I Məlikşahın hakimiyyəti dövründə ticarət daha çox inkişaf etmişdi. Vahid ölçü, çəki və pul sisteminin yaradılması, karvan yollarının təhlükəsizliyinin təmin edilməsi tədbirləri bu inkişafa təsir edən amillərdən idi. Beynəlxalq ticarətin canlanması üçün I Məlikşah 1087-ci ildə bütöv bölgələrin tacirlərini bəzi ticarətrüsumlarından azad etmək barədə fərman da vermişdi. Şəhərlərin, şəhər sənətkarlığının inkişafı, əmtəə-pul münasibətlərinin kənd təsərüfatına geniş surətdə daxil olması, geniş ticarət şəbəkəsinin mövcudluğu Səlcuq imperator-luğunda ticarət-iqtisadi əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaradırdı.

Səlcuq imperatorluğunun parçalanması. Əmtəə-pul münasibətlərinin başlıca iqtisadi əlaqə formasına çevrilməməsi, natural təsərrüfatın hökm sürməsi Böyük Səlcuq imperatorluğunun əhatə etdiyi ərazilərin və xalqların vahid iqtisadi və siyasi mərkəz ətrafında sıx birləşməməsinin, qüdrətli mərkəzləşdirilmiş dövlətə çevrilməməsinin əsas səbəbi idi. Uğurlu müharibələr zamanı oğuz-səlcuq hərbi-siyasi birliyinə əsaslanan Səlcuq dövləti XI əsrdə işğallar ara verdikdə zəiflədi. Səlcuq sultanları öz əyanlarına bütöv vilayətləri, mahalları iqta kimi bağışlayırdılar. Zaman keçdikcə onlar irsi hakimlərə çevrilir, mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Mövcud qaydaya görə hər bir şahzadənin özünə xanədan tələb etmək hüququ va idi.

Sultan I Məlikşahın və Nizamülmülkün ölümündən sonra Səlcuq imperatorluğunda mərkəzi hakmiyyətə tabe olmamaq cəhdləri gücləndi. Sultan Mahmud (1092-1094) və Sultan Börküyarığın (1094-1104) hakimiyyətləri illərində dövlət tədricən tənəzzülə uğradı, ayrı-ayrı əmirlər arasında bölünmə təhlükəsi ilə üzləşdi. Uzun sürən ara müharibələri və ismaililərin qiyamları dövləti zəiflədirdi. Buna görə də Qərbi Avropa səlibçilərinin qarşısını almaq mümkün olmadı. Onlar Suriyanı keçərək, Qüdsü işğal etdilər. Börküyarıqdan sonra haki-miyyətə II Məlikşah (1104-1105) gəldi. Lakin onun hakimiyyəti çox qısa oldu. Sultan Məhəmməd Təpər (1105-1117) mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışdı. İsmailillərə qarşı mübarizəyə başladı. Mosulu almış Aqadolu Səlcuq sultanıI Qılınc Arslanı məğlub etdi, Suriyadakı səlibçilər üzərinə ordu göndərdi. Məhəmməd Təpər Səlcuq imperatorluğunun bütün ərazisi üzərində öz suverenliyini bərpa etsə də, sonuncu Səlcuq sultanı Səncər(118-1157) zamanı dövlətin ərazi bütövlüyü yenidən pozuldu. Səncər Qəznə şəhərini qəznəvilərdən, Mavəraənnəhri qaraxanlılardan alsa da, qarakitayların Mavəraənnəhrə hücumunun qarşısını ala bilmədi. 1141-ci ildə Səmərqənd yaxınlığında məğlub oldu və bütün Mavəraənnəhri itirdi. Bu uğursuzluq daxili qiyamlarla nəticələndi. Vergilərin çoxluğundan nrazı olan oğuzlar üsyan qaldırdılar. Səncər onlarla döyüşdə məğlub oldu və əsir düşdü. Səncərdən sonra Böyük Səlcuq imperatorluğu dağıldı. Onun ərazisində Kirman, Konya, Suriya sultanlıqları, Kiçik Asiyada bir sıra əmirliklər yarandı.

Səlcuq imperatorluğunun mövcudluğunun əhəmiyyəti: Səlcuq imperatorluğunun yaradılması oğuz türklərinin tarixində çox mühüm dönüş nöqtəsi oldu. Bu dövlətin yaradılması ilə İslam aləmində siyasi hakimiyyət oğuzların əlinə keçdi. Eyni zamanda Anadolu və ona qonşu ölkələr türk yurduna çevrildi. Səlcuq axanlırı ilə bağlı olaraq, oğuz-türk tayfaları bütün Cənubi Qafqaz və Ön Asiyada başlıca etnik və siyasi amilə çevrildi. Bu amil Yaxın və Orta Şərqin bütün sonrakı tarixində mühüm rol oynadı. Oğuz türkləri X əsrin əvvəllərindən etibarən İslam dünyasının zəifləməsindən istifadə edərək, Cənubi Qafşazda türk-İslam dünyasının yeganə istehkamı olan Azərbaycana qarşı Bizansın hazırladığı məkrli planı puça çıxardılar. Səlcuqların həyata keçirdikləri sosial-iqtisadi tədbirlər Şərq ölkələrində, eləcə də dünya miqyasında inkişaf etmiş feodalizmə keçid üçün şərait yaratdı. Səlcuq imperatorluğu dövründə türk xalqları yenidən öz əvvəlki qüdərətlərini bərpa etmiş, İslam dünyasının və İslam mədəniyyətinin inkişafının yeni mərhələsi olan türklük mərhələsi başlanmışdı.

 

0 şərh