Səlcuq dövləti

Səlcuq türkləri oğuzların Qınıq boyuna mənsub olmuşdular.Bu boya mənsub olan Dukak bəy Oğuz dövlətinin subaşısı olmuşdur. Dukak bəyin oğlu Səlcuq da bir müddəti Oğuz dövlətində subaşı olmuşdur.Lakin Oğuz yabqusu ilə münasibətlərin pozulmasından sonra Səlcuq bəy Cənt şəhərinə gələrək islam dinini qəbul etdi.Səlcuqun soyundan gələn Çağrı və Toğrul qardaşları Qəz-nəvilər dövləti ilə mübarizə aparırdılar.1038-ci ildə Qəznəvilərin məğlub edilməsindən sonra paytaxtı Nişapur şəhəri olan Səlcuq dövləti yarandı.
1040- cı il Dəndənəkan qələbəsi səlcuqların siyasi həyatında dönüş nöqtəsi oldu. Xorasana yiyələnən səlcuqlar üçün İran və İraqa gedən yol açıldı.
1040-cı il Mərv qurultayında səlcuqlar Şərqdə və Qərbdə yeni fəthlərə başlamaq qərarı qəbul etdilər. Onlar Qaraxanilər və Qəznəvilərlə toqquşmağa hələlik meyil göstərmirdilər.

I Toğrulun dövrü (1040-1063)
* Xarəzm,Həmədan,Qərbi İran və Sistanın tutulması (1040-1054-cü illər);
* Buveyhilər dövlətinə son qoyulması;
* Cənubi Qafqazın tutulması;
* Bağdadın tutulması (1055-ci il);
* “Qərbin və Şərqin hökümdarı” elan edilməsi”
* “Rükniddin” (“dinin təməli”) titulu alması.
Alp Arslana aiddir:
* Sivas, Konya və Qeysəriyyənin tutulması;
* Nizamiyyə mədrəsəsinin qurulması (1066-cı il);
* Malazgird döyüşündə Bizans ordusunun məğlub edilməsi (1071-ci il);
* Anadolunun həmişəlik türk yurduna çevrilməsi
* “İslamın nuru” adını alması

I Məlikşaha aiddir:
* Ankaranın tutulması;
* Dövlətin qüdrətlənməsi;
* Xacə Nizamülmülkün vəzir olması;
* Paytaxtın Reydən İsfahana köçürülməsi;
* Uc torpaq mülkiyyətinin geniş yayılması;
* Beynəlxalq ticarətin canlandırılması üçün fərman verilməsi (1087-ci il );
* “Məlikşah cədvəli” nin tərtib edilməsi;
* “Cəlali təqvimi” nin tərtib edilməsi.

Sultan Məhəmməd Təpər (1105-1117) dövlətin ərazi bütövlüyünü qoruyub saxlasa da, sultan Səncərin dövründə (1118 -1157) Böyük Səlcuq dövləti iki yerə parçalandı: Anadolu və İraq Səlcuq sultanlıqları yarandı.
Böyük Səlcuq sultanlığının zəifləməsinin səbəbləri:
* Natural təsərrüfatın hökm sürməsi;
* Əmtəə-pul münasibətlərinin başlıca iqtisadi əlaqə formasına çevrilməməsi;
* Ara müharibələri;
* İsmaililərin qiyamları;
* Səlib yürüşləri.

Böyük Səlcuq imperiyasının yaranmasının tarixi əhəmiyyəti:
* Oğuz türklərinin tarixində mühüm dönüş nöqtəsi baş verdi;
* İslam aləmində siyasi hakimiyyət oğuzların əlinə keçidi;
* Oğuz türk tayfaları Cənubi Qafqazda və Ön Asiya başlıca etnik-siyasi amilə çevrildi.
Həmçinin bax:
Səlcuqlar.Səlcuq imperiyası

 

0 şərh