Kompüter asılılığının nəticələri

Türkiyədə aparılan tədqiqat kompüter asılılığı cinsiyyət, iqtisadi vəziyyət, akademik müvəffəqiyyət, valideyn münasibəti, sinif səviyyəsi, kompüter oyunu oynama müddəti kimi amillərlə birlikdə araşdırılıb.

İstanbulda 395 orta məktəb şagirdləri ilə görüş keçirilib. 218 qız, 177 oğlan olmaqla V sinifdən 187, VIII sinifdən 208 məktəblinin iştirak etdiyi tədqiqatda, kompüter bağlılığı ilə bəzi şeylər müəyyənləşdirilib.

Oğlanlar qızlardan, VIII siniflər beşincilərdən kompüterdən daha çox asılıdır.

Qiymət ortalaması 70-84.9 olanlar, 85-100 olanlara görə kompüterdən daha çox istifadə edirlər.

Kompüterdən istifadə və oyun oynama müddəti çoxaldıqca asılılıq səviyyəsi də artır. Kompüter asılılığı artdıqca, depressiya və qorxu səviyyəsi də yüksəlir.
İnformasiya texnologiyaları dərsində şagirdlərə kompüterin doğru istifadəsilə bağlı təlimat verilməlidir. Valideynlərə kompüter başında çox vaxt keçirilən zamanın, zərərli proqram və saytların, uşaqların sosial media hesablarının nəzarəti kimi təlimlər keçirilə bilər.
Bu asıllıq narkomaniya asıllığı kimi vərdişdir. İnsana həm psixi, həm də sağlamlığı cəhətdən zərərlidir. Bu mövzuda xüsusilə valideynlər diqqətli olmalıdırlar.

 

0 şərh