Рейтинг
+1.13

Uşaq tərbiyəsi

4 üzv, 160 topik

Uşaqlar həyatı cizgi filmi ilə öyrənirlər

Uşaqlar həyatı cizgi filmi ilə öyrənirlər. Bunu türkiyəli professor Mehmet Yavuz deyib. O bildirib ki, televiziya proqramları böyüklərin həyatına təsir edir və eynilə bu, uşaqların da həyatında mühüm rola malik bir prosesdir.

Xüsusilə rəngli təqdimatı ilə diqqəti cəlb edən cizgi filmləri balacaların həyatına təsir edir. Bəs bu vərdiş onların sonrakı taleyində nə kimi müsbət və ya mənfi məqamları ortaya qoyur? 

Cizgi filminin mövzusu uşağın yaşından asılı olaraq seçilməlidir. Cizgi filmləri uşaqların xəyal dünyasını inkişaf etdirir. Bu, uşaqları əyləndirir, eyni zamanda, öyrədici bir funksiya daşıyır. Xüsusilə uşağın xəyal dünyasının inkişafa doğru getdiyi bir vaxtda təsiri böyükdür.
Davamı →

Necə edək ki, uşaq yuxudan özü oyansın?

Körpənizi müstəqilliyinə nə qədər tez öyrətməyə başlasanız, nəticəni bir o qədər tez əldə edəcəksiniz. Yeri gəlmişkən, ailə üzvləri səhər tezdən bir-birilərini oyandırmağa çalışdıqda, uşaq çətin qalxır, valideynlər əsəbiləşir və buna görə mübahisə edirlər. Nəticədə hamının səhər-səhər əhval ruhiyyəsi pozulur.

Əlbəttə ki, səhərlər uşağın otağına 10 dəfə girib, ənənəvi olan “Oyan, artıq bağça/məktəbə getmək vaxtıdır. Nə qədər səni oyatmaq olar?! Oyan artıq!” deməklə oyatmaq olar. Bu yolla 5 yaşlı, 10 yaşlı yeniyetməni, hətta 17 yaşlı gənci də oyatmaq olar. Lakin, düşünün ki, uşaq özü də müstəqil olaraq, səhər yuxudan oyana bilər. Və niyə də bunu ona öyrətməyək?!
Davamı →

Uşaqlara nə üçün xərclik verilməlidir?

Yəqin, siz də diqqət yetirdiniz ki, biz başlıqda “Uşaqlara xərclik verilməlidirmi?” sualını qoymadıq. Çünki əgər belə olsa idi, bu sualın cavabı şübhəsiz ki, “Bəli!” olardı. Bəli, uşaqlara xərclik verilməlidir. Üstəlik, bəzi valideynlərin düşündüyü kimi “Uşaq nə bilir pul nədir?” fikri də tamamilə səhvdir. Halbuki valideynin düşünəcəyi əsas məsələ uşağına verəcəyi xərcliyin miqdarı və bu xərcliklə onun üzərinə qoyacağı məsuliyyət olmalıdır.
Davamı →

Uşaqlara neçə yaşından kitab oxumaq olar?

Uşaqlara kitab oxumaq üçün konkret bir yaş yoxdur. İstədiyiniz yaşda onlara kitab oxuya bilərsiniz. Hətta, doğulmamış uşaqlar da onlar üçün oxunan kitablardan istifadə edirlər. Uşaq dünyaya gəldikdən sonra da yenə vaxt itirmədən kitab oxuya bilərsiniz.

Təbii ki, ilk aylarda uşaq sizi dinləmir. Çünki dinləmə qabiliyyəti uşaqlarda danışmağı öyrəndikdən sonra başlayır. Ancaq ilk aylarda kitab oxumaq uşaqda səsə olan həssaslığı artırır. 
Davamı →

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun

Azyaşlı uşaqlar, xüsusən də, oğlan uşaqları çox zaman idman növlərindən boksa, karateyə, bir sözlə, döyüş növlərinə meylli olurlar.

Övladlarının bu istəyini yerinə yetirən valideynlər də yaşından, fiziki sağlamlığından asılı olmayaraq, övladlarını həmin idman növlərinə yazdırırlar. Təbii ki, uşaq idman məktəbinə gedərkən həkim müayinəsindən keçmir. Elə idman müəllimləri var ki, bunu tələb belə etmirlər. Məhz buna görədir ki, bəzən qan azlığı, ürək qüsuru yaşayan uşaqlar bu cür idman növü ilə məşğul olandan sonra müxtəlif bədbəxt hadisələrlə, hətta ölümlə üzləşə bilirlər.
Davamı →

Uşaq tərbiyəsində önəmli məsləhətlər

İndiki dövrdə uşaq tərbiyə etmək elə də asan məsələ deyil. Üstəlik kənar şəxslərin də ailəyə övladını tərbiyə etməsi üçün verdiyi öyüd-nəsihətlərin bol olduğu bir zamanda. Hər bir uşaq fərqli olduğu üçün onların tərbiyə üsulu da elə özünəməxsus formada olmalıdır. Mütəxəssislərin uşaq tərbiyəsində olduqca böyük təsiri olan bir çox məsləhəti var.

— Bir uşağın ata-anası tərəfindən «səninlə qürur duyuram», «yaxşı çalışmağın məni xoşbəxt edir» kimi sözlərlə ürəkləndirilməsi onu xoşbəxt edir. Bu uşağın uğur qazanması üçün daha çox səy göstərməsinə səbəb olacaq, onu motivasiya edəcək, mübarizə gücünü artıracaq.
Davamı →

Qeyri-adi tərbiyə metodları

İspaniya: Uşaqlar gecəyarıyadək valideynləri ilə restoranlarda otururlar
İspanlar hesab edirlər ki, balacalar gecəyarı yatmalıdır. Onlar axşam saat 19:00 olan kimi uşağı yatırtmağa çalışmır, özü ilə birlikdə ailəvi məclis və restoranlara aparırlar. Demək olmaz ki, bu, çox yaxşı ideyadır, lakin ispan ana və ataları yaxşı bilir ki, öz övladlarına necə tərbiyə vermək lazımdır.

Almaniya: Kəskin mətbəx alətlərini uşaqlardan gizlətmirlər
5 yaşlı uşağın mətbəxdə əsl bıçaq ilə xiyarları bacarıqla doğraması Alman ailələri üçün qeyri-adi hal deyil. Almaniyada analar hesab edir ki, uşaq gündəlik həyata nə qədər tez alışsa, onun üçün bir o qədər yaxşı olacaq. Ancaq bizdə uşaqlardan yalnız bıçaqları deyil, digər potensial təhlükəli alətləri də gizlədirlər. Əslində çox düz edirlər.
Davamı →

Montessori tədris üsulu

Montessori, son illərdə ölkəmizdə adını tez-tez eşitdiyimiz bir tədris metodudur. İtaliyanın ilk qadın həkimi olan pedaqoq və antropologiya professor Maria Montessori 1900-cü illərin əvvəllərində uşaqların fərdiliyi əsasında bir pedoqogika üzərində çalışmağa başladı.

Montessori apardığı araşdırmalar və işlər nəticəsində düşünülənin əksinə uşaqların mükafatlardan, cəzalardan, böyüklərin proqramlaşdırdığı tədris anlayışından, hətta oyuncaqlardan, yuxudan, müəllim stolundan və birlikdə dərs keçməkdən xoşlarının gəlmədiyini aşkar etdi.

Əsas hədəfi azad seçim və hər uşağın öz qabiliyyətinə uyğun sürətlə irəliləməsi olan bu sistemdə tamamilə uşağa uyğun olaraq hazırlanmış bir mühitdə, uşağın şəxsiyyətinin formalaşması üçün azadlıq tanınan, şəxsiyyətinin inkişafını dəstəkləyən fərdi tədris verilir. 76 ölkədə minlərlə məktəbdə tətbiq edilən Montessori sistemi son illərdə ölkəmizdə də məşhurlaşmağa başladı.
Davamı →

Uşağı özünüzdən asılı böyütməyin

Psixoloqlar valideynlərinə bağlı böyüyən uşaqların öz həyatlarında sadəcə bir fiqur olduğunu deyərək xəbərdarlıq edir.

Doqquz ay ərzində bətnində daşıdığı körpəsi ilə doğuşdan sonra da daha yaxın ünsiyyətdə olmaq istəyən ananın əmizdirmə prosesini bir az uzatması qarşılıqlı sevgi ehtiyacının başqa cür qarşılanmayacağına dair inancdan qaynaqlanır. Valideyn uşağına bir fərd olmağa kömək etməklə yanaşı, həm də bu yolda onun işini çətinləşdirə də bilər.
Davamı →

Feminist oğul yetişdirmək

Hələlik, oğlum üçün edə biləcəyim ən yaxşı şey ona bizim dəyərlərimizi, ədaləti, empatiyanı, kübarlığı və mərdliyi öyrədən, bütün cins, irq, din və obrazlardan bəhs edən kitablar oxumaqdı. Qabyuyan maşını boşaltdığı və döşəməni sildiyi üçün başına sığal çəkə bilərəm. Bunlar onun xoşbəxt oğlan olması üçün lazımdı. Onu itimizi bəsləməsi, ağacları suvarması, incidildiyi və yaxud qorxduğu zaman bunu ifadə etməsi və sevgi ilə qucaqlaşması üçün həvəsləndirə bilərəm.

Bir mövzunuz varmı? — şirniyyat mağazasındakı konditer ustası məndən soruşdu. Beysbol, super qəhrəmanlar, yanğınsöndürən maşın?! 

Oğlumun ikinci yaş gününü qeyd etməyə hazırlaşırdıq.
Maraq dairəsini şaxələndirməyə çalışsaq da, oğlumun bircə marağı vardı: Avtomobil. İlk sözü «get» oldu. İkincisi isə «maşın». Hər gecə müxtəlif oyuncaq maşınları qucaqlayıb yatır, yuxuya gedənə qədər onları yataqda şəfqətlə oynadırdı. 
Davamı →