Hər doğru seçimin bir alternativi vardır


Aşağıdakı cavabları oxumadan öncə şəkillərə baxıb düşünün.

«B bəndini seçmisinizsə, təbriklər! Doğru cavabı tapmısınız.
Düz kənarı olan tək şəkil B variantıdı.

Əminəm, bəziləriniz C  bəndini seçib.
Çünki digərləri içərisində asimmetrik olan təkcə odu.
C də doğru cavabdı.

Oxşar vəziyyət A variantına da aiddi:
Küncü olmayan tək fiqur odu. Buna görə A da doğru cavabdı.

Bəs D  variantı necə? Həm düz, həm də maili bir kənarı var.Bu özəllik ancaq D variantında var. Deməli D variantı da doğrudu.

Sadaladığımız spesifik özəlliklər E variantına da aiddi. Bu variantı da doğru cavab hesab etmək olar.

Əlbəttə, bu cür həndəsi sualı məktəbdə görə bilmərik.

Təhsil sistemimiz insanlara nəyin doğru cavab olduğunu öyrətməklə məşğuldu.

Təkcə bir variantın doğru cavab olduğu yanaşması beynimizin ən dərin yerlərinə kimi işləmişdir. „Bəli, ancaq bir variant düz olmalıdı.“ 
Ama real həyat onu göstərir ki,əslində hər zaman belə deyil. Axtardığımız şeydən asılı olaraq doğru olan bir neçə cavab ola bilər.

Ancaq tək bir doğru cavab olduğunu düşünsəniz, bir dənə tapdığınız anda axtarışı dayandırarsınız. » Roger von Oech 

Elə ondandır ki, körpə olan beyinlərimiz hələ məktəb illərindən, müəllimlərimizin "ƏMƏYİ" sayəsində təkcə bir doğru cavab axtarışında olduğundan yaradıcılıq və təxəyyül qabiliyyətlərini itirir.

Albert Szent — György bu haqda çox gözəl bir fraza deyib: «Yaradıcılıq qabiliyyəti — Hər kəslə eyni yerə baxıb fərqli bir şeyi düşünməyi bacarmaqdır.»
 

14 şərh

MaksiMuS
P.S Tesadufi deyilki orta mektebde en cox sevdiyim Fenn Hendese idi...Texeyyulunuzu,yaradiciliq qabiliyyetinizi inkiwaf etdirmek isteyirsinizse Hendeseden 2elli yapiwin
lili95
hendeseden yapisinca, belke FELSEFEye genis yer verek
MaksiMuS
Orta mektebde felsefe kecirilir ay menim filosofka qizim?:)
Shabnam_Ilham
Mən B variantını seçmişdim :) Amma topiki oxuyandan sonra təkcə B variantını seçənlərin yox digər varinatı seçənlərin də təbrik edildiyini gördüm :D  P.S-ə də cavab olaraq mən həndəsəni orta məktəb illərində sevmirdim, daha doğrusu nə müəllim mənə sevdirə bilməmişdi, nə də bir şey anlamırdım. Amma hazırlıq illərində çox sağ olsun müəllimim mənə həndəsəni sevdirə bildi… :))
MaksiMuS
Tevazökarliqdan uzaq olmasin, Wabi, orta mektebde abitaturyent jurnali axtarirdimki qeliz 1 hendesi sual olsun:)Hendese cebrden maraqlidi.
Shabnam_Ilham
Həə hiss olunur təvazökar olduğun :))) İkisi də maraqlıdır, amma həndəsə daha maraqlıdır sənin dediyin kimi :)) Cəbrdə dəqiqlik daha çoxdu bir mənfi belə bütün misalın dəyişməsinə və yalnış olmasına gətirib çıxardır. Lap əla bilməsəm də azdan çoxdan məsələləri həll edə bilirəm :)
SHATENKA407
B varianti secmisdim…
ayxansevda
c variantini seçmişdim
doYwanka

«B» variantin secdim. ama en zehlem geden ders ele hendesedi:(

soni_memmedzade
amma sizi inandırım ki,elə mən E variantını seçmişdim.çünki,o fiquru heç  görməmişdim.
Bashirova_Gyulnar
Men de «B» veriantini sechmishdim)))
azadmamedov90
zennimce ferqli dusunmek gerekli idi...
Medikamentoz
Ona görədir ki,insanlar öz həqiqətlərini hamının həqiqəti kimi qəbul edir və hətta buna görə qarşı tərəfi də məhv etməyə hazırdırlar,xüsusilə cəmiyyətin dindar təbəqəsi.