Vergilərin mahiyyəti, vəzifələri və növləri

  • Vergi
Vergilər çox qədim zamanlarda, demək olar ki, döv-lətlə eyni vaxtda meydana gəlmiş və büdcə gəlirlərinin başlı-ca mənbəyidir. Lakin o, sonralar cəmiyyət inkişaf etdikcə, mövcub sosial-iqtisadi şəraitə uy­ğun olaraq, gəlirlərin səfər-bərliyə alınmasının əsas metodu kimi əsaslı dəyişikliklərə uğramış və yeni-yeni növləri meydana gəlmişdir.
Vergi–dövlətin maliyyə təminatı məqsədilə vergi ödə-yicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləş-dirilməsi şəklində döv­lət düdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına kö­çürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Ölkədə alınan vergi, rüsum və tədiyələrin, həmçi-nin onların forma və metodlarının toplusu isə vergi siste-mini əmələ gətirir.
Vergilər aşağıdakı vəzifələri yerinə yetirir:
  1. Dövlət xərclərinin maliyyələşdirilməsi–fiskal vəzifə;
  2. Ayrı-ayrı sosial qrupların gəlirləri arasındakı nisbətin dəyişdirilməsi yolu ilə sosial tarazlığın təmin olunması–sosial vəzifə;
  3. Iqtisadiyyatın dövlət tərəfindən tənzimlən­məsi – tənzimləmə vəzifəsi;
  4. Vergi ödəyicilərinin maraqlandırılması–stimullaşdırma vəzifəsi.
Vergilər cəmiyyətin sosial həyatında çox mühüm rol oynayırVergilərin, vergi ödəyicilərinin imkanları nəzərə alın-maqla mü­əy­yən edilməsi prinsipi mütərəqqi vergitutma qay-dasının meydana gəlməsinə səbəb olmuşdur. Bu, o demək-dir ki, gəlirlər hissələrə bölünür, onun hər sonrakı artan məbləğindən daha yüksək normalarla vergi tu­tulur.
Vergilərin tənzimləmə vəzifəsi özünü: 1) Vergitutma sisteminin müəyyən edilməsi və dəyişdirilməsində; 2) Vergi  dərəcələrinin dəyişdi­rilməsi və fərqləndirilməsində; 3) Döv-lətin iqtisadi proqramına uyğun olaraq mənfəətin və kapi-talın bir hissəsinin vergidən azad edilməsi üçün güzəştlərin nəzərdə tutulmasında göstərir.
Hökumət tərəfindən seçilmiş vergitutma sistemi çox mühüm tənzimləmə vəzifəsini yerinə yetirir.
Dövlət, xarici ticarətdə himayədarlıq siyasətini seç-məklə və gömrük vergisini tənzimləməklə, bir sıra prob-lemlərin həll olunmasına təsir göstərir.
Müasir dövrdə vergi sistemi daha çevik tənzimlənir. Belə ki, dövlət tənzimləmə orqanları vergi qanunvericiliyi-nin əsaslarını və struk­­tu­runu saxlamaqla, vergi dərəcələrini seçmə yolu ilə, müvəqqəti olaraq aşağı salır, dövlətin iqtisadi siyasətini həyata keçirən müəssisələr üçün vergiləri hətta ləğv edirlər
Vergilər iki yerə bölünür: 1) Müstəqim(birbaşa) vergilər; 2) Do­la­yı vergilər. Müstəqim vergilərə vətəndaşların gəlirlərindən və onlara məx­sus olan əmlakdan, korporasiyaların (firmaların) mənfəətindən tu­tu­­lan, habelə sosial vergilər (məsələn, sosial sığorta ayırmaları), topraq vergisi və s. aiddir. Bunlar konkret fiziki və ya hüquqi şəxs­lər­dən tutu­lur və buna görə də müstəqim (birbaşa) vergilər adlanır. Dolayı vergi­lərə isə əlavə dəyər vergisini, aksizləri, daşınmaz əmlak və qiymətli ka­ğızlarla aparılan sövdələşmələrə görə alınan vergiləri və s. misal gös­tərmək olar.
Büdcənin gəlir mənbələrindən biri vətəndaşların gəlirləri və on­ların əmlakından tutulan vergilərdir. Bu verginin obyekti əldə edil­məsi mənbələrindən asılı olmayaraq vətəndaşların şəxsi gəlirləridir (əmək haqqı, sahibkar gəliri, faiz, dividend, renta, qələm haqqı və i.a.). Bu vergilər mütərəqqi vergi dərəcələri ilə tutulur. Başqa sözlə, əvvəlcə ver­giyə cəlb olunmayan minimum məbləğ müəyyən edilir. Sonra qalan məbləğdən mütərəqqi dərəcə ilə, yaxud da həmin məbləğ müxtəlif his­sələrə bölünməklə, hər sonrakı hissədən daha mütərəqqi dərəcələrlə vergi tutulur.
Dövlət büdcəsinin gəlirləri əsas etibarılə müxtəlif mülkiyyət for­masına mənsub olan müəssisələrin mənfəətin-dən tutulan vergilər hesa­bına formalaşır. Vahid vergi siyasə-tinə əsaslanan bu bölgü mexa­nizmi, müəssisələrin əldə etdik-ləri mənfəətin qanunla müəyyən olunmuş bir hissəsinin ver-gi şəklində dövlət büdcəsinə yönəldilməsini nəzərdə tutur. Mənfəət vergisini hüquqi şəxs statusu olan korporasiyalar (firmalar, müəssisələr) ödəyirlər. Lakin kiçik bizneslə məşğul olan bəzi firmalar üçün istisna halları nəzərdə tutulmuş Torpaq vergisi də vardır. Bu vergi torpaq mülkiy-yətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətlərinin nəticələrindən asılı olmaya­raq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Vergi­tutma obyekti fiziki şəxslərin və müəssisələrin mülkiyyətində və ya isti­fadəsində olan torpaq sahəsidir.
Büdcə gəlirləri içərisində sosial sığorta ayırmalarının da rolu artır. Sosial sığorta ayırmaları həm ayrı-ayrı şəxslər, həm də müəssisələr tərəfindən ödənilir. Bununla əlaqədar olaraq şəxsi əmlak sığortası və sosial sığortanı bir-birindən fərqləndirmək lazımdır. Birinciyə tikin­tinin, əmlakın və s. icbari və ya könüllü sığortası aiddir. Ikinciyə isə qa­nun-vericilikdə müəyyən olunmuş norma ilə əmək haqqına görə hesab­lanan və istehsal xərclərinə daxil edilən, yaxud da işçilərin əmək haq­qından tutulan məbləğlər (məsələn, pen-siya fonduna hesablamalar) nə­zərdə tutulur.
Sosial sığorta ayırmaları məqsədli xarakter daşıyır, büdcədənkənar xüsusi fondlara daxil olur və pensiya verilməsi, habelə yardım göstərilməsinə sərf edilir.
Dolayı vergilərin növlərindən biri aksizlərdir. Aksiz əmtəələrin satış və göstərilən bəzi xidmət növlərinin tarif qiymətlərinə əlavə şək­lində müəyyən edilir. Bu verginin ödəyiciləri istehlakçılardır.
Aksiz sözün dar mənasında məhdud miqdarda əmtəələrin, bir qayda olaraq kütləvi istehlak mallarının qiymətlərinə əlavə edilir. Geniş mənada isə dolayı verginin iki növünü – satış vergisi və əlavə dəyər vergisini özündə birləşdirir.
Aksiz duzun satış qiymətinə əlavə şəklində qədim Romada meydana gəlmişdir. XVII – XIX əsrlərdə isə əmtəə-pul münasibət­ləri­nin genişlənməsi ilə əlaqədar olaraq vergilərin başlıca növünə, Avro­panın qabaqcıl ölkələrinin əksəriyyətində dövlət gəlirlərinin əsas mən­bə­lərindən birinə çevrilmişdir. Hazırda geniş mənada başa düşülən ak­siz, inkişaf etmiş ölkələrdə bütün vergi gəlirlərinin təqribən 1/4-ni təşkil edir.
Aksizlər, cəlb olunma üsuluna görə iki yerə bölünür: 1) Fərdi (seç­mə) aksizlər; 2) Universal aksizlər.
Kapitalizmin inkişafının erkən çağlarında fərdi aksizlər geniş yaylmışdı. Bu, başlıca olaraq duz, şəkər, kibrit, tütün, spirtli içkilərin qiymətlərinə əlavə olunmuşdur. Imperializm mərhələsində seçmə aksi­zin şamil edildiyi əmtəələrin siyahısı genişləndirilmiş və avtomobillərin, soyu-ducuların, ətriyyat mallarının qiymətlərinə də daxil edil-mişdir. Son dövrlərdə bu vergi benzin, ağ neft, qaz, habelə telefon xidmətləri, nəq­liyyatda yükdaşınması, avia və dəmir yolu biletlərinin qiymətlərinə də əlavə edilir. Hazırda Almaniyada 20, Yaponiyada isə 600-dən çox seç­mə aksiz fəaliyyət göstərir.
Ikinci dünya müharibəsindən sonra inkişaf etmiş ölkələrin ço­xunda seçmə aksizə universal aksiz və ya döv-riyyə vergisi – müəssi­sələ­rin ümumi gəlirindən faizlə alınan vergi əlavə edilmişdir. Hazırda dövriyyə vergisi demək olar ki, iki ölkədə – ABŞ və Kanadada tətbiq edilir. Dövriyyə vergisi nəticə etibarilə pərakəndə satış qiymətlərinin vasitəsilə istehlakçılar tərəfindən ödənilir. XX əsrin 60-cı illərində isə Qərbi Avropa ölkələrində dövriyyə vergisinin əvəzinə universal aksizin yeni növü – əlavə dəyər vergisi tətbiq olunur.
Verginin bu növünün döv­riyyə vergisindən fərqi ondadır ki, o, əmtəələrin bütün dəyərindən deyil, istehsal və satışdan ibarət olan ümumi zəncirin hər sonrakı mərhələ­sin­də əlavə dəyərdən alınır. Başqa sözlə, vergiyə, şirkətlərin öz məhsulla­rı­nı reallaşdırdıqdan sonra əldə etdikləri pul və göstərdikləri xidmətlərə görə daxil olan məbləğlə, mal satanlardan satın alınmış xammal, yarım­fab­rikat və xidmətlərə sərf olunan xərclər arasındakı fərq kimi hesab­la­nan əlavə dəyərə görə müəyyən edilir. Əlavə dəyər vergisi təcrübədə aşa­ğı­dakı kimi hesablanır. Müəyyən edilmiş norma ilə satılmış məh­sulların bütün dəyərinə görə vergi məbləği hesablanır, sonra bundan hə­min məhsulların istehsalına sərf olunan xammal, yanacaq, yarımfab­ri­kat və xidmətlərin dəyərinə görə hesablanan vergi çıxılır.
Əlavə dəyər vergisi bir qayda olaraq ayda bir dəfə ödənilir və vergi dərəcəsi 8-20% arasında tərəddüd edir. Almaniyada və Böyük Britaniyada sənayenin bütün sahələri və xidmət növləri üçün vergi dərə­cələri eynidir. Əlavə dəyər vergisi əsas etibarilə pərakəndə satış qiymət­lərinin tərkibində istehlakçılar tərəfindən ödənilir.
Əlavə dəyər vergisindən müəssisələrin xarici iqtisadi fəaliy­yətlərini tənzimləmək üçün kifayət qədər səmərəli istifadə edilir. Bir çox ölkələrdə xaricə mal ixrac edən müəs-sisələri stimullaşdırmaq məqsədilə onların ixrac etdikləri məhsulların qiymətlərinə daxil edilmiş əlavə dəyər vergisi sonradan özlərinə qaytarılır.
Ölkəmizdə araq-konyak və spirt qatılmış içkilər, şampan şəra­bı, pivə, nərə və qızıl balıq kürüsü, təbii xəz və gön-dəri məmulatı, məi­şət kondisionerləri, maşında toxun-muş xalçalar və xalça məmu­latları, minik maşınları, müxtə-lif növ siqaretlər və s. üzrə aksiz vergisi müəyyən edilmişdir.
Digər vergi növləri də (əmlak, yol, mədən, yerli) vardır. Əmlak vergisinin obyekti fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan binalar, avtonəqliyyat, su və hava nəqliyyatı vasitələri, yol vergisinin obyekti ölkənin ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri, mədən vergisinin obyekti isə yerin təkindən çıxarılan faydalı qazıntılardar.
Yerli vergilər (bələdiyyə vergiləri) müvafiq qanunla müəyyən edi­lən, bələdiyyələrin qərarlarına əsasən tətbiq olunan və onların əra­zilərində ödənilən vergilərdir. Bələdiy-yələr öz ərazilərində yerli ver­gi­tut­ma üzrə güzəştlər edə və müəyyən hədlərdə vergi dərəcələrini dəyişdirə bilərlər.
Müəyyən olunmuş qaydalara görə bəzi vergilər mərkəzi, bəzi­ləri isə yerli büdcəyə daxil olur. Məsələn, aksizlər tamamilə yerli büd­cəyə daxil olur, korporasiyaların (firmaların) mənfəətindən tutulan ver­gilər isə mərkəzi və yerli büdcə arasında müəyyən nisbətdə bölüşdürülür. La­zım gəldikdə yerli büdcə mərkəzi büdcədən subsidiya alır.
Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə büd-cənin mə­da­xi­linin 40%-i şəxsi gəlirlərin, 10%-i korporasi-yaların mənfəətindən  tu­tu­lan vergilərin, 30%-i sosial vergi-lərin (ayırmaların), 10%-i əlavə də­yər, 5%-i gömrük, 5%-i isə digər vergilər və vergi daxilolmalarının pa­yı­na düşür.
Müstəqim vergiləri istehlakçılardan tutmaq mümkün deyildir. Onlardan yalnız torpaq vergisini və digər daşınmaz əmlakdan alınan vergiləri tutmaq çətinlik törətmir. Ona görə ki, bu vergilər icarə haqqı və mənzil kirayəsinə, kənd təsərrüfatı məhsullarının qiymətlərinə daxil edilir.
Dolayı vergiləri isə əmtəə və xidmətlərin elastikliyi göstəri­ci­sindən asılı olaraq son istehlakçılardan tutmaq mümkündür. Belə ki, tə­ləbin elastikliyi aşağı olduqda verginin çox  hissəsini  istehlakçıdan "çı­xartmaq" mümkün olur. Tələbin elastikliyi yüksək olduqda, dolayı ver­gilərin artırılması istehlakın, təklifin elastikliyi yüksək olduqda isə bu, xalis mənfəətin azalmasına səbəb olur. Bu da öz növ-bəsində sər­mayə qoyuluşunun ixtisar olunmasına, kapitalın digər fəaliyyət sahə­sinə axıb getməsinə şərait yaradır. Vergilərlə bağlı bütün məsələlər döv­lətin qa­nunvericiliyi əsasında tənzimlənir.
 

0 şərh