Allaha şükr edək...

Allahın əmri gəldiyi vaxt əzrail heç nəyə baxmadan insanın canını ala bilər. Hər şey Allahın əmr verdiyi vaxtdan nə 1 saniyə gec, nə də 1 saniyə tez ola bilməz. Fərqi yoxdur biz yol gedərkən, yemək yeyərkən, yatarkən, tv-yə baxarkən bəlkə də elə oturduqumuz yerdə bu baş verə bilər. Ona görə də hal-hazırda nəfəs aldığımıza görə, yaşadığımıza, sağlam hərəkət edə bilməmizə görə hər bir an şükür etməliyik. 

Məs : Bir insanın barmağı əzilir,oof ,Allah, niyə bəs mənim barmağım əzildi deyərkən – heç düşünürmü ki, bir barmağın əzildi deyə şükür elə. Bundan da pisi ola bilərdi, bundan da bədbəxt hadisə baş verə bilərdi, sənin əlin əzilib çolaq qalsaydın nə olacaqdı?
Bax, əziləcək barmağın var deyə şükür etməlisən.

Məs: Bir çox insanlar yaşadığı evləri ilə kifayətlənmirlər, belə şərait olar? Qaz yox, işıq yox və bir çox problemləri misal gətirərək naşükürlük edirlər. Düşünmürlər ki, heç onların evləri də olmaya bilərdi, bəs onda necə olacaqdı? Onların yerində bir çox olmaq istəyən insanlar var, deyirlər ki, heç nə istəmirik bir evimiz, gecə qalacağımız yer olsun bizə yetər. Sadəcə, əgər 1 evimiz varsa, içində rahat nəfəs ala bilirksə, şükür etməliyik. Şükür eddək ki, Allah biz istədiklərimizi bizə versin.

Özümüz də bilərəkdən-bilməyərəkdən naşükürlük edib günaha batırıq. Pis də olsa, yaxşı da olsa ,gəlin ŞÜKR edək, çünki bizim bildiyimiz pisi də,yaxşını da Allah bizə məsləhət buyuyur. Bəlkə o pisə görə naşükürlük edirik, amma heç düşünmürük ki, nə vaxtsa etdiyimiz günahın cəzasıdır bu.
Ona görə ayağımızı yorğanımıza görə uzadıb Allaha şükr edək
Allahım, bizi naşükürlüyümüzə görə bağışla... AMİN!!!
İmam Hüsеyn (ə.): -“Кеçmiş nеmət üçün şükür еtmək, yеni nеmət üçün yol açır.”
 

0 şərh