Biliklərimizi paylaşaraq...

Biliklərimizi paylaşaraq...

İnformasiyanı azad paylaşmaq prinsipi hələ Tim Berners-Lee tərəfindən 1989-cu ildə veb texnologiya (World Wide Web) yaradılarkən nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən ilk yaradılan səyyar (browser) həm veb səhifələrini göstərmə, həm də onları redaktə etmə imkanına malik idi. Lakin sonrakı dövrdə internetin daha çox elektron kommersiya istiqamətində inkişaf etməsi veb mediasını ilkin fəlsəfəsindən uzaqlaşdırdı. Tim Berners-Linin özünün də etiraf etdiyi kimi, 2005-ci il ideyasının həyata keçdiyi il kimi yadda qaldı. Belə ki, məhz bu il fikirlərini və biliklərini paylaşmaq arzusunda olan milyonlarla yaradıcı insan bloglar, vikilər və podcastlər vasitəsilə internetdə tsunami meydana gətirmişdir. Oxuduğunuz bu məqalə də episentri uzaqda olan bu tsunaminin bizə gəlib çatan kiçik bir dalğasıdır.

 

1 şərh

2ral
Təşəbbünüzə görə sağ olun.Kayzen artıq ensiklopedik bilgi mənbəyinə çevrilir. Lakin sizə iradlar:
Yazınızda BÖYÜK HƏRFLƏRDƏN istifadə etməyin.
Qaydaları oxuyun.
sizin bugün yazdıqlarınızı redaktə etməyə xeyli vaxt sərf olunub. Lakin biologiya haqqinda yazdıqlarınız çox maraqlı idi.