Heyvadan ÖSKÜRƏK əleyhinə belə istifadə edin

Payızın, soyuq ayların ən çox istifadə olunan meyvələrindən biri də heyvadır. Heyvanın faydaları çoxdur.

Amma soyuq aylarda heyvadan ən çox öskürək əleyhinə təbii dərman kimi faydalanırlar. 

Heyvadan öskürək zamanı çox istifadə olunur. Əsasən də heyva tumlarının suda və ya süddə dəmlənməsindən.  Heyvanın öskürəyə faydaları


1 ədəd heyva tumunu 1 stəkan süddə (və ya suda) 5 dəqiqə qaynadıb 8-10 saat gözlənilir, süzülür və gün ərzində yavaş-yavaş içilir.

1 ədəd heyvanı qabıqlarını soyub, dilimləyib, zeytun yağında bişirib 3 yerə bölərək gündə 3 dəfə yeməkdən əvvəl hər dəfə 1 hissəsini yemək lazımdır. Bu öskürək və göy öskürək zamanı olduqca faydalı bir reseptdir.

Heyva ağacının yarpaqlarından da öskürək zamanı çay kimi dəmləyib içə bilərsiniz.

Müəllif : Fizuli Hüseynov həkim-fitoterapevt
Mənbə : saglamolun.az
 

0 şərh