Heyvadan ÖSKÜRƏK əleyhinə belə istifadə edin

Payızın, soyuq ayların ən çox istifadə olunan meyvələrindən biri də heyvadır. Heyvanın faydaları çoxdur.

Amma soyuq aylarda heyvadan ən çox öskürək əleyhinə təbii dərman kimi faydalanırlar. 

Heyvadan öskürək zamanı çox istifadə olunur. Əsasən də heyva tumlarının suda və ya süddə dəmlənməsindən. 
Davamı →

Heyva qabığının faydaları

  • Flora
Heyvanın tərkibinə A, C və B qrupu vitaminləri ilə kalsium, dəmir, fosfor, mis, kalium, selen, sink və maqnezium kimi minerallar daxildir. O, çox az yağlı və liflərlə zəngin bir meyvədir.

Heyvanın tərkibinə çox güclü antioksidantlar olan polifenolik birləşmələr daxildir. Bu birləşmələr sərbəst radikallarla mübarizə aparıb, qocalma prosesini ləngidirlər. Eyni zamanda ürək-damar xəstəliklərinə və iflic riskinə qarşı qorumanı təmin edirlər. Heyva balla qarışdırılıb istehlak edildikdə kolit, bağırsaq infeksiyaları və qəbizliyin əleyhinə güclü vasitə olur.
Davamı →

Heyvanın tərkibi və müalicəvi xüsusiyyətləri

  • Flora

Heyva — tərkibində olan bioloji aktiv maddələrin sayına görə tumlu meyvələr arasında ilk yerlərdə sayılır.

O, pektin, alma turşusu, limon turşusu, tartran turşusu, müəyyən miqdarda karotin və askorbin turşusu ilə zəngin bir məhsuldur.Bundan əlavə heyvanın tərkibi  PP, E, B1, B2, B6 vitaminləri, dəmir, mis, kaliy, maqniy, fosfor, marqanes, nikel, bor kimi mikroelementlərlə zəngindir.

Hər birimizin çox sevdiyi heyva, tərkibində xolesterin, yağ və natrinin olmamasına görə ideal dietik qida sayılır. Gözəl ətirə  və dada malik olması ilə bərabər bu meyvə öz müalicəvi xüsusiyyətləri ilə bir çox məhsulları üstələyir. Bunlar:

Arıqlamaq üçün. Tərkibi selüllozla zəngin olduğuna görə o qidanın həzminə kömək edir, bu isə onu arıqlamaq istəyən insanların ideal qida siyahısına daxil edir.

Sinir sistemi üçün. Tərkibində sərbəst radikallarla mübarizə apara bilən və xərçəngin yaranma təhlükəsini azalda bilən çoxlu sayda antioksidantlar vardır. Heyvanın stresslə mübarizə aparması və qidada təbii sakitləşdirici vasitə kimi təsiri təəccüblü deyil.

Qrip və soyuqdəymə. Antivirus xüsusiyyətlər toplusuna malik olduğuna görə, qripplə mübarizədə özünü yaxşı göstərir.


Ardı →

Heyvanın faydaları

  • Flora
Heyva sərt, sarı rəngli, iri, içərisində xırda tumları olan üzəri tükcüklü meyvədir. Bu meyvə xüsusilə A və B vitamini ilə zəngindir. Payızında dəyən meyvələrdən olan heyva mədə və bağırsaqları gücləndirir. Amma çox istifadə qəbzliyə səbəb ola bilər.

Qanı təmizləyir, ürək çırpıntısına faydalıdır. Bronxit və vərəm kimi ağciyər xəstəliklərində öskürəyə qarşı yararlıdır. İnkişaf edən uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. o, hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir.Dəriyə və dırnaqlara parlaqlıq qazandırır. 

Heyvadan necə istifadə edilməlidir?
Heyvanı adi halda yemək və həzm etmək çətindir. Bunun üçündə əsasən kompot və ya mürəbbəsinin qəbul edilməsi məsləhət görülür.
Ardı →