Рейтинг
+70.86

Xaricdə təhsil

57 üzv, 33 topik

Yaponların uşaqları dahiyə çevirən metodları

1. 4-cü sinfə qədər imtahan yoxdur
Yaponiyada 4-ci sinfə qədər şagirdlər imtahan vermir. Məktəblərdə müəllimlər uşaqların savadlarını ölçmək yerinə, ilk 3 il onun xarakterinin formalaşmasına, etiket qaydalarını öyrənməsinə daha çox önəm verir. Uşaqlara insanlara sayğı, təbiətə və heyvanlara sevgi, hamı ilə nəzakətli davranmağı, avtomobil qaydalarına əməl etmək, ədalət, səxavət, şəfqət, ünsiyyət qurmağın yolları və digər bu kimi müsbət keyfiyyətlər öyrədilir.

2. Akademik il 1 apreldə başlayır
Bir çox məktəb və universitetlərin sentyabrda başlamasına baxmayaraq, Yaponiyada akademik təqvim 1 apreldə, gilas ağaclarının çiçəkləndiyi dövrdə başlayır. Akademik il 3 semestrə bölünür: 1 aprel-20 iyul, 1 sentyabr-26 dekabr, 7 yanvaq-25 mart.
Davamı →

Finlandiya təhsil sistemi

Şagirdlərə nə qiymət, nə də ev tapşırığı verilir
200 ildir dəyişməyən Finlandiya təhsil sistemi nailiyyətləri ilə dünyanı heyran qoyur. Fin təhsil sistemində təbiət elmləri, riyaziyyat, humanitar elmlər, incəsənət, idman və praktika da çox vacibdir. Fin uşaqları bağça və ibtidai siniflərdə oyunlar oynayır və zövq alaraq öyrənirlər. Müəllimlər də, valideynlər də riyaziyyat və ya dəqiq elmlərdə mücərrəd anlayışları öyrətməyin ən səmərəli yolunun musiqi, dram, ya da idman olduğunu düşünürlər.

Tələbə Dəyərləndirməsi üzrə Beynəlxalq Proqram (PISA – Programme for International Student Assessment) testləri məktəb həyatının çox əhəmiyyətli olan bəzi meyarlarını qiymətləndirmir. Finlandiyada məcburi məktəbə başlama yaşı 7-dir. Bu, ilk təhsilin ailədən gəldiyi düşüncəsinə əsaslanır. Uşaqlar məktəbə özləri piyada, ya da velosipedlə gedirlər.
Davamı →

Almaniyada təhsil sistemi

Almaniya ideyalar ölkəsidir. Burada təhsilə, elmə və elmi tədqiqatlara hər zaman xüsusi diqqət ayrılıb. Ölkədə 50 mindən çox orta məktəb, 3000 mindən artıq gimnaziya mövcuddur.  Bu tədris müəssisələrində 12 milyondan çox şagird təhsil alır. 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali məktəb var. Ölkənin demək olar ki, hər bir iri şəhərində ali təhsil müəssisəsi mövcuddur. Təhsil sistemi mərkəzləşmiş qaydada idarə olunmur. Federal torpaqların hər birinin müvafiq idarəetmə strukturları fəaliyyət göstərir. Bu səbəbdən ölkənin, müxtəlif əyalətlərində təhsilalma şərtləri və təhsil proqramları arasında fərqlər mövcuddur.   


Ardı →

Macarıstan hökumətinin təqaüdü ilə kənd təsərrüfatı üzrə magistraturada pulsuz təhsil

Macarıstan Kənd Təsərrüfatının İnkişafı Nazirliyi tərəfindən verilən təqaüd proqramı kənd təsərrüfatı sahəsində iki illik magistratura pilləsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub. Bu təqaüdü Azərbaycan vətəndaşlarının da qazanması mümkündür.

Təhsil dili ingilis dili olacaq və seçilmiş tələbələr 2015-ci ilin sentyabr ayında Macarıstanda oxumağa başlayacaqlar. Təqaüd yalnız magistratura pilləsi üçün və aşağıdakı ixtisaslar üzrə müvafiq ali məktəblərdə təhsili əhatə edir:
— Kənd təsərrüfatının inkişafı və aqrobiznes (Szent István University, Faculty of Economics and Social Sciences);
— Bitkilərin mühafizəsi (University of Pannonia, Georgikon Faculty);
— Heyvanların qidalandırılması və ərzaq təhlükəsizliyi (Kaposvár University).

Təqaüd aşağıdakı xərcləri qarşılayır:
— təhsil haqqı;
— əsas kitablar və tədris materialları;
— yataqxanada qalmaq haqqı;
— tibbi sığorta xərcləri;
— yaşayış xərcləri.

Bu təqaüd proqramını qazanmaq istəyən şəxslər aşağıdakı sənədləri ingilis dilində hazırlayıb 2015-ci il yanvarın 31-nə qədər göndərməlidirlər. Sənədlərin siyahısı və ətraflı məlumatı bu keçiddən oxuya bilərsiniz.
Davamı →

Budapeştdə və ya Vyanada təhsil al, Britaniyanın ən nüfuzlu diplomlarından birini əldə et

International Business School Budapest (Macarıstan) The University of Buckingham(Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. 
IBS-də oxumağın üstün cəhətləri:
— Avropa standartlarına uyğun yüksək təhsil sistemi, ixtisaslı müəllimlərin müasir metodlarla maraqlı dərs keçməsi;
— Dünyanın 80-dən çox ölkəsindən 1200-dən çox tələbə ilə beynəlxalq mühitdə ingilis dilində təhsil almaq;
— Digər xarici dilləri (rus, ispan, alman, macar, fransız və s.) öyrənmək imkanı; — Əla şəraiti olan kampus, müasir tədris binası, rahat yataqxanası, idman zalı, yeməkxanaya malik olması; — Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi;
Ardı →

Macarıstanda aşağı xərclərlə yüksək keyfiyyətli təhsil

Macarıstanda yerləşən BKF (ingiliscə “University of Applied Sciences, Budapest”, macarca “Budapesti Kommunikaciós és Üzleti Főiskola”) adlı ali məktəb Macarıstanın ən böyük özəl ali məktəbidir. Bu ali məktəb əcnəbilərə ingilis dilində təhsil proqramları təklif edir. BKF-də oxumağın üstün cəhətləri:

  • — Avropa standartlarına uyğun yüksək təhsil sistemi, ixtisaslı müəllimlərin müasir metodlarla maraqlı dərs keçməsi;
  • — Universitetin tələbələrinin 72,5 %-nin məzun olduqdan sonra cəmi 3 ay ərzində yüksək səviyyəli işlər tapması.
  • — Dünyanın bir çox ölkəsindən 8000-dən çox tələbə ilə beynəlxalq mühitdə ingilis dilində təhsil almaq;
  • — Əla şəraiti olan kampus, müasir tədris binasına olması;
  • — Erasmus proqramı çərçivəsində bir çox Avropa Birliyi ölkəsində partnyor universitetlərdə təhsil almaq imkanı;
  • — Tələbələrə qayğı ilə yanaşma, problemlərin vaxtında həll olunması, müxtəlif maraqlı və əyləncəli tədbirlərin təşkil olunması;
  • — Hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil alma imkanı;
  • — Macarıstanın paytaxtı Budapeştdə qiymətlərin Bakıya nisbətən daha ucuz olması;

Ardı →

Budapeştdə 1 aylıq ingilis dili kursuna müraciət açıq elan olundu

Bu kurs hər biri 45 dəqiqə davam edən 100 ingilis dili dərsindən ibarətdir və bu il 29 iyun-26 iyul tarixlərində Budapeştdə keçiriləcək.

Kursun məqsədi ümumi və biznesyönümlü ingilis dili biliklərini bütün istiqamətlərdə (dinləmək, danışmaq, oxumaq və yazmaq) orta səviyyədə inkişaf etdirməkdir. Kursun iştirakçıları üçün Budapeştdə əyləncə proqramı – muzeyləri gəzmək, filmlərə baxmaq, görməli yerlərə səyahət etmək kimi sinifdənkənar fəaliyyətlər də nəzərdə tutulub. Bundan əlavə həftədə iki dəfə Macarıstanın ən gözəl tarixi və təbiəti olan yerlərinə eksursiyalar da təşkil olunacaq.

Tələbələr International Business School-un (Beynəlxalq Biznes Məktəbinin) kampusunda yerləşən yataqxanada qalacaqlar. Tələbələrə gündə 3 dəfə yataqxananın restoranında yemək veriləcək. 4 həftə ərzində 100 dərsdən ibarət ingilis dili kursu + gündə 3 dəfə yemək + lüks şəraitdə qalmaq + səyahət etmək + əyləncə (kino, oyunlar, muzeylər, rəqs və s.) = hamısı cəmi 1550 avro. Budapeştə gediş və gəliş, eləcə də viza xərcləri göstərilən 1550 avroya daxil deyil və iştirakçı tərəfindən ödənməlidir. Cəmi 1550 avroya 1 ay ərzində həm ingilis dilini öyrənəcəksiniz, həm də Avropada dincələcəksiniz.

International Business School (www.ibs-budapest.com) Sizə Britaniya keyfiyyətini Budapeştdə daha asan və daha sərfəli qiymətə təklif edir. Ətraflı məlumat üçün müraciət etməyə tələsin, yerlər məhduddur! Kursa qəbul olmaq üçün pasportun əsas 2 səhifəsini (foto və imza olan səhifələri) [email protected] mailinə göndərmək kifayət edir. Xarici pasportu hazır olmayanlar şəxsiyyət vəsiqəsini göndərə bilərlər. Müraciət göndərmək üçün son tarix 31 martdır.

International Business School (IBS) 1991-ci ildə Macarıstanın paytaxtı Budapeştdə yaradılıb, hər il 300-dən çox tələbə bu universitetə təhsil almağa gəlir. Hazırda ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən tələbə təhsil alır. Ali məktəbdə tədris Avropa Birliyi standartlarına cavab verir, bütün proqramlar International Business School (Macarıstan) və University of Buckingham (Böyük Britaniya) arasında imzalanmış əməkdaşlıq əsasında tədris olunur. Xatırladaq ki, University of Buckingham Böyük Britaniyanın ən prestijli universitetlərindən biridir və təhsil səviyyəsinə görə 16-cı yerdədir.

Ətraflı məlumat:
Study Hungary — Azərbaycan nümayəndəliyi
Telefon: +994 50 257 11 41 (Bakı) +36 70 428 46 39 (Budapeşt)
http://instagram.com/study_in_hungary
https://twitter.com/study_hungary
https://www.facebook.com/WhyToStudyInHungary
www.study-hungary.com
[email protected]
Davamı →

Rusiyanın ali təhsil sistemi haqqında ümumi məlumatlar

Rusiyada ali təhsilin kifayət qədər uzun müddətli tarixi var. Rusiyanın bir çox universitetlərində çoxlu nəsil görkəmli alimlər yetişdirən elmi məktəblər quraşdırılıb. Rusiya ali məktəbi sanballı təhsil proqram xarakteri ilə fərqlənir, bu gün universitetlərin bir çox fakültələri mütəxəssislər hazırlayan sistemlə yanaşı çox yayılmış ikisəviyyəli magistr hazırlığını təklif edir. Dərs ili sentyabrda başlayır və iyunda sona çatır.
Ardı →

York Universiteti

York Universiteti (University of York) İngiltərənin York şəhərində yerləşir və ölkənin müasir elmi-tədqiqat mərkəzlərindən biridir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, York Universiteti 100 ən yaxşı ali məktəb arasında 70-ci yerdə olub. «Times Higher Education World University Rankings»in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, York Universiteti 81-ci, «QS World University Rankings»in açıqlamasına görə isə 88-ci yerdə qərarlaşıb. York Universiteti Avropa Universitetləri Assosiasiyasının, Ağ Qızılgül Universitet Konsorsiumunun, Ümumdünya Universitetlər Şəbəkəsinin və Böyük Britaniyanın 19  universitetindən ibarət olan «Qrup-1994»ün üzvüdür.


Ardı →

Honq Konq Elm və Texnologiya Universiteti

Honq Konq Elm və Texnologiya Universiteti (Hong Kong University of Science and Technology) Honq Konqun Yeni Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Honq Konq Elm və Texnologiya Universiteti 100 ən yaxşı ali məktəb arasında 35-ci yerdədir. 1991-ci ildə yaradılan Honq Konq Elm və Texnologiya Universiteti az bir müddətdə Asiyanın ən nüfuzlu universitetlərindən birinə çevrilib. MBA proqramının tədrisinə görə, universitetin Biznes Məktəbi Asiyada 1-ci, dünyada isə 9-cu yerdə durur.


Ardı →