Рейтинг
+70.86

Xaricdə təhsil

57 üzv, 33 topik

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ingiliscə Central European University Business School və ya qısaca CEU BS) — menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır.


Missiyası

MAU Biznes Məktəbinin liderləri inanır ki, dünyada sürətlə dəyişən şəraiti idarəetməyə bacaran menecerlərə ehtiyac var və onların fəaliyyətləri biznes, ictimai və təbii şəraitə əhəmiyyətli dərəcədə təsir edə bilər. Buna görə də bu biznes məktəbin missiyası inkişaf edərək daha qlobal missiyaya çevrildi və inkişaf etməkdə olan iqtisadiyyatlara fokuslandı. Ona görə ki, bu cür iqtisadi sistemlər dünyanın gələcəyinə təsir etmək imkanına malik olan yeni menecerlər tələb edir. Təsadüfi deyil ki, bu biznes məktəbin məzunları dünyanın aparıcı şirkətlərində, beynəlxalq təşkilatlarda, dövlət qurumlarında, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarında nüfuzlu vəzifələrdə çalışırlar.



Ardı →

Kanadanın ali təhsil sistemi

Ölkənin təhsil sisteminə dövlət məktəbləri daxil olduğu kimi, özəl məktəblər də daxildir. Konstitusiyaya görə təhsil yalnız əyalətin ixtiyarında yerləşir. Nəticədə, müxtəlif ölkələrdə təhsil sistemi əhəmiyyətli dərəcədə müxtəlif ola bilər. Lakin, ümumilikdə ölkədə təhsil standartları eyni dərəcədə yüksəkdir. Kanada universitetlərinin diplomları bütün dünyada tanınır. Kanada universiteləri müasir maddi-texniki avadanlıqla təchiz edilir və yaxşı kitabxanaları var. Kanad ali məktəblərinin əsas tərəfi elm və təcrübə ilə sıx əlaqədir. Ümumilikdə Kanadanın ali təhsil sistemi ABŞ ali təhsil sisteminə uyğundur.
Ardı →

Mərkəzi Avropa Universiteti


Mərkəzi Avropa Universiteti
(ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet humanitar və sosial elmlər sahəsində beynəlxalq səviyyədə tanınmış ABŞ və Macarıstan akkreditasiyalı magistr və doktorluq dərəcəsini verən təhsil müəssisəsidir. 30 ölkədən təxminən 100 professor MAU-da dərs deyir. Bundan əlavə MAU mütəmadi olaraq başqa ali təhsil müəssisələrindən professorları universitetdə mühazirə demək və seminar keçirməyə dəvət edir. Bu gün Mərkəzi Avropa Universiteti (MAU) – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin rəsmi veb-səhifəsi: www.ceu.hu

400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.
Ardı →

Stenford Universiteti

Stenford Universiteti (Leland Stanford Junior University — Kiçik Leyland Stenford adına  universitet) Palo-Alto şəhəri yaxınlığında,Silikon vadisinin mərkəzində, Kaliforniya ştatında yerləşir. Bu universiteti Silikon vadisinin sərvəti adlandırırlar. Universitet ABŞ-ın və bütün dünyanın ən nüfuzlu ali təhsilmüəssisələrindən biridir.


Universitetin tərkibində Stenford neyroiqtisadiyyat yay məktəbi yaradılıb. Amerika alimləri kəşflərinin əksəriyyəti, həmçinin elm və texnikanın ən qabaqcıl sahələri üzrə -biomühəndislikdən başlayaraq ən yeni kompüter texnologiyaları və kosmik tədqiqatlara,genetika, mədəni antropologiyaya qədər bu universitetin institut və laboratoriyalarında həyata keçirilir.


Ardı →

Çoxlarının marağında olan TOEFL və İELTS haqqında

ABŞ və digər ingilis dilli ölkələrdəki universitetlərdə təhsil almaq üçün əvvəlcə İngilis dili imtahanlarından keçmək lazımdır. Bir çox Amerika kollec və universitetləri iki testdən birini və ya hər ikisinin nəticələrini qəbul edir. Bu imtahanlardan biri “İngilis dili xarici dil qismində” mənasını verən TOEFL-dur. Digəri isə “Beynəlxalq İngilis dili İmtahanı sistemi” anlamına gələn IETLS-dir. TOEFL imtahanları dünyanın 80 ölkəsində keçirilir. IETLS testləri isə daha çox 121 ölkədə təşkil edilir. Bu imtahanların hər ikisini Azərbaycanda da vermək olar. ABŞ Təhsil İmtahan Xidmətinin sözçüsü Tom Evinq deyir ki, hər il təxminən bir milyon insan TOEFL imtahanı verir. IELTS-in icraçı direktoru Beril Meyronun sözlərinə görə, bu imtahanda da iştirakçıların sayı eyni olur. Xanım Meyron deyir ki, hazırda ABŞ-da 2 mindən çox universitet və kollec IETLS imtahanını qəbul edir. Ali təhsil ocaqları bu imtahanları bakalavr, Magist və ya hər iki dərəcə üçün istəyə bilər.

IETLS yazılı imtahandır. Toefl isə əksinə yalnız computer əsaslı imtahana şərait olmadığı təqdirdə yazılı əsaslarla təşkil edilir. ABŞ-da TOEFL testinin qiyməti 150 dollardır. Bu imtahanda ingilis dilində oxu, qulaq asma, danışıq və yazı qabiliyyəti yoxlanılır. İmtahanın computer versiyası TOEFL IBT yəni İnternet əsaslı test adlanır. İmtahan qiymətləri müxtəlif ölkələrdə fərqlənsə də, ümumilikdə qiymətlər 150-200ABŞ dollar arasında olur. TOEFL-da olduğu kimi IELTS-də də 4 qabiliyyət sınağa çəkilir: Oxu, yazı, danışıq və dinləmə. Ancaq IELTS-də danışıq testi üzbəüz müsahibə formatında keçirilir. İmtahan verən şəxs ESOL-dan qeydiyyatdan keçən müəllimlə danışır. ESOL “Başqa dildə danışanlar üçün İngilis dili” adlı qurumdur. Hər kəs eyni danışıq və dinləmə testindən keçir. Ancaq yazı və oxu üçün iki seçim var: Akademik və ya ixtisaslaşmış. Bu imtahanın qiyməti ölkədən ölkəyə fərqlənir. Ancaq Beril Mayron deyir ki, orta hesabla imtahan 160 dollardır.
Sonda nəzərinizə çatdıraq ki, IELTS.org və Toefl.org saytlarından müvafiq imtahanlarla bağlı ətraflı məlumat əldə edə bilərsiniz./voanews.com/

Davamı →

Britaniya, Estoniya, Polşa universitetlərinə qəbul olsam da, keyfiyyətli təhsil üçün sonda Macarıstanı seçdim

Macarıstanın Corvinus universitetində, biznesin idarə edilməsi (Business Administration) fakultəsində təhsil alan həmyerlimiz Bahadur Cabbarov bizim bugünkü müsahibimizdir. O, bir çox aparıcı universitetlərə qəbul olsa da, təhsil alması üçün məhz Macarıstanı seçmişdir. Biz də onun seçiminin səbəbi, Budapeştdə yaşadığı tələbə həyatı, oxuduğu universitet və ixtisas, oranın təhsil sistemi barədə ona suallar ünvanladıq. Buyurub, həmin müsahibəni oxuya bilərsiniz.


Davamı →

Çində əcnəbi tələbənin yaşadıqları

Əgər sən bir çinliyə bənzəmirsənsə, o zaman küçədə insanlar səni barmaqla göstərib səni müzakirə etməyə başlayacaqlar.

Çin yataqxanasının standart otağında 6, yaxud 8 tələbə yaşayır.

Bu yataqxanalarda mətbəx yoxdur və hər mərtəbədə cəmi 1 yaxud 2 ayaq yolu var.

Qızlar və oğlanlar ayrı yaşayır.

Məktəblərdə dərslər 8.00-da başlayır və 17.00-da bitir. Dərslər vaxtından bir az əvvəl bitə bilər. Lakin şagirdlər buna baxmayaraq, siniflərdə oturmalı və dərslərini hazırlamalıdırlar.

Valideynlər hər gün şagirdləri məktəbə gətirir və evə aparırlar. Çünki burada çox tez-tez uşaqlar oğurlanır, əlləri, barmaqları, ayaqları sındırılır və əvəzində pul istənilir.

Bu ölkədə ən yaxşı müəllimlər eyni sinifdə 70-90 şagirdə dərs keçən müəllimdir.
Ardı →

Fransanın ali təhsil sistemi

Fransanın ali təhsil sistemi sürətli və çevikdir. Universiteti bitirərkən ya konkret universitetin nüfuzundan asılı olmayaraq bütün ölkədə tanınan və eyni dəyərə malik olan milli diplomlar verilir, ya da xüsusilə Fransadan kənarda istifadə etmək niyyətində olanlar üçün xüsusi «daxili diplomlar» verilir ki, bunlara o qədər də üstünlük verilmir. Fransada 70-ə yaxın dövlət universiteti, 300-ə yaxın ali məktəb və tədqiqat mərkəzləri mövcuddur. Onların tərkibinə 800 «fakültə», yəni öz növbəsində «institutlar»ı (qayda olaraq, monofənli), «məktəblər»i (müəyyən istiqamətdə mütəxəssislər hazırlamaq üçün multifənli) və «laboratoriyalar»ı (elmi araşdırma keçirmək üçün) birləşdirilən Unites de Formation et de Recherche (U.F.R.) adlı struktur bölmə daxildir.
Ardı →

Avstraliya Milli Universiteti

Avstraliya Milli Universiteti (Australian National University ) Avstraliyanın ən nüfuzlu və tanınmış dövlət ali məktəbidir. Universitet Avstraliyanın paytaxtı Kanberra şəhərində yerləşir. Avstraliya Milli Universiteti Avstraliyanın ən nüfuzlu səkkiz ali təhsil müəssisəsini cəmləşdirən «Səkkizlik qrupu»na, «Sakit Okean Regionu Universitetləri», «Astronomiya Tədqiqat Universitetləri» assosiasiyalarına və «Beynəlxalq Tədqiqat Universitetləri İttifaqı»na daxildir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Avstraliya Milli Universiteti 100 ən yaxşı ali məktəb arasında 17-ci yerdə sıralanıb.


Ardı →

Dünyanın ən yaxşı universitetləri

2003-cü ildən bəri  Şanxay Ciao Tong Universitetinin mərkəzi dünya universitetləri arasında araşdırma aparır. Araşdırma nəticəsində  ilk 10 universitet arasına 8, ilk 100-lüyə isə 54  universitet daxil edən ABŞ  ölkələr sırasında birinciliyi əldə etmişdir.
İlk yeri tutan Harvard Universitetindən başqa ilk 10-luğa ABŞ universitetlərindən Berkeley, Stanford, Massachusetts Texniki Universiteti, Kaliforniya Texniki Universiteti, Princeton, Kolumbiya, Çikaqo universitetləri də daxil olmuşdur. ABŞ-ın prestijli universitetlərindən Yale universiteti siyahıda 11-ci yeri tutmuşdur.
Davamı →