Həyat çox qəribədir

HƏYAT ÇOX QƏRİBƏDİR-hörmətə layiq olanlar ayaq altında tapdanarkən,layiq olmayanlar əl üstündə saxlanılır.
HƏYAT ÇOX QƏRİBƏDİR-vicdansızlar çoxaldıqca,vicdanlılar ortada əzilir.
HƏYAT ÇOX QƏRİBƏDİR-ədalətsizliyin baş alib getdiyini bilə-bilə hamı susur...
HƏYAT ÇOX QƏRİBƏDİR-bir tərəfdə bir tikə çörək üçün dua edib,yardım gözləyənlər,digər tərəfdə hər şeyə sahib olduqlarına baxmayaraq yenə də öz həyatindan narazı olanlar.
HƏYAT ÇOX QƏRİBƏDİR-bəzi ailələr uşaq həsrəti ilə məhv olarkən,bəziləri boş-boş səbəblərə görə öz doğma övladlarını küçələrə və ya "Körpələr evi"nə atır.
HƏYAT ÇOX QƏRİBƏDİR-anaların gecə-gündüz yatmayıb,onları necə əzab-əziyyətlə böyütdüklərini bilə-bilə bəzi nankor övladlar havadan-sudan səbəblərə görə belə ana qatili olmaqdan çəkinmirlər.
HƏYAT ÇOX QƏRİBƏDİR-kimisi yeməyə belə çörək tapmadığı halda,neməti başa düşməyən "yekəqarınlar" qonaq qarşılamaq üçün önündəki çörəyi ayaqlıyıb keçirlər.
HƏYAT ÇOX QƏRİBƏDİR-Azərbaycanda "hörmət" deyəndə ilk ağla gələn pul olur.
HƏYAT ÇOX QƏRİBƏDİR-bəzi kişilər ailəsini dolandırmaq,övladlarına xoşbəxt bir gələcək verə bilmək üçün gecə-gündüz işləyib,dəridən-qabıqdan çıxarkən,bəziləri öz xoşbəxtliklərini içkiyə qurban verirlər.
HƏYAT ÇOX QƏRİBƏDİR-cinayətkarlar küçələrdə X-5 sürərkən,mə`sumların azadlıqları əlindən alınır.
HƏYAT ÇOX QƏRİBƏDİR-pul artdıqca,insanlıq azalır,bə`zən də unudulur,ölür.
HƏYAT ÇOX QƏRİBƏDİR-"papanın balaları"əsgərliyini sərhəddən çox uzaqlarda çəkərkən(saxladılanlardan danışmaq belə istəmirəm),ata-ananın gözünün ağı-qarası olan bircə oğulları ən sərhəd bölgələrə yerləşdirilir.
HƏYAT ÇOX QƏRİBƏDİR- naşükürlər sahib olduqlarına şükür etmək əvəzinə,başqasının mal-mülkünə göz dikirlər.
HƏYAT ÇOX QƏRİBƏDİR-ölməsi gərəkən insanlar "xan" kimi yaşarkən,hələ yaşamalı olanlar kiminsə səhlənkarlığına görə vaxtsız ölümə gedirlər.
HƏYAT ÇOX QƏRİBƏDİR-bəzi insanlar öz sevgilərini göstərə bilmək üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışarkən,bəziləri sevildiklərini bilə-bilə sevgilərini başqa insanlarda axtarrlar.
HƏYAT ÇOX QƏRİBƏDİR- bəziləri Allah yaratdığı kimi qalmaq əvəzinə,təbii gözəlliklərini yox etmək üçün plastik əməliyyatlara minlərlə pul sərf eləyirlər.
HƏYAT ÇOX QƏRİBƏDİR-bəziləri yaşamaq üçün bir şans daha istəyərkən,bəziləri həyatlarını məhv etmək üçün bir an belə düşünmürlər.
HƏYAT ÇOX QƏRİBƏDİR-həmişə "MƏN"deyənlər belə zamanı gələndə "YALNIZ SƏN"deyirlər

Ey həyat sən nə qəribəsən.
 

1 şərh