Yaz Yay Məktəbi Bloqlar haqqında təlim (başlanğıc mərhələ)

AEGEE-Bakının Yaz-Yay Məktəbi - Bloq yazmaq istəyən, bloqer olmaq istəyən gənclər, tələbələr və gənc jurnalistlər üçün təlimlər layihəsi davam edir.

Tarix: 27-29 may (saat 10.00-17.00)
Məkan: Bakı Jurnalistika Məktəbinin təlim otağı

Üç günlük təlim ərzində öyrənəcəksiniz:

* Bloq nədir? Nə üçün YAZmaq lazımdır?
* Bloq YAZmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli)
* Məşhurlaşdırmaq və YAYmaq (oxucuların cəlb olunması)
* Bloqun idarə olunması (istifadə rahatlığı, funksionallıq, əks-əlaqə)
* Bloq yaratmaq (prinsiplər, ad seçimi, platforma seçimi )
* Bloqdan qazanc (Kim qazanır? Nə və necə qazanır?)

Təlimə nəzəri məlumatla yanaşı praktik məşğələlər də daxildir. İştirakçılar komputer və internetlə təmin olunacaqlar.

Təlimdə iştirakın şərtləri:

1.18-27 yaş arası gənclər iştirak edə bilərlər
2.Təlimin hər üç günündə iştirak etmək vacibdir
3. Hal-hazırda bloqu olanlar və ya olmayıb yaratmaq istəyənlər də iştirak edə bilər
4. Bu təlimdə əvvəlkilərdə iştirak edənlər qoşula bilməzlər


Ərizə forması: http://url.az/bloqtelim

Suallarınızı [email protected] ünvanına göndərə bilərlərsiniz.

Son tarix: 25 may 2010
 

0 şərh