Ölkələr haqqında maraqlı 20 məlumat

 

Ölkələr haqqında maraqlı məlumatlar və faktlar

 

1. Səhralar ölkəsi — Liviya

 

Ölkə ərazisinin 99%-i səhra ilə örtülü olan Liviya dünyanın ən quraq yerlərindən biridir, belə ki, ölkənin bəzi bölgələrində onilliklər ərzində bir damcı belə yağış düşmür.

 

2.Qu quşlarıını mülkə çevirən ölkə -İngiltərə

İngiltərədəki bütün qu quşları kraliçanın mülküdür.

 

3.Şərablar ölkəsi -  Moldova

 Ginnesin Rekordlar kitabına görə, dünyanın ən böyük şərab kolleksiyası Moldovadadır. İçində  1 milyondan çox butulka var.

Ölkələr haqqında maraqlı 20 məlumat


4.Dünyadakı bütün iqlim tipini yaşayan — Yeni Zelandiya

Yeni Zelandiya dünyada bütün iqlim tipini yaşayan yeganə ölkədir.

 

5. Çaylara həsrət ölkə — Səudiyyə Ərəbistanı

Maraqlı səslənir, elə deyilmi? Səudiyyə Ərəbistanı kimi böyük torpaqları olan bir ölkədə heç bir şəkildə axar suya sahib  çay tapmaq mümkün deyil. İçməli su dəniz suyunun duzsuzlaşdırılmasından və yeraltı mənbələrdən əldə edilir.

 

6. Gombullar ölkəsi  — Nauru

Kiçik ada dövləti  olan Nauru dünyanın ən kök ölkəsidir və əhalisinin 95%-i artıq çəkidən əziyyət çəkir. Piylənmənin əsas səbəbi Qərbin fast food mədəniyyətinin sürətlə tətbiqindən qaynaqlanır.

 

7. Göllər ölkəsi — Kanada

Ən çox gölün olduğu ölkə olan Kanadada 3 milyondan çox göl yerləşri və bu ərazinin 9%-ni əhatə edir. Dünyadakı bütün göllərin 60%-dən çoxu Kanada sərhədləri daxilində yerləşir.

 

8. Nyu Yorkdakı Mərkəzi Parkdan belə daha kiçik ölkə — Monako

Vatikan Monakodan kiçik olsa da, daimi sakinlərin yaşadığı ən kiçik ölkədir, çünki Vatikanın Monako kimi daimi sakin yoxdur...  

 

9, Dünyanın ən çoxdilli ölkəsi- Papua Yeni Qvineya

İngilis dili rəsmi dil olsa da, əhalinin yalnız 1-2%-i ingilis dilində danışır. Dünyanın ən çox dilə malik ölkəsi olan Papua Yeni Qvineyada 820-dən çox dil danışılır ki, bu da dünyadakı ümumi dillərin 12%-ni təşkil edir.

 

10. Dünyanın bilinən ən qədim suveren dövləti — Misir

Bilinən tarixlə Misir e.ə. 3100-cü ildə suverenliyi ilə dünyada ilk suveren dövlətdir. 

 

11. 131 ölkədən daha böyük olan şəhər — İstanbul

Türkiyənin İstanbul şəhərinin əhalisi 2022-ci ilə alınan son statistikaya görə 16 milyon 19 min 110-dur(16.019.110) və bu.131 ölkənin əhalisindən çoxdur.

 

12. Ən gənc  əhaliyə sahib olan ölkə -Niger

Adətən dünyanın ən gənc ölkəsi 15 yaşa qədər əhalinin sayına görə müəyyən edilir. Bu gün bu titul Nigerə məxsusdur. Əhalinin demək olar ki, yarısı yeniyetməlik çağındadır (49%).

 

13. Etnik baxımdan ən zəngin ölkə — Hindistan

Demək olar ki, hər bir kateqoriyada, mədəni, iqtisadi, iqlim, irqi, dil, etnik və dini, Hindistan dünyada ya birinci, ya da ikinci ən müxtəlif ölkədir.

 

14. Dünyanın ağciyəri olan ölkə — Rusiya

Dünya meşələrinin təxminən 25%-I ABŞ-dan daha böyük olan Sibirdə yerləşir. Bu meşələr Rusiyanı dünyanın ən böyük oksigen istehsalı mərkəzinə çevirir.

 

15. Çaylar ölkəsi –Latviya

 Latviyada 10 mindən çox çay var.

 

 16.Dünyanın ən uzun körpüsüsünə sahib ölkə - Küveyt.

Dünyanın ən uzun körpüsü 48,5 kilometr olan Şeyx Cabirdir və  Küveytdə yerləşir.

17. Xərçəng xəstəliyinin ən çox yayıldığı ölkə- ABŞ
Amerikada hər saatda 40 nəfər xərçəngdən ölür.Gündəlik fast food ilə qidalanma, passiv həyat tərzi, kimyəvi dərman və preparatlardan intensiv istifadə və digər səbəblər Amerikanı bu baxımdan lider edir.

 

18. 1792 pillədən ibarət qüllə- Eyfel qülləsi 

Fransada Eyfel qülləsinin başına çatmaq üçün 1792 pillə var.

 

19. Məhbuslar ölkəsi — ABŞ

ABŞ-da 20-29 yaş arası qaradərili kişilərin üçdə biri ya həbsdədir, ya da məhbusdur.

 

20. Su altında qalma ehtimalı yüksək olan ölkə — Maldiv adaları

Maldiv adaları, şübhəsiz ki, qlobal istiləşmə nəticəsində suların yüksəlməsi səbəbindən ən çox qorxmalı olan ölkədir. Dəniz səviyyəsindən cəmi 1,8 metr hündürlükdə olan Maldiv xalqı yer üzündə ən aşağı məskunlaşan xalqdır.

 

 

0 şərh