Рейтинг
+37.29

Ölkələr

53 üzv, 73 topik

İsveçrə

İsveçrə (Almanca: Schweiz, Fransızca: Suisse İtalyanca: Svizzera və Romanca: Svizra), rəsmi adıyla İsveçrə Konfederasiyası, Orta Avropada Alp Dağlarında və dənizə sahili olan bir ölkə. Şimalında Almaniya, qərbində Fransa, cənubunda İtaliya və şərqində Avstriya ilə Lixtenşteyn ilə qonşu olan və tarixi olaraq bir konfederasiya olan ölkə 1848-ci ildən bəri bir federasiyadır. Bankçılıq və maliyyə sektorlarında çox güclü bir iqtisadiyyata sahib olan İsveçrə uzun müddətdir siyasi və hərbi tərəfsizlik ənənəsinə malikdir. Bu səbəblərdən ötəri bir çox beynəlxalq təşkilatların məclisləri bu ölkədə kecirlir. Ölkənin rəsmi Latınca adı olan Confoederatio Helvetica, Helvetler Konfederasiyası mənasını verməkdədir. Dörd rəsmi dildən hər hansı birinə prioritet verməmək məqsədiylə Latınca istifadə edilməkdədir. Ölkə qısaltması olaraq (CH) istifadə edilməsinin səbəbi də budur. Fransızca (Confédération suisse), İtalyanca (Confederazione Svizzera) və Romanca(Confederaziun svizra) rəsmi adları "İsveçrə Konfederasiyası" olaraq çevrilərkən Almanca rəsmi ad olan Schweizerische Eidgenossenschaft "İsveçrə And Qardaşlığı" ya da "İsveçrə Müqavilə Ölkəsi" mənasını verər.


Ardı →

Pakistan

Pakistan 1947-ci ildə İngilis müstəmləkəsindəki Hindistandan, yaşanan qanlı bir mübarizə sonrası ayrılaraq 14 Avqust 1947-ci ildə qurulmuşdur. Cənubi Asiyada (20° 46' — 36° 55') şimal paralelləri və (60° 52'-92°41') şərq meridianları arasında yer alan, şərqində Hindistan, qərbində Əfqanıstan və İran, şimal-şərqində Çin və cənubunda noDream Dənizi ilə qonşu olan bir ölkədir. Daha sonra yenidən bölünmə olaraq Banqladeş və indiki Pakistana ayrılmışdır.Pakistanda 4 əyalət vardır. Pəncab, Sind, Şimal-qərb Cəbhəsi və Beluçistan. Federal paytaxt İslamabaddır.


Ardı →

Kuba-azadlıq adası

“Ömrümdə belə bir gözəllik görməmişdim”
Xristofor Kolumb
Xristofor Kolumb bu sözləri Kuba torpağına ilk dəfə ayaq basanda deyib. Doğrudan da mavi dəniz, gümüşü sular və hüdudsuz sahillər bu təəssüratın təsdiqindən başqa bir şey deyil. Və bura, əlbəttə, Kubanın insanlarını əlavə etməmək insafsızlıq olar.
Sözsüz ki, Kolumbun əsrlərcə əvvəl dediyi sözlər bu gün də özünü doğruldur. Lakin Kuba torpağı haqqındakı təsəvvürlə bugünkü Kuba arasındakı fərqləri də nəzərdən qaçırmaq olmaz. Kubaya səfərimizin ilk anındaca təsəvvürümüz formalaşdı: möhtəşəm, amma kasıblamış bir ölkə. Havana aeroportuna enər-enməz bəlkə də insanın ağlına bundan başqa heç bir söz gələ bilməz. Buradakı ab-havanı duymaq, sözün bir çox mənalarında bizdən uzaqda olan bir ölkənin inkişafı ilə tanışlıq, əsasən də sovet adamı olmuş bizlərin sosializm əhval-ruhiyyəsinə yenidən və kənardan şahidlik etməsi olduqca maraqlıdır. Sözsüz ki, Kubanın xüsusilə müasir tarixində maraq doğuran çox dərin mətləblər var. 3-4 günlük səfər təəssüratımızı, kiçik müşahidələrimizi sizinlə bölüşürük.
Davamı →