Dünyanın ən kiçik şəhərləri


Dünyanın ən kiçik şəhərlərin adı məlum olub. Dünyanın ən kiçik şəhərlərin adı açıqlanan siyahıda birinci yeri ABŞ-ın Buford şəhərciyi tutub. Burada cəmi bir nəfər yaşayır. O, eyni vaxtda şəhərin meri vəzifələrini icra edir.

Əhalisi 17 nəfərdən ibarət olan Xorvatiyanın Xum şəhəri ikinci yerdə, əhalisi 20 nəfər olan Çexiyanın Rabşteyn şəhəri üçüncü yerdədir. Dördüncü yerdə isə Bolqarıstanın Melnik şəhəri qərarlaşıb. Bu şəhərdə nisbətən çox adam — 390 nəfər yaşayır.

Reytinqdə beşinci yeri Rusiyanın Çekalin şəhəri tutur. Siyahıya almaya görə burada 992 nəfər yaşayır, halbuki uzaq 1956-ci ildə bu şəhərdə 2008 nəfər yaşayıb.







 

3 şərh

MURAD_SEYFULLAYEV
Maraqlıdı. Mən də elə bilirdim şəhər statusu verərkən ərazi və əhali sayı nəzərə alınır.
Yeganə sakini və meri olan adamı yəqin güclə razı salıblar o vəzifədə işləməyə. :)
pascal
Əslində Buford kiçik qəsəbədir. Vaxtilə o qəsəbənin özünə münasib əhalisi də olub. Yəqin yaşayış üçün əlverişli şərait olmadığından insanlar oranı tərk edib. 
azadmamedov90
Harda rahatlıq varsa, insanlar ora qaçırlar. Artıq insanlar SmartHouse-sistemi quraşdırırlar evlərində ki, ayağa qalxıb pəncərəni belə açmasınlar.