Dünyanın ən kiçik şəhəri: Hum

 
Dünyanın ən kiçik şəhəri Xorvatiyada yerləşən Hum şəhəridir. İstriya yarımadasında yerləşən Hum şəhərində yalnız 17 nəfər yaşayır. 

Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq, şəhərin özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi var. Hum şəhəri kifayət qədər qədim şəhərdir və onun haqqında ilk xatirələr 1102-ci ilə gedib çıxır. Hum şəhərində qədim qala divarlarının, XII əsrdə tikilmiş Müqəddəs İeronima məbədinin, XVI əsrə aid Saat qülləsi və sairlərinin qalıqları var.
Davamı →

Roma əbədi şəhərdir

Roma təkcə İtaliyanın paytaxtı deyil, həm də dünyanın ən qədim şəhərlərindən biridir. Roma açıq səma altında əsl muzeydir. Burada bir neçə min il əvvəl insanların necə yaşaması göz qabağındadır. Roma Tibr çayının sahillərində yeddi təpənin üstündə yerləşir. Onu Əbədi şəhər adlandırırlar. Axı, onun təqribən 3 min il yaşı var. Qədim əfsanəyə görə, Romanın bünövrəsini dişi canavarın süd verib bəslədiyi Romul və Rem adlı iki qardaş qoyub. Şəhərin hasarını tikən qardaşlar arasında mübahisə düşüb: görəsən, şəhər kimin olacaq? Qəzəblənən Romul Remi öldürüb və gələcək paytaxta öz adını verib: Roma. Beləcə, Romul Romanın yeddi hökmdarından biri olub. Ticarət yollarının kəsişməsində əlverişli bir yerdə yerləşən şəhər isə zaman keçəndən sonra qüdrətli Roma İmperiyasının paytaxtına çevrilib.


Davamı →

Şəhəri avtomobillər xilas etdi

20-ci əsrin əvvəllərində Nyu-Yorkda təxminən 200 min at var idi, hər 17 adama bir at düşürdü. Atlı vaqonlar küçələri doldururdu. Əgər atın ayağı qırılsaydı həmən oradaca öldürülərdi. Ölən atlar ağır olardı. Təmizlik xidmətinin işçiləri gözləyirdilər ki at bədəni bir az çürüsün ki onu hissələrə ayırıb yol kənarından uzaqlaşdırmaq olsun.

1900-cü ildə bir Nyu York sakininin atla toqquşaraq ölməsi bizim günümüzdəki maşın qəzalarında ölmək ehtimalımızdan iki dəfə çox idi.
Davamı →

Amsterdama getmək üçün 5 səbəb

Rembradtın əsərlərinə baxmaq, yoxsa Qırmızı fənərlər küçəsi ilə gəzmək? Bərədə yaşamaq və hər gün təzə çiçəyin ətrini hiss etmək, yoxsa, yerli bazarda xırda əşyalar axtarmaq? İcarəyə velosiped götürərək idmanla məşğul olmaq, yoxsa, bütün axşamı kofe mağazalarında keçirtmək? Əgər siz istirahətinizi harada keçirməyinizi bilmirsizsə, onda Amsterdama getməyin əsas səbəblərini oxuyun. 

Bərədə yaşamaq imkanı

Rahat və öyrəşdiyiniz yaşayış yerinizi, ətrafda yalnız suyun olduğu bərəyə dəyişə bilərsiniz. Çox adam həmişəlik buna razılaşmasa da, etiraf edək ki, hamımız istirahətimizi belə keçirmək istərdik. Amsterdamın coğrafi şəraitinə görə orada bərədə yaşayış yeri tapmaq heç də çətin deyil. Amstel Botel kimi 175 nəfərli, bahalı La Maroxidien və normal cibə uyğun olan Maria Alberta bərə-otelləri Amsterdamda fəaliyyət göstərir.


Ardı →

İtaliyada gəzməli olduğunuz 6 şəhər

İtaliyaya gedib, oranın mədəniyyəti ilə bir neçə gün ərzində tanış olmaq mümkünsüzdü. Təkcə YUNESKO qeydiyyatında olan 47 heykəl, saysız-hesabsız muzeylər, Adriatik dənizinin sahilləri və təbii ki, üzüm bağları. Sizə İtaliyanın ən görməli yerlərini və şəhərlərini təqdim edirik.

Turin

İtaliyanın avtomobil paytaxtı, FIAT şirkətinin vətəni, 2006cı il qış Olimpiya oyunlarının təşkilatçı şəhəri. Turin- tarixi yerləri, muzeyləri gəzməyi sevən insanlarla yanaşı, şoppinq etməyi sevənlər üçün də əla yerdi. Burada Milanda olan bütün brend mağazalarına rast gələ bilərsiniz, sadəcə növbələrsiz və səs-küysüz. Ən əsası burada qədim xristian relikti olan- Turin kəfəni ilə tanış ola bilərsiniz.


Ardı →

Dünyanın ən kiçik şəhərləri


Dünyanın ən kiçik şəhərlərin adı məlum olub. Dünyanın ən kiçik şəhərlərin adı açıqlanan siyahıda birinci yeri ABŞ-ın Buford şəhərciyi tutub. Burada cəmi bir nəfər yaşayır. O, eyni vaxtda şəhərin meri vəzifələrini icra edir.
Ardı →

Dünyanın ən bahalı şəhərləri - 2014

Economist Intelligence Unit dərgisi “Dünyanın ən bahalı şəhərləri – TOP 10” siyahısını yenilədi.

2013-cü ilin siyahısı ilə o qədər də çox fərqlənməyən bu TOP 10-luğu sizə təqdim edirik:


1.
 Dünyanın ən bahalı şəhərləri sırasında ilk pillədə Sinqapur durur. Keçən ilin statistikasında Sinqapur 6-cı pillədə idi. Vergilərin və avtomobil satışının çox bahalı olması şəhəri “dünyanın ən bahalı şəhərləri” sırasında birinci etdi.

Çörək:  3,36 $

5 il bundan əvvəl: 2,90 $


Ardı →

Bu şəhərlər dağılacaq

Mütəxəssislər məhv olacaq şəhərlərin «qara siyahısı»nı hazırlayıblar

Mütəxəssislər şəhərlərin «qara siyahısı»nı hazırlayıblar.  

Onlar dünyanın altı şəhərinin 2100-cü ilədək dağılacağını proqnoz edirlər. San-Fransisko, Detroyt, Neapol, Venesiya, Mexiko, Timbuktunun dağılacağını ehtimal edənlər, bu şəhərlərin dağılmasının səbəblərini də göstəriblər.  
Ardı →

Turistlərin nifrət etdikləri şəhərlər

Çoxsaylı səyahətçilərin şikayətləri sayəsində turistlərin sevmədikləri şəhərlərin reytinqi təşkil edilmişdir. Nəticədə qara siyahıya 10 meqapolis daxil edilib.

Turistlərin şikayətlərini bir yerə toplayan A Luxury Travel Blog turistik portalının reytinqində ilk pilləni Paris şəhəri tutmuşdur. Turistlərin fikrincə bu romantika, dəb və nəzakətli ofisiantlar şəhərində insanlar çox kobud, küçələr çirkli, Luvr muzeyində isə növbələr çox uzundur.

Reytinqdə ikinci yerdə Meksikanın Tixuana şəhəri yer alıb. Bu şəhər cinayətkarlıq səviyyəsi, əhali arasında yayılmış müxtəlif xəstəlik və ABŞ ilə sərhəddə narkotiklərin ətraflı yoxlanmaması səbəbi ilə turistləri qorxudur.

Bundan əlavə reytinqin üçüncü pilləsində Dehli yer almış, Sidney və Melburn isə dördüncü pilləni bölüşdürmüşlər. Reytinqin ilk 5-liyini Los-Ancelos tamamlayır. Turistlər bu şəhəri məhz turistlərin çoxluğu səbəbindən sevmirlər. Digər şikayətlər arasında tıxaclar, duman və səs-küy də var. Reytinqdə yer almış Beliz şəhəri isə öz zəif infrastrukturu, yoxsulluğu, cinayətkarlığı və narkotik ticarəti sayəsində turistlərin nifrətinə səbəb olub.
Ardı →

Cakarta

Kosmopolit şəhər CakartaXVI əsrdə Uzaq Şərq ölkələrinin sərvətləri arxasınca qaçan avropalılar bölgəni kəşf etməklə Cakartanın da taleyini dəyişdilər. Həmin dövrə qədər sadə liman şəhəri olan Cakartaya gələn portuqaliyalı dənizçilər yerli xalqla razılığa gələrək, başda ədviyyat olmaqla, ticarət malları üzərində imtiyaz əldə etdilər. Hər iki tərəfin də taleyini dəyişən bu anlaşma xatirə daşı ilə əbədiləşdirildi. Vaxt ötdükcə yerin altına girən bu daş 1918-ci ildə yenidən işıq üzü görərək, şəhər tarixinin önəmli rəmzlərindən birinə çevrildi.

Portuqaliyalılardan sonra İndoneziyanın milli qəhramanı Fatahillah tərəfindən ələ keçirilən bölgə “Böyük zəfər” mənasını verən “Jayakarta” adlanmağa başladı. Daha sonra ingilis və hollandların hakimiyyət uğrunda mübarizə səhnəsinə çevrilən Cakarta İkinci Dünya müharibəsindən sonra müstəqilliyini elan edən İndoneziyanın paytaxtına çevrilərək sabitliyə qovuşdu. Müasir Cakarta Asiyadakı ticarət yollarının kəsişməsində yerləşən təbii limanı ilə “kəşflər erası” deyilən müstəmləkəçilik dövrünün ekzotik atmosferini yeniliklərlə birləşdirən kosmopolit şəhərdir.


Ardı →