Beynəlxalq daşımaların təşkili

Bağlanmış xarici ticarət kontraktlarına əsasən yüklərin daşınması prosesi hərəkətin üç sahəsindən ibarətdir:
Hərəkətin birinci ərazisi (sahəsi)- əmtəəni göndərən ölkənin ərazisi üzrə yüklərin daşınması (əmtəələrin yüklənməsi məntəqəsindən sərhədə qədər olan ərazi).
İkinci sahə -yükün digər ölkənin ərazisi üzrə daşınması (mal göndərən ölkənin sərhədindən- yükü qəbul edən ölkənin sərhədinə qədər olan sahə). Bu sahə tranzit ərazisi adlanır.Yalnız ümumi sərhədlərə malik olan qonşu dövlətlər xarici ticarətin kontrogentləri kimi çıxış etdikləri halda belə variant istifadə olunmur.Belə vəziyyətdə yranzit ərazisi olmur.
Hərəkətin üçüncü sahəsi- yükün həmin ölkənin ərazisi üzrə nəql edilməsi (sərhəddən təyinat məntəqəsinə kimi).
“Beynəlxalq nəqliyyat əməliyyatları” anlayışının məzmununa bir neçə qarşılıqlı əlaqədə olan mərhələlər aiddir.


Ardı →

Beynəlxalq nəqliyyat əməliyyatlarının mahiyyəti və növləri

Nəqliyyat əlaqələri-beynəlxalq iqtisadi münasibətlərin həyata keçirilməsinin vacib və fasiləsiz tərkib hissəsidir. Nəqliyyat vasitələri beynəlxalq bazarlarda əmtəə və xidmətlərin tədarükçüdən (mal göndərəndən) istehlakçıya qədərki hərəkətini təmin edir. Funksional olaraq nəqliyyat, tədavül prosesi ilə tamamilə qovuşaraq biləvasitə ona xidmət edir. Əmtəə və xidmətlərin tədavülü prosesini nəqliyyatdan kənar təsəvvür etmək çox çətindir.
Əmtəə və xidmətlərin daşınması bir növ istehsal prosesini davam etdirir.Yaradılmış məhsula çəkilmiş daşınma məsrəfləri həmin əmtəənin ümumi xərclərinə əlavə edilir və maya dəyəri və qiymətə daxil olunur. Onlar əlavə tədavül xərclərini təşkil edir və qiymətin vacib komponentlərindən birinə çevrilir. Burada qiymətdə nəqliyyat(daşınma) xərcləri kifayət qədər yüksək paya malik ola bilər (məhsulun maya dəyərinin 30%-nə qədər). Ona görə də xarici ticarət kontraktlarının uğurlu alınması və onun iqtisadi səmərəliliyi bu və ya digər yükün necə daşınmasından, yükdaşıma üçün ən qənaətli və sürətli nəqliyyat vasitəsindən necə istifadə olunmasından xeyli dərəcədə asılıdır.


Ardı →

Marksın iqtisadi təliminin iqtisadi təfəkkürün formalaşmasındakı rolu

K.Marks abstrakt metodu klassik formada «Kapital» əsərinə və özünün digər əsərlərinə tətbiq etməklə burjua cəmiyyətinin iqtisadi hüceyrəsi olan əmtəənin mahiyyətini, onun ikili xassəsini və daxili ziddiyyətlərini açmış, əmtəədə maddiləşən əməyin ikili xarakterini kəşf etmiş, əmtəənin dəyər kəmiyyəti, dəyərin inkişaf formaları və s. haqqında təlimlər sistemi yaratmışdır. Marks abstraksiya metodunu tətbiq etməklə kapital və izafi dəyəri, onların konkret formalarını, sənaye, ticarət, borc kapitalını, borc mənfəəti kateqoriyalarını təhlil etmişdir. Belə ki, Marks yazır ki, istehsal münasibətlərini, iqtisadi hadisə və prosesləri tədqiq edib öyrənərkən abstrakt metoddan istifadə edilməsi zəruri şərtdir. İqtisadi hadisə və proseslərin inkişafından və onları öyrənmə dərəcəsindən asılı olaraq bu metodu üç mərhələdə tətbiq etmək olar. Abstrakt metodun birinci mərhələsində ümumi anlayışların mahiyyətini, onların ictimai, iqtisadi məzmunundan asılı olmayaraq öyrənmək lazımdır. Bu ümumi anlayışlara aşağıdakılar daxil edilir: istehsal, əmək prosesi, istehsal vasitələri, istehsal münasibətləri.
Ardı →

KAPİTAL əsəri,onun predmeti və tədqiqat metodu

K.Marks öz iqtisadi əlyazmalarını xüsusi bir cild halında nəşr etdirmək qərarına gəlir. Odur ki, birinci kitabını 27 mart 1867-ci ildə başa çatdırıb Hamburq şəhərinə gəlir və «Kapital»ın birinci cildini kitab nəşriyyatçısı Meysierə təqdim edir. Beləliklə, 1867-ci ilin sentyabr ayında «Kapital» əsərinin birinci cildi nəşr olunur.
Hər şeydən əvvəl «Kapital» əsərində K.Marksın  özünün qeyd etdiyi kimi, əsər onun həyat işidir. Onun fikrincə iqtisadi quruluş əsasdır, həlledicidir, müəyyənedicidir və aparıcıdır. Bununla yanaşı siyasi üstqurum iqtisadi quruluş üzərində təşəkkül tapır. F.Engelsin qeyd etdiyi kimi «Kapital» əsəri müasir kapitalizm cəmiyyətinin iqtisadi quruluşunu, yəni kapitalist istehsal üsulunun anatomiyasını öyrənən bir kitabdır.


Ardı →

K.Marks təliminin iqtisadi mahiyyəti və xüsusiyyətləri

K.Marks öz iqtisadi fikirlərini formalaşdırmaq məqsədilə ciddi olaraq siyasi iqtisad tarixinə dair, iqtisadi tarixə aid olan və burjua həqiqətini özündə əks etdirən əsərlərlə məşğul olmağa başlayır. Belə ki, o, öz iqtisadi nəzəriyyəsini sistem halına salmağa cəhd edir. K.Marks yazırdı ki, mənim məqsədim müasir cəmiyyətin, yəni burjua cəmiyyətinin istehsalını idarə edən qanunları tədqiq etməkdən ibarətdir. K.Marks ilk əvvəl D.Rikardonun pul nəzəriyyəsinin tərəfdarı idi. Lakin sonralar o pul haqqında nəzəriyyələr barədə prinsipial mövqe tutur. K.Marksın əlyazmalarında göstərilirdi ki, pul ilə dəyər arasında daxili bir əlaqə mövcuddur. Pulun nəzəri təhlili göstərdi ki, pul ümumi əməyin təzahür formasıdır, onu mübadilə dəyəri yaradır. Nə qədər ki, mübadilə dəyəri məhsulun ictimai forması kimi qalır, yəni, əmtəə mövcud olduqca pul da zəruri vasitə kimi qalacaqdır və pulu ləğv etmək olmaz. Əmtəə təsərrüfatının və mübadilənin dərinləşməsi və inkişafı ilə əlaqədar olaraq məhsul kimi əmtəənin təbiəti ilə onun ümumi təbiəti olan mübadilə arasında ziddiyyət mövcud olacaqdır. Məlumdur ki, əmtəə-pul münasibətləri kapitalizmə qədər mövcud idi, lakin bu əlaqələr tabeçilik xarakteri daşıyırdı və fəaliyyət dairələri məhdud idi. Klassik burjua siyasi iqtisadı ilə müqayisədə K.Marks qeyd edirdi ki, bu məktəbin əksinə olaraq kapitalın inkişafını, onun yaranma mənbəyini dəyər anlayışı ilə, dəyərin pul forması ilə əlaqələndirdi.
Ardı →

K.Marks alternativ iqtisadi təlimin yaradıcısıdır

XIX əsrin birinci yarısı K.Marksın iqtisadi ideyalarının və iqtisadi görüşlərinin təşəkkül tapıb qərarlaşması dövrünün ilk mərhələsidir. Heç də təsadüfi deyildir ki, K.Marksın və onun dostu və silahdaşı F.Engelsin Siyasi İqtisad elmində irəli sürmüş olduqları alternativ iqtisadi ideyalar onlara dünya şöhrəti gətirmişdir.
K.Marks öz əsərlərində siyasi iqtisadın tarixini araşdırmış və burjua siyasi iqtisadının əsas kateqoriyalarının təhlilini vermişdir. Yaradıcılığının bu mərhələsində K.Marks xüsusilə dəyər, istehsal xərcləri, torpaq rentası, kapital, əmək, rəqabət anlayışlarına daha çox diqqət yetirməklə bu kateqoriyalaraı öyrənib tədqiq etmişdir. Qeyd etdiyimiz problemlər, xüsusilə K.Marksın 1844-cü il iqtisadi-fəlsəfi əlyazmalarında öz əksini tapmışdır.


Ardı →

Bronxoqrafiya və Bronxoskopiya

BRONXOQRAFİYA — bronxların və traxeyanın rentgenoloji müayinəsi. Bunun üçün qabaqcadan həmin üzvlərə kontrast maddə yeridir.
Bronxoqrafiya üçün göstərişlər;
1) bronxların və ciyərlərin müxtəlif xəstəliklərində bronx-ağciyər prosesinin yerini dəqiqləşdirmək üçün;
2) bronx ağacının şöbələrini müayinə etmək üçün, çünki bunları bronxoskopiyada ya heç görmək mümkün olmur, ya da aydın görünmür;
3) ağ ciyərlərdə aparılacaq cərrahi əməliyyatın miqyasını təyin etmək üçün.


Ardı →

Duş

Duş — su ilə müalicənin səmərəli metodlarından biridir. Ayrıca müalicə kursu kimi, ya da su ilə başqa müalicə proseduraları kompleksində, bəzən müalicəyə başlayanda, yaxud müalicənin axırında tətbiq edilir. Suyun temperaturunu xəstəliyin xüsusiyyətindən və nəzərdə tutulan məqsəddən asılı olaraq təyin edirlər. Qısamüddətli soyuq və isti duş insanı gümrahlaşdırır, əzələlərin və damarların tonusunu artırır, uzun çəkən soyuq və isti duş hissi və hərəki sinirlərin oyanma qabiliyyətini azaldır, maddələr mübadiləsini artırır, ilıq duş isə sedativ təsir edir. Sərin və soyuq duşdan sonra bədəni cod dəsmalla bərk-bərk sürtmək lazımdır, bu, ürək-damar sisteminin işinə müsbət təsir edir.
İynəvarı, yağış duşu xüsusi qurğunun başına taxılmış tordan ayrı-ayrı şırnaqlara bölünmüş, yağış şəklində tökülən sudur. Bu su ilıq, indifferent, sərin və soyuq ola bilər. Duşun müddəti 1 dəqiqədən 5 dəqiqəyə qədərdir, su 1-2 atm təzyiqlə verilir. Proseduranı hər gün aparırlar, müalicə kursu 15-25 proseduradır.
Şarko duşu. Xüsusi duş kafedrasından müəyyən temperaturlu və təzyiqli su vurulur.
Ardı →

Disfagiya-udma aktının pozulması

DİSFAGİYA — udma aktının pozulması; buna səbəb qida topasının qida borusu ilə irəliləməsinə mane olan üzvi və ya funksional pozğunluqdur. Disfagiyanı törədən əsas səbəblər udlağın xəstəlikləri (travmatik və ya iltihab xarakterli), sinir sisteminin və udma aktında iştirak edən əzələlərin zədələnməsi, qida borusunun zədələnməsi, qi­da borusunun daralması (orta divarın və qida borusunun şişləri, limfa düyünlərinin böyüməsi), qida borusunun selikli qişasının zədələnmələridir (travma, yanıq, iltihab).
Disfagiyanın əsas simptomu qidanı uda bilməməkdir, xəstə əvvəlcə bərk qidanı, sonralar isə duru qidanı da uda bilmir.
Funksional disfagiya ya hərdənbir, ya da vaxtaşırı bas verir və qıcıqlandırıcı qida (isti və soyuq) ona təkan verir. İsterik nevroz nəticəsində baş verən disfagiya duru qida və su udanda da əmələ gələ bilər, lakin bərk qida udanda baş verməyə bilər. Adətən funksional disfagiya artmır. Üzvi disfagiyada remissiya (yaxşılaşma) olmur və bərk qida udduqda baş verir. Qidanın üstündən su içmək yüngüllük gətirir. Qida borusunda şiş olduqda disfagiya artır və udduqda döş sümüyünün dalında ağrı olur. Disfagiyanın üzvi mənşəli olmasından şübhələndikdə qida borusunun və mədəni rentgenoloji müayinədən keçirib sonra fibroezofaqoskopiya aparmaq lazımdır. Diferensial diaqnostikaya dərialtına atropin-sulfat vurmaq və sonra rentgenoloji müayinə aparmaq kömək edir. Qida borusunun funksional pozğunluqlarında (spazmada) dərialtına 1 ml 0,1 %-li atropin-sulfat vurduqda disfagiya keçib gedir, üzvi mənşəli pozğunluqlarda isə disfagiya qalır.

Müəllif tibb elmləri namizədi L.S.Zalikina
Davamı →

Aqoniya

Aqoniya — orqanizmin terminal vəziyyətlərinə aid olub, ölmənin dönən mərhələsidir. Aqoniyadan əvvəl preaqonal vəziyyət olur, bu vaxt qan təzyiqi çox düşür, xəstə huşunu getdikcə itirir, beyinin elektrik fəallığı azalır, üzv və toxumaların oksigen aclığı şiddətlənir. Preaqonal vəziyyətdən aqoniyaya keçid mərhələsi terminal pauza adlanır, bu vaxt tənəffüs birdən-birə dayanır, buynuz qişanın refleksləri sönür; bu vəziyyət bir neçə saniyədən 3 dəqiqəyə qədər davam edir. Bundan sonra ölmənin ikinci dövrü — aqoniya başlayır. Əvvəlcə ağrı hissiyyatı itir, bütün reflekslər sönür, xəstə huşunu itirir. Xəstənin tənəffüsü zəif, seyrək ola bilər, yaxud əksinə, o maksimum nəfəs alıb tezliklə nəfəsini axıra qədər buraxıb qısa ola bilər; bu zaman tənəffüs amplitudası böyük ola bilər. Xəstə hər dəfə nəfəs alanda başı dala gedir, ağzı geniş açılır. Ürək yığılmaları tədricən yavaşıyıb, bir dəqiqədə sayı 40-20 olur, nəbz sapvarı olub əllədikdə çox çətin bilinir. Arterial təzyiq civə sütunu ilə 20-10 mm-ə düşür. Bəzən ənsə əzələlərinin rigidliyi və ümumi tonik qıcolmalar baş verə bilər. Xəstə qeyri-iradi siyir və yerini batırır. Bədənin temperaturu çox düşür.
Ardı →