Makedoniya

Makedoniya Respublikası Cənubi-Şərqi Avropanın Balkan yarmadasında yerləşir. Ölkə Şimaldan Kosovo Respublikası və Serbiya ilə, qərbdən Albaniya ilə, cənubdan Yunanıstanla, şərqdən isə Bolqarıstanla həmsərhəddir, öədim Makedoniya dövlətinin tarixi vilayəti olan Egey Makedoniyası müasir Yunanıstanın ərazisinə daxil olub tarixi Makedoniyanın 52,4 faiz ərazisini əhatə edir, öədim Makedoniya dövlətinin tarixi ərazisi olan Pirin Makedoniyası 9,6 faiz ərazi ilə Bolqarıstanın topaqlarına daxildi. Müstəqil Makedoniya Respublikası öədim Makedoniya dövlətinin tarixi ərazisinin 35,8 faizinə sahibdir. Ümumən tarixi Makedoniya torpaqlarında yaşayan əhalinin təqribən 40,9 faizi müstəqil Makedoniya ərazisində məskunlaşıb.


Davamı →

Yuqoslaviya Respublika İttifaqı

Serbiya kommunistlərinin başına 1986-cı ildə Slobodan Miloşeviç keçdi. 1987-ci ilin aprelində kommunist lider S.Miloşeviç Kosovo serbləri qarşısında çıxışında bildirdi ki, onların hüququ uğrunda mübarizəni davam etdirməyi özünün vəzifəsi hesab edir. Tezliklə S.Miloşeviç Serbiyanın Yuqoslaviyada mövqeyinin gücləndirilməsi uğrunda mübarizənin ümummilli liderinə çevrildi. 1989-cu ildə S.Miloşeviç və onun tərəfdarları Serbiya, Çernoqoriya və Voyevodinada hakimiyyətə gəldilər. S.Miloşeviçin serbyönlü siyasəti Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Makedoniya ittifaq respublikalarında Qərblə yaxınlaşmaq tərəfdarı olan, iqtisadiyyatın liberallaşması və müstəqillik istəyən qüvvələrin fəallaşması ilə nəticələndi. 1990-cı ildə S.Miloşeviçin Kommunist partiyası Serbiya Sosialist partiyasına çevrildi.


Davamı →

Bosniya və Herseqovina

Bosniya və Herseqovina Respublikası iki bərabərhüquqlu subyektdən-Bosniya və Herseqovina Federasiyasından və Serb Respublikasından, o cümlədən xüsusi statusu olan Brçko vilayətindən ibarət demokratik federativ respublika olub qərb və şimaldan Xorvatiya, şərqdən Serbiya, cənub-şərqdən Çernoqoriya ilə həmsərhəddir, Avropanın cənubi-şərqində, Balkan yarmadasının mərkəzi hissəsində yerləşir.


Davamı →

Xorvatiya

Xorvatiya Respublikası Mərkəzi Avropanın cənubunda, Balkan yarımadasının qərbində yerləşmiş dövlət kimi şimali-qərbədən Sloveniya, şimali-şərqdən Macarıstan və Serbiya, cənubdan Bosniya və Herseqovina və Çernoqoriya ilə həmsərhəddir.

1990- cı ilin aprel və mayında Xorvatiyada iki turdan ibarət çoxpartiyalı sistem əsasında baş tutan seçkilərdə Xorvatiya Demokratik Həmrəylik partiyası səslərin çoxunu qazanaraq hakimiyyətdə olan kommunistləri məğlubiyyətə uğratdılar.


Davamı →

Yuqoslaviya 1940-cı illərin ortaları - 90-cı illərin əvvəllərində

Yuqoslaviya müharibədən sonrakı ilk illərdə. 1945-1950-ci illər. Xalq inqilabı dəyişikliyin başa çatması.İkinci Dünya müharibəsində faşist işğalçılarının özbaşınalığı və qəddarlığı xalqın böyük əksəriyyətinin hitlerçilərə, onların əlaltılarına və casuslarına qarşı dərin nifrət hissinin yaranmasına səbəb oldu. Şərqi və Mərkəzi Avropanın milyonlarla demokratiya və milli müstəqillik tərəfdarı olan əqidəli insanları işğal rejiminə qarşı antifaşist Müqavimət hərəkatında birləşdilər. Şərqi Avropanın antifaşist Müqavimət hərəkatının mərkəzlərindən biri də işğalçılar tərəfindən parçalanan Yuqoslaviya idi. Məhz burada məkrli düşmənlə mübarizə məqsədilə Yuqoslaviya Xalq Azadlıq Ordusu yaradılmış, siyasi orqan Yuqoslaviya Xalq Azadlıq Antifaşist Veçesi təşkil edilmiş, İosip Broz Titonun başçılığı ilə hökumətin səlahiyyətlərini yerinə yetirən Yuqoslaviya Milli Komitəsi meydana gəlmişdir. Bütün bunlar müharibə başa çatdıqdan sonar Yuqoslaviyada xalq demokratik inqilabi mərhələsini sosialist inqilabı kimi qiymətləndirməyə şərait yaratmışdır.


Davamı →

Yuqoslaviya İkinci Dünya müharibəsi illərində

Yuqoslaviyanın işğal edilməsi və bölüşdürülməsi.Avropada Yuqoslaviyanın əsas müttəfiqi hesab etdiyi Fransa hitler Almaniyası tərəfindən işğal edildikdən sonra Yuqoslaviya hökuməti mürəkkəb daxili və siyasi diplomatik çəkişmə zəminində təcrid olunmaq təhlükəsindən azad olmaq məqsədilə Almaniya ilə SSRİ arasında tərəfdaş seçmək dilemması qarşısında qalmışdır. İtaliyanın Yunanıstana hücumundan, 1941-ci ilin martında Bolqarıstanın Üçlər paktına qoşulmasından sonra Yuqoslaviya hitler Almaniyası və faşist İtaliyasının təhlükəsilə üz-üzə qaldığı üçün Svetkoviç-Maçek hökuməti 1941-ci il martın 25-də Üçlər paktına daxil olmaq haqqında protokola imza atdılar. Bu, Yuqoslaviyada hökumətin faşistpərəst siyasətinə qarşı kütləvi nümayişlərə təkan verdi. İngiltərə və ABŞ-dan kömək alan ordunun ali zabit heyətinin bir hissəsi xalqın kəskin etiraz çıxışlarından istifadə edərək çevriliş təşki etdilər və Duşan Simoviçin başçılığı altında yeni hökumət yaratdılar. 1941-ci il martın 27-də baş verən hadisələrdən xəbər tutan Hitler Yuqoslaviyanı işğal etməyə qərar verdi.


Davamı →

Yuqoslaviya torpaqları 1918 - XX əsrin 40-cı illərin əvvəllərində

Siyasi vəziyyət.Birinci Dünya müharibəsi illərində cənub slavyan xalqlarının yaşadığı Serbiya və Çernoqoriya 1878-ci ildə Rusiya ilə Türkiyə arasında bağlanmış San-Stefano sülhünə və Berlin traktatına görə dövlət müstəqilliyinə malik idi, Bosniya və Hertseqovina, Xorvatiya, Sloveniya, Avstriya-Macarıstan imperiyasının təkibinə daxil olan vilayətlər idi. Makedoniya isə 1913-cü il İkinci Balkan müharibəsi nəticəsində parçalanaraq onun ərazisinin çox hissəsini təşkil edən Vardar Makedoniyası Serbiyanın, Egey Makedoniyası Yunanıstanın, Pirin Makedoniyası Bolqarıstanın əlinə keçmişdi. Birinci Dünya müharibəsinin sonlarına doğru cənub slavyanları arasında siyasi mübarizə daha da güclənmişdir. Avstriya-Macarıstanın müharibə cəbhələrindəki uğursuzluqları səbəbilə bu yerlərdə fəaliyyət göstərən siyasi partiyaların milli məsələdə mövqeləri daha kəskin xarakter kəsb edirdi.


Davamı →

Bolqarıstan Respublikası.1989-2015-ci illər

Siyasi, sosial-iqtisadi və xarici vəziyyət.80-ci illərin sonlarına doğru Şərqi Avropanın sosialist ölkələrini bürümüş böhran Bolqarıstanı da əhatə etmiş, ölkə iqtisadi və sosial-siyasi çətinliklərlə qarşılaşmışdır. Teodor Jivkovun tarixə çevrilmiş hökmranlığı dövründə məhsul qıtlığı və inflyasiyanın artması ilə bərabər, milli münasibətlər sahəsindəki uğursuz siyasət, xüsusilə türklərə qarşı ayrı-seçkilik, onların hüquqlarının tapdalanması ölkədəki kommunist rejiminin süquta uğraması ilə nəticələndi. 1989-cu il noyabrın 10-da BKP MK plenumu T.Jivkovu Baş katiblikdən azad etdi, partiyanın rəhbərliyindən “mühafizəkar qanad” deyilən nümayəndələr uzaqlaşdırıldı.


Davamı →

Bolqarıstan 1940-cı illərin ortaları - 80-ci illərin sonlarında

1944-1948-ci illər.Nasist Almaniyası və onun müttəfiqlərinin İkinci Dünya müharibəsində məğlubiyyəti nəticəsində Bolqarıstanda hakimiyyətə gələn Vətən Cəbhəsi faşizmin məhv edilməsini, milli faciənin təqsirkarlarının məsuliyyətə cəlb olunmasını, demokratik azadlıqların, iqtisadiyyatın bərpa olunmasını və demokratik islahatların həyata keçirilməsini başlıca vəzifələr elan etdi. Kommunistlərin dövlət idarələri orqanlarında əsas mövqelərə sahib olmaları, 1944-1948-ci illərdə Bolqarıstanda siyasi, sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsi nəticəsində cəmiyyətin yeni “xalq demokratiyası” adlanan forması yarandı. Köhnə siyasi formaların, yəni müharibəyə qədərki konstitusiyaların, çoxpartiyalı sistemin və s. saxlanılması və onların kommunist partiyalarının aparıcı rolu ilə, milli cəbhələrin fəaliyyəti ilə uyğunlaşdırılması yeni cəmiyyətin xarakterik əlaməti idi. Yeni cəmiyyət quruculuğu dövrünə daxil olan Bolqarıstan üçün İkinci Dünya müharibəsindən maksimum əlverişli və ərazi itkilərinə yol verməməklə çıxmaq başlıca vəzifə idi.
Davamı →

Bolqarıstan ikinci Dünya müharibəsi illərində

İkinci Dünya müharibəsi başladıqda Q.Koseiva-novun hökuməti Bolqarıstanın bitərəfliyini elan etsə də, ölkə böyük güclərin cazibə mərkəzində dayanmışdır. Yaranmış beynəlxalq vəziyyətlə əlaqədar olaraq SSRİ Bolqarıstanı öz siyasəti dairəsinə çəkməyə çalışırdı. 1934-cü ildə bolqar-sovet diplomatik münasibətlərinin bərpasından 1939-cu ilin ortalarına qədər Xalq Xarici İşlər Komissarlığı Bolqarıstana Bal-kanlardakı “müşahidə məntəqəsi” kimi baxırdı və həm də SSRİ öz sərhədlərinin təhlükəsizliyini təmin edən sistem yaratmağa səy göstərirdi. Bolqarıstanda Sovet təbliğatını genişləndirmək üçün əlverişli zəmin yaranmışdı. Sovet qəzetləri, kitabları, kinofilmləri ölkədə böyük maraq doğururdu. Bolqarıstan ictimaiyyətinin böyük bir hissəsi SSRİ-də baş verən hadisələri ideallaşdırırdı və hər hansı bir neqativ informasiyanı yalan kimi qəbul edirdi. Bununla yanaşı, Bolqarıstanda mövqeləri kifayət qədər möhkəm olan Berlin Moskvaya güzəştə getmək istəmirdi. Umumbalkan müdafiə bloku yaratmaq niyyətində olan İngiltərə və Fransa isə SSRİ və Almaniyaya qarşı mövqey tutmuşdur.
Davamı →