Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 605 topik

Qida antidepressantları

Hamımız fikir vermişik ki, əhvalımız pis olduqda əlvan rəngli və şirəli giləmeyvələr, təravətli çay və şokolad bizə sevinc hissini qaytarmaq gücünə malikdir.

Bunun səbəbi yalnız təravətli qoxu və dadda deyil. Tori Payns (Florida) Universitetinin tədqiqatçıları bu məhsulların hal əhvalımıza niyə yaxşı təsir göstərdiyinə cavab tapıblar.

«Qida antidepressantları» sayılan çay, şokolad və giləmeyvələrin analizi göstərmişdir ki, bu məhsulların tərkibində olan maddələr, güclü depressiya dərmanlarının tərkibində olan maddələrə çox yaxındır.

Buna misal olaraq, qaragilə, moruq, çiyələk, kakao və çayın müxtəlif növlərində müasir antidepressantların əsas tərkibi olan «valproev turşusuna» oxşar komponentlər vardır. Şokoladın isə tərkibində təbii kimyəvi birləşmələr olduğundan (onlar üzüm və qırmızı çaxırda da var) ürək və damarlara çox yaxşı təsiri göstərdiyi deyilir.

Alimlər hələ psixiki xəstəlikləri bu məhsullarla müalicə etmək mümkündürmü sualına cavab almasalar da, bu məhsulların həm xeyirli, həm də əhvalınıza müsbət təsir göstərdiyinə əmin olaraq rasionunuzda tez tez istifadə etməniz məsləhət görülür. Yalnız həddi keçməyərək, çünki hər bir məhsulun xeyri olduğu kimi istifadəsi çox olduqda ziyanlı xüsusiyyətləri nin də olduğunu unutmayın.
Davamı →

Ebru- Rənglə suyun rəqsi

ebruİncəsənətin maraqlı növlərindən olan ebru rənglərin su ilə rəqsinin ən ideal ahəngidir. Qədim tarixə malik bu füsunkar sənət əsrlərdir ki, millətindən və kimliyindən asılı olmayaraq seyr edən hər kəsi heyran qoymağı, ruhunu oxşamağı bacarır. Səbəb isə sadədir: bir ebru əsərinin ortaya çıxması üçün rəssam emalatxanasından tutmuş fırçasına, kitrəli suyuna, boyasına və ödlü suyuna qədər bütün vasitələr və mərhələlərlə bərabər, ruhunu qoyur.

Rəvayətə görə, ebru kağız bəzəmə sənəti Buxara şəhərində meydana gəlib, sonralar İrana ayaq açıb, daha sonra isə Anadoluya yayılıb.

Ebru suyun üzərində işlənilir. Məsələ burasındadır ki, ebrunu istənilən suyun üzərində hazırlamaq olmaz. Bunun üçün suyun içinə qatılaşdırmaq üçün müxtəlif məmulatlar əlavə edilir. Bunlar kətan toxumu, səhləb, çəmən otu, heyva çəyirdəyi, dəniz yosunu və kitrə adlanan maddələrdir.

Kitrə – suyu ən yaxşı qatılaşdırma qabiliyyətinə malikdir. Əsasən Türkiyə və İranda bitən yabanı bir tikanın suyundan hazırlanır.
Ardı →

Yaxşı "selfie" çəkməyin 10 qaydası

Müasir dövrün əsas trendlərindən biri olan «selfie» – öz şəklini çəkmək – çox adama asan gələ bilər. Əlbəttə, burda qəliz heç nə yoxdur. Telefonun qabaq kamerası ilə öz şəklini çəkirsən, məsələ bitir. Amma söhbət ən yaxşı «selfie»lərdən gedirsə, onda bu məsləhətləri mütləq oxuyun.

1. Aşağıdan çəkməyin. Ən yaxşı «selfie»lər kameranın təxminən gözlə bərabər səviyyədə tutulduğu «selfie»lərdir.

2. Özünüzün ən yaxşı tərəfini göstərin. Bir neçə kadr çəkməyə cəhd edin. Bu halda hansı tərəfinizin daha fotogenik olduğunu aydınlaşdıra bilərsiniz: sağ, yoxsa sol tərəf?

3. Əllərinizə fikir verin. Fotonu çəkəndə qolunuz düşməsə, daha yaxşı olar. Barmaqlar, yaxud dirsək görünən «selfie» qeyri-ciddidir.

4. Güzgü qabağında çəkdirəndə işığı söndürün. Yoxsa şəkildə gördüyünüz vəziyyət yaranacaq. İşıq fotonu tamamilə məhv edir.

5. Elə tərəfdə dayanın ki, işıq düşən yerlə üzbəüz dayanasınız. Arxanızı pəncərəyə tərəf deyil, üzünüzü pəncərəyə tərəf çevirin. Bu halda həm foto keyfiyyətli çıxacaq, həm də bütün gözəlliyiniz ortada olacaq.

6. Təkcə "İnstagram"ın deyil, digər tətbiqetmələrin də təklif etdiyi foto effektlərindən istifadə edin. Hətta adamı arıq göstərən effektlər də var.
Ardı →

Əllərimiz suda niyə büzüşür?


Çox qab yuduğumuzda, əllərimizi suda çox saxladığımızda büzüşüb formasını itirir.  Bəs görəsən niyə?

Elm adamları bunun da səbəbini araşdırıb.

Suda uzun müddət qaldığında əllərin büzüşməsinin səbəbinin dərinin süngər kimi suyu özünə çəkməsi, dağılmasından qaynaqlandığı iddia edilir. Ancaq bu özəlliyin əslində bir bacarıq olduğu ortaya çıxıb.

Suda uzun müddət qaldığında əllərin büzüşməsi təkcə dərinin süngər özəlliyi ilə əlaqəli  deyil, yaş əşyaları daha yaxşı qavraya bilməsindən irəli gəlir.  

Nəticələri “Biology Letters” jurnalında yayımlanan araşdırmaya görə, büzüşmüş barmaqlar yaş halda daha yaxşı çalışır.


Davamı →

Yağış suyunun bitkilərə faydası

İstər qapalı şəraitdə saxsı qablarda, istərsə də həyətdə yetişdirdiyiniz bitkiləri sulamaq üsulu həmin bitkinin böyüməsi baxımından çox önəmlidir.

İnsanlar kimi bitkilər də qida və su ehtiyaclarını ödəyə bilməyəndə quruyub ölə bilərlər. Sulama zamanı suyun həddini aşmaq və ya su qıtlığı bitkinin qurumasına səbəb olur. Buna görə bitkilərin düzgün şəkildə sulanmasına diqqət edin.

Bitkilər ehtiyac duyduqları qida və suyu kökləri vasitəsilə torpaqdan əmərək əldə edirlər.

Saxsı qablarda yetişdirdiyiniz bitkinin torpağındakı su və qidalar bitkinin aktivliyi nəticəsində azalır.

Bitkini yetişdirdiyiniz torpaqda su və qida qıtlığı olduğundan bitki yaxşı qidalanmır və quruyur. Buna görə saxsı qablardakı bitkinizi 10-15 gündən bir suyla yanaşı, qida elementləri ilə də təmin etməlisiniz.

Qapalı şəraitdə saxsı qablarda yetişdirdiyiniz bitkiləri steril kran suyu ilə sulamaqdansa, yağış suyundan istifadə etməyiniz daha məsləhətlidir. Çünki yağış suyu steril kran suyundan daha faydalı olub, bitki üçün yararlı qida elementləri ilə zəngindir.

Yağış suyu bitkilərin üzərində ağ rəngdə ləkələr buraxıb görünüşünü pozmaz. Spreylə yağış suyunu bitkilərin üzərinə səpmək bitkiləri daha canlı və parlaq göstərər. Buna görə spreylə bitkilərin kökünə hər zaman buxar və su vermək vacibdir.
Davamı →

Zehni inkişaf etdirən 7 məşq

Hər insan bir dahi deyildir. Amma zəkası olan hər insan onu inkişaf etdirərək həyatda daha uğurlu ola bilər. Bu üsullarla beynimizi və beynimizdə informasiya alış-verişini sürətləndirib nəticəyə daha tez çata bilərik.

Beyin gücü
Bir dahi olmadığınızı bilmək sizin keyfinizi pozur? Mənim keyfimi pozmur, amma arada qısqanıram əlbəttə ki. “Mənim onlardan nəyim əksikdi?” kimi nakam cümlələr yerinə əgər “Görəsən mən nə qədər irəli gedə bilərəm?” kimi cümlələr qurursunuzsa onda deməli uzlaşırsınız.

Zəkanın yox, dahiliyin bir Allah vergisi olduğu tezisi ilə beynimizi görəsən necə daha da gücləndirə bilərik deyə düşündüm və sizin üçün beyninizi biraz daha aktiv olaraq istifadə edəbiləcəyiniz bir neçə metod tapdım. Bu üsullarla beynimizi və beynimizdəki informasiya alış-verişini sürətləndirib nəticəyə daha tez çata bilmək əsas məqsəddir. Bunlardan ən məşhur olanları isə Dr. C. Stiven Poketanın izah etdiyi üsullardır. Bu an demək olar ki, hər yerdə danışılan bu metodların vasitəsilə bir çox fərqli yolla zehnimizi gücləndirə bilirik. Mən tətbiq etməyə başladımartıq. Siz də ardımca… bir ikii, bir ikii…
Ardı →

Dəniz qumunun faydaları və ziyanları

Bir çoxlarımız dənizdə qum üzərində gəzərkən psammoterapiya – qumla müalicə növü ilə məşğul olduğumuzu bilmirik. İsinmiş qum orqanizmin hüceyrələrinə istini ötürərək, orqanlarımızı içəridən isidir. Bu isə bir çox xroniki iltihab reaksiyalarının müalicəsində kömək edir.

Bundan əlavə isti qum, reseptor olaraq, dəri, oynaq və daxili orqanların istilik reseptorlarını qıcıqlandırır. Bu mexaniki təzyiq dəri və yumşaq hüceyrələrin qan və limfotik damarlarına təsir edərərək, kapilyar və arteriyaların torunu genişləndirir, bunula da qan axını güclənir və onun bölüşdürülməsi baş verir. Ürək -damar sisteminin iş prinsipi nizama salınır. Həmçinin dəniz qumu yüksək tərləmə səviyyəsini müalicə edə bilir. Bunun üçün yalnız qumun üzərinə uzanmalısınız ki, o, çox miqdarda ifraz olunan təri özünə çəkə bilsin. İsti qum revmatizm xəstəliyi zamanı da çox müsbət təsir göstərir.


Ardı →

Yaradıcı məsləhətlər

Qeyd etməyi unutmayın: Gördüyünüz maraqlı şeyləri, qəribə anları, fərqli mənzərələri qeyd edin. İşinizə yarayıb-yaramayacağını düşünmədən yazın hər şeyi. İdeya axtarışında olduğunuz vaxt bu qeydlər çox köməyinizə çatacaq.

Ardı →

Ömrümüzü nələrə sərf edirik?

Yaşanan illərin nələrə sərf olunduğuna nəzər yetirsək, belə qənaətə gələrik ki, insan ömrü o qədər də uzun deyil. Faktlara nəzər yetirin, görün 70 il yaşayan insan ömrünü hansı məşğuliyyətlərə sərf edir?

Əgər insan sutka ərzində 8 saat yatırsa, bu o deməkdir ki, o, ayın 240 saatını, ilin 2880 saatını, yəni 120 gün, bütövlükdə ömrünün 25 ilini yatmağa sərf edir. Hələ onu nəzərə almırıq ki, bir çox insanlar 8 saatdan artıq, 10-12 saat yatırlar.

Müasir insan oyaq vaxtı, yəni yuxudan kənar 16 saatın təxminən yarısını telefon danışığına, televizora baxmağa, kompüter qarşısında əyləşməyə sərf edir. Bu vaxt sərfiyyatı isə ömrümüzün 20 ilini əlimizdən alır. Bu rəqəm bəzi insanlarda daha böyükdür. Çünki elə insanlar var ki, onlar sutkanın yarısından çox monitor qarşısında əyləşirlər. 

Orta hesabla insanın ömrünün 4-5 ili qidalanmaya, yeməyə və içməyə gedir. Bu rəqəm fərqli də ola bilər. Çünki elələri var ki, vaxtını çox böyük səxavətlə restoran və kafelərdə yeyib-içməyə, çayxanalarda çay içməyə sərf edir.

Ömrün 2-3 ilini insan şəxsi gigiyenasına və sağlamlığına sərf edir. Bu vaxta həkim müayinəsinə getmək, apteklərdən dərman almaq, diş fırçalamaq, vanna qəbul etmək, xəstəxanada müalicə almaq, sanatoriyada istirahət etmək daxildir.

Böyük şəhərlərdə yaşayan avtomobil sahibləri öz ömürlərinin 2 ilə yaxın bir vaxtını özlərindən asılı olmayaraq tıxaclarda dayanmağa sərf edirlər. Svetoforlarda yaşıl işığı gözləməyə isə sürücülərin ümumilikdə 20-30 günü gedir.


Ardı →

Evdə istidən xilas olmağın üsulları

Yayın istisində adam evdən çıxmaq istəmir, amma bəzən mənzildə olmaq daha pisdir. Sizə mənzilinizdə sərinlik yaratmağın bir neçə yoxlanmış üsulunu təqdim edirik.

Pəncərəyə pərdə asın.
Otağın Fin saunasına çevrilməsinin səbəbi düz günəş şüalarıdır ki, onlar pəncərənin şüşəsindən keçir və otaqda havanı qızdırırlar. Bunun üçün pəncərələrə ağ kətan materialdan hazırlanmış qalın pərdələr asın. Ağ rəng günəş işığını əks etdirir, kətan isə öz sərinləşdirici effekti ilə məşhur olan ən yaxşı yay parçasıdır.

Ardı →