Azərbaycan bayrağına | Cəfər Cabbarlı

Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!


Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərfli Od yurdu
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.
 

1 şərh

Shabnam_Ilham
Bildiyim qədərilə Cəfər Cabbarlı bu şeiri ilə Bayrağımız haqqında ilk dolğun məlumat verən şəxs olub. :)   Hər birinizin Bayraq gününüz mübarək!!! :)