Duman

İlk dəfə Londona gələn bir adam səhər otelindən çıxıb şəhəri gəzməyi qərara aldı.Yola yeni çıxmışdı ki, birdən ətrafı qalın bir duman aldı. Adam:«Necə olsa birazdan qalxar!» -deyib yoluna davam etdi.Ancaq duman qalxmaq əvəzinə bir az da qalınlaşdı. Bir azdan ətrafı «ağ bir qalınlıq » bürüdü.Geri qayıtmaq istəyəndə isə artıq burnunun ucunu belə görə bilmirdi. Elə bu vaxt naməlum bir şəxs çiyninə toxundu və:

 -Sizə nə isə lazımdır?-deyə soruşdu.Adam sanki bunu gözləyirdi və tez :

 -Bağışlayın dumanda yolumu azmışam.Otelimə qayıtmaq istəyirəm,-deyə cavab verdi.

  Naməlum şəxs:

 -Əlinizi mənə verin, oteliniz iki addım yaxınlıqdadır.-dedi və adamı arxasınca aparmağa başladı.Bir qədər sonra bir binanın qarşısına gəldilər.Naməlum şəxs:

 -Buyurun buda oteliniz.- dedi.

 Adam əvvəlcə dumanın içində üzünü görə bilmədiyi bu şəxsə təşəkkür etdi,sonra da

 -Görünür,siz belə dumanlara alışmısınız.Necə oldu ki, yolu tapdınız? -deyə soruşdu.

 Naməlum şəxs is bu cavabı verdi:

 -Dumanın mənim üçün heç bir əhəmiyyəti yoxdur.Çünki mən koram...

      

  P.S.«Görmək istəməyən insan qədər kor insan yoxdur.»  (Conatan Svift)

 

5 şərh

velili_hemide
Nöqtə yaxud da vergül qoyduqdan sonra bir qədər boşluq buraxın. Yəni  bir cümlə bitdi və nöqtə qoyuldu. Ardınca digər cümləyə başlamamışdan əvvəl bir qədər məsafə buraxın. Belə etsəniz daha gözəl görünəcək. «Səliqəli» alınacaq. Bu sadəcə məsləhət idi. Yalnış anlamayın. İlk başlarda mənim də bilmədiyim xırda şeydir. Yazı isə maraqlı idi, sağ olun!
member
Məsləhətinizə görə çox sağ olun. Gələn dəfə daha diqqətli olaram.
nihat1
Cox maraqli idi.Thanks
_BUMERANQ_
Çox gözəl fikirdi «Görmək istəməyən insan qədər kor insan yoxdu.» Rəbbim bizi «baxar korluq»dan qorusun. Amin.
mirxalid
Gözəl ibrətamiz hekayədir