Ana məhəbbəti

Bir mələyi bir gün cənnətdən dünyaya göndərirlər ki, dünyadan bizə tükənməyən və ən gözəl olanı gətir.Mələk bütün günü dünyanı gəzdi, cənnətə qayıtmağa hazırlaşanda bir gül bağının üstündən uçurdu.
Həmin bağdaki, güllərin ətri onu cəlb edir. Bağa enir və Mən bu güllərdən cənnətə aparacağam deyir, bu güllər o qədər gözəl və ətirlidir ki, dünyada ən gözəl şey bu güllərdir deyə düşünür.
Gülləri götürüb qanad çalıb qalxanda elə bu an çəmənlərin içində bir körpə görür. Uşaq öz təbəssümü ilə anasının gözlərinə baxır.
Gözlərində ki qığılcım və üzündəki təbəssüm o qədər gözəldir ki, Mələk yox yoxxx bu çox gözəldir mən bu körpənidə cənnətə aparacağam deyir.

Körpənin yanına gələndə Anasının ona baxışlarını anasının ona olan sevgisini görür və dəhşətə gəlir.
yox yooxx Ananın körpəsinə olan sevgisi çiçəklərdən və körpənin təbəssümündəndə çox idi.
Mən ananıda cənnətə aparacağam deyir mələk.
Həm gülləri, həm körpəni həm də ananı götürüb gəlir cənnətə.
Cənnətin qapısına çatanda bir anlıq gətirdiklərinə baxmaq istəyir Mələk.

Görür, güllər solub, körpə isə daha gülmür, itib üzündəki sevinc, gözlərindəki nur.
amma Ananın körpəsinə olan sevinci bütün gözəllikləri ilə yerində idi. Onun sevgisi zərrə qədər azalmamış, tükənməz hisslər olaraq sevinc bəxş edirdi.
Bunu görən Mələk Ananı götürüb cənnətə girir və bütün mələkləri başına toplayıb deyir:
— Dünyada olan, heç vaxt tükənməyən və cənnət qədər gözəl olan tək şey ANANIN SEVGİSİDİR!
 

0 şərh