Bəxtiyar Vahabzadə

Məşhur Azərbaycan şairi Bəxiyar Vahabzadə  (1925-2009) dramaturq, ədəbiyyatşünas olmuşdur. O, hələ kiçik yaşlarından ədəbi yaradıcılığa meyl göstərmiş, müxtəlif məzmunlu şeirlər yazmışdır. «Mənim dostlarım» adlı ilk kitabı 1949-cu ildə nəşr olunmuşdur.
   Məhəbbət, insanpərvərlik, vətənpərvərlik, qəhrəmanlıq hisslərinin tərənnümü lirikasının əsas mövzularıdır. Vətənpərvər şair həmişə ölkəsini müstəqil görmək istəmiş, bu yolda canından belə keçməyə hazır olmuşdur. Sovet İmperiyası zamanı yazdığı «Gülüstan » poemasına görə bir çox təqiblərlə üzləşmişdir. Buna baxmayaraq, əqidəsindən dönməmiş, yaradıcılığının əsas mövzusu milli azadlıq mübarizəsi olmuşdur.
   Azərbaycanın müstəqilliyi uğrunda əlindən gələni etmiş, 20 Yanvar faciəsini və Sovet-Qorbaçov rejimini kəskin tənqid etmuş, "Şəhidlər" poemasını yazmışdır.
   Şair, nəhayət,  uzun müddət  həsrətində olduğu azadlıq və müstəqilliyi görə bildi və 20 ilə qədər müstəqil Azərbaycanda yaşayıb-yaratdı.
 

0 şərh