Рейтинг
+70.55

ginekologiya

53 üzv, 144 topik

Dismenoreya

Dismenoreya — ağrı və diskomfort ilə müşahidə olunan menstrual (aybaşı) funksiyaların pozulmasıdır.

60-75%-a qədər qadınlar menstruasiyadan əvvəl və menstruasiyalar zamanı xoşagəlməz hisslər keçirirlər. Ağrı ilə müşahidə olunan menstruasiyalar daha çox gənc qızlarda və doğuş keçirməmiş qadınlarda rast gəlinir. Doğuşdan sonra qadınlarda əsasən ümumi xarakterli təzahürlər müşahidə edilir. Adətən, bu vəziyyət nevroz və hormonal çatışmazlığı, çanaq orqanlarının qan ilə dolması (aktiv hiperemiyası) ilə bağlıdır.
Davamı →
 

Hamiləlik zamanı düyünün faydaları

Hamiləlikdə kalsium, dəmir və vitamin ehtiyacının ödənilməsi üçün yeyilməsi vacib olan qidalar sırasında taxıllar və quru paxlalılar yer alır.
 
Bu dövrdə həm ananın, həm də körpənin ehtiyac duyduğu vitamin qaynağı olaraq düyü yeyilməsi məsləhət görülür. Düyünün tərkibində protein, karbohidrat, fosfor, kalsium, sodium, maqnezium, sink, A, B1, B2 vitaminləri və dəmir olur.
 
Hamiləlik zamanı qadınlar dəmirə normaldan iki qat daha çox ehtiyac duyur. O baxımdan hamiləliyin son aylarında yeyilən düyü çox faydalıdır.
Davamı →
 

Gec yaşda hamiləliyin riskləri

Ana olmaq yaşı gedərək yüksəlir. Qadınların karyera arzusu ailə, körpə planlarının daha irəli yaşlara təxirə düşməsində mühüm rol oynayır. Buna görə 30 yaş və sonrası yaşanan hamiləliklərin düzgün dəyərləndirilməsi, müntəzəm yoxlanışlar ana və körpə sağlamlığı üçün vacibdir.
Hamiləlik üçün ən ideal yaş 20-30 yaş aralığıdır. 35 yaşdan yuxarı hamilələrdə “irəli hamiləlik” adı ilə risklər daha çox olur. Xroniki xəstəliklər həm irəli yaş hamilələr, həm də körpələr üçün risklidir.
 
Anada hamiləlikdən əvvəl yüksək təzyiq, ürək, şəkər xəstəliyi kimi xroniki problemlər olarsa, hamiləlikdə risk artır. Analıq yaşının müəyyən həddi var və bu hədd keçilərsə, ana və körpəni müəyyən risklər mütləq gözləyir.
 
Davamı →
 

Boş döl yumurtası sindromu

Anemrbrional hamiləlik və ya boş döl yumurtası sindromu inkişafdan qalmış hamiləliyin bir növüdür.
Anembrional hamiləlik zamanı mayalanma baş verdikdən sonra döl yumurtasının qişaları inkişaf edir, embrion isə inkişaf etmir. Lakin buna baxmayaraq qadında bütün hamiləliyin əlamətləri müşahidə olunur — menstruasiyalar kəsilir, qadın yorğunluq və yuxululuq hiss edir, süd vəzilərinin həssaslığı artır. Hamiləlik testləri müsbət nəticə göstərir (iki hətt), qanda xorionik honadotropin hormonunun səviyyəsi artır, sarı cisim inkişaf edir.
Davamı →
 

Hamiləlik zamanı ayaqlarda qıcolmalar

Bir çox qadınlar hamiləlik zamanı ayaqlarda olan qıcolmalarla üzləşir. Qıcolmalar çox vaxt axşam və ya gecə saatlarında istirahət zamanı özünü büruzə verir.
Qıcolmalardan qorxmaq lazım deyil. Ananın və körpənin səhhəti üçün qıcolmalar təhlükə yaratmır. Lakin tez-tez təkrarlandıqda belə qıcolmalar həm ananı narahat edir, həm də ananın orqanizmində gedən bəzi pozulmalara işarə edə bilər.
Beləliklə, hamiləlik zamanı qadının ayaqlarında (və bəzən də qollarında) olan qıcolmaların səbəbləri bunlardır:
Davamı →
 

Menstruasiyanın ləngiməsi səbəbləri

Aybaşının ləngiməsi müxtəlif ginekoloji xəstəliklər, məsələn, uşaqlığın və yumurtalıqların iltihabı, uşaqlığın mioması (xoşxassəli şişi), onkoloji xəstəliklər və s. səbəblərdən baş verə bilər. Mütəmadi olaraq menstruasiyanın ləngiməsi yumurtalıqların polikistoz xəstəliyi üçün xarakterik hesab edilir.

Aybaşının ləngiməsi, həmçinin uşaqsalmadan (abort) sonra da baş verə bilər. Bunun səbəbi isə — uşaqsalmadan sonra pozulmuş hormonal tarazlıq, həmçinin uşaqlığın özündə olan patoloji dəyişikliklər. Yəni, uşaqsalmadan sonra aybaşı 28-32 gündən sonra yox, 40 gün və daha artıq müddətdən sonra baş verə bilər. Belə ləngimə normal hesab edilə bilməz və qadının müayinə və müalicə olunmasını tələb edir.

Aybaşının ləngiməsinin səbəbi oral (ağızdan qəbul edilən) kontraseptivlərin (hamiləlik əleyhinə dərman preparatları) qəbul edilməsi də ola bilər. Preparatın qəbul edilməsi dövründə və ya onun qəbulunu dayandırdıqdan sonrakı müddət ərzində bir neçə aybaşı tsikli olmaya bilər. Bu, yumurtalıqların hipertormozlanması sindromu adlanır. Yumurtalıqların hipertormozlanması sindromuna təsadüf edildiyi halda, oral kontraseptivlərin qəbulu dayandırılır. Adətən, oral kontraseptiv preparatların qəbulu dayandırıldıqdan sonrakı 2-3 ay (maksimum 6 ay) müddətində yumurtalıqların funksiyası bərpa olunur. Aybaşının olmaması göstərilən müddətlərdən artıq olarsa, bu zaman mütləq həkim-ginekoloqa müraciət etmək lazımdır.
Ardı →
 

Abortdan sonra

İslamda abort haram sayılır və bu əməl üçün heç bir bəraət (pulsuzluq, uşağın cinsi, döldə olan qüsurlar və s.) qazandırmaq mümkün deyil.

Lakin bəzi hallarda ananın bətnində olan dölün inkişafı müxtəlif səbəblərə görə dayanır və bu halda qadın aborta getməyə məcbur olur. Yalnız bu hal abort üçün bəraət kimi qəbul oluna bilər.

Abort (mini-, cərrahiyyə, dərmanların vasitəsi ilə aparılan abort) və həmçinin özbaşına dölsalma müxtəlif ağırlaşmalara səbəb ola bilər. Bu ağırlaşmaları minimuma endirmək üçün qadın müəyyən qaydalara riayət etməlidir. Beləliklə,

1. Abortdan sonra 2 həftə ərzində qadın ağır fiziki yükləmələrdən (ağır əşyaları qaldırmaq, daşımaq, əyilmiş vəziyyətdə iş görmək və s.) imtina etməli, idmanla məşğul olmamalıdır.

2. Abortdan sonra 3 həftə ərzində qadın cinsi əlaqədən çəkinməlidir. Abortdan və ya özbaşına dölsalmadan sonra uşaqlıq böyük açıq yaraya bənzəyir. Bu səbəbdən istənilən infeksiya bura çox asan daxil olaraq güclü iltihaba səbəb ola bilər.

3. Uşaqlığın normal şəkildə yığılmasını təmin etmək üçün sidik kisənin və bağırsaqların vaxtında boşalmasına fikir verin.
Ardı →
 

Yumurtalıqlarda ağrıların səbəbi

Bir çox qadınlar yumurtalıqlar nahiyəsində olan ağrılarla üzləşir. Belə ağrıların səbəbləri müxtəlif ola bilər:

1. Səbəblərdən biri yumurtalığın iltihabıdır (adneksit). İltihabın səbəbi müxtəlif infeksiyalardır (mikoplazma, ureaplazma, xlamidiya, kandida və s.). Adneksit mütləq müalicə olunmalıdır. Əks halda kəskin proses xroniki formaya keçir. Bu isə sonsuzluğa gətirib çıxarda bilər.

Adneksitin əsas simptomu qarının aşağı hissəsində və yumurtalıqlar nahiyəsində ağrıların olmasıdır. Ağrılar bel nahiyəsinə də yayıla bilər.

2. Yumurtalıqların artımlarının iltihabı (ooforit) da bu nahiyədə ağrılara səbəb ola bilər. Ağrılar tutmaşəkilli ola bilər, bəzən isə ağrılar daimi xarakter daşıyır. Gərginliklər, soyuqlama, immunitetin pozulmaları zamanı ağrılar kəskinləşir.

3. Bəzən ağrılar qadında kistanın əlaməti kimi meydana çıxa bilər. Kista kiçik olduqda ağrılar olmaya bilər. Lakin kista böyüdükcə ətrafdakı sinirləri və yaxında yerləşən orqanları sıxa bilər ki, bunun nəticəsində ağrılar əmələ gələ bilər.


Ardı →
 

Uşaqlıq boruların yoxlanılması

Sonsuzluğa görə müayinələrdən keçən qadın digər müayinələrlə yanaşı histerosalpinqoqrafiyadan keçməlidir.

Bu müayinə zamanı uşaqlıq boruların keçiriciliyi yoxlanılır.

Müayinə zamanı qadının uşaqlıq boşluğuna kontrast maye daxil edilir və bu zaman uşaqlığın rentgen şəkilləri çəkilir. Əgər rentgen şəkillərində borulara daxil olunmuş maye aydın görünürsə, bu o deməkdir ki, borular keçiricidir. Maye görünmədikdə, borular keçirici deyil.


Ardı →
 

Uşaqlıq yolundan yaxma və onun nəticələri

Müxtəlif ginekoloji xəstəliklərin, sonsuzluğun müayinəsi və müalicəsi və hamiləlik zamanı qadın «bakterioloji yaxma» adlandırılan analiz verir. Bu sadə və eyni zamanda çox məlumatlı analizdir.

Analiz üçün qadının uşaqlıq yolundan və uşaqlıq boynu kanalından yaxma götürülür. Bu analizin məqsədi qadının uşaqlığında və uşaqlıq boynunda «yaşayan» mikroorqanizmləri nə onların miqdarını təyin etməkdən ibarətdir.

İnsanın dərisinin üzərində, burnun və ağzın içində müxtəlif mikroorqanizmlər «yaşayır». Bu normal haldır.

Sağlam qadının uşaqlığı da steril deyil, orada da müxtəlif mikroorqanizmlər «yaşayır». Bu fizioloji haldır və bu mikroorqanizmlər uşaqlığın normal mikroflorasını təşkil edir.

Normal mikrofloranın əsas hissəsini laktobasillər (Dederleyn çöpləri) təşkil edir. Bu basillər hidrogen peroksidi hazırlayır ki, bu kimyəvi maddə uşaqlıqda turş mühit yaradır. Turş mühit qadının ginekoloji sağlamlığı üçün çox vacibdir — xəstəliklər törədən barkerilərin çoxalmasına mane olur. Beləliklə, uşaqlığın xeyirli mikroflorası uşaqlığı ziyanlı bakterilərdən qoruyur.


Ardı →