Рейтинг
+15.36

infeksion xəstəliklər

29 üzv, 72 topik

Qonoreya cavanlaşır

Qərb mütəxəssislərinin son tədqiqatlarda  gəldiyi ümumi qənaətə görə qonoreya kifayət qədər cavanlaşan bir xəstəlik halını almışdır.Avropanın bir nömrəli ölkəsi olan Böyük Britaniyada bu son bir  ildə 25% qədər artmışdır.Daha çox homoseksuallar arasında yayılan bu xəstəlikdən  21 minə yaxın britaniyalı əziyyət çəkir.


Ardı →

Dodaq uçuğu-Herpes Simplex

Dodaq uçuğu olaraq adlandırdığımız Herpes xəstəliyi məhz çoxlarımızda ilk növbədə qaşınma ilə səpki şəklində müşahidə olunan xoşagəlməz və kifayətqədər narahatedici bir virus xəstəliyidir.Onu  Herpes Simplex kimi adlandırılan və immunitetin zəiflədiyi dönəmlərdə dodaq,ağız və burunun selikli qişalarına hücum edən viruslar törədirlər.Bu viruslar immunoloji nöqteyi nəzərindən məhz çiçək və kəmərləyici dəmrov törədən viruslar ilə bir qrupa daxil edilir.Onun aktivləşməsini asanlıqla sadalanan nahiyələrdə pullanma,səpki və qaşınma ilə təyin etmək mümkündür.Tezliklə seroz maye ilə dolu olan məxsusi ağrıverici və qaşındırıcı pulcuqlar  əmələ gəlir ki,məişətdə buna uçuq deyilir.Təxminən 3-6 gün ərzinə onlar eroziya ilə nəticələnəcək şəkildə çatlayır və getdikcə sağalma müşahidə olunur.Təqribən bir həftə sonra  həmin eroziyalaşmış çatlardan tamamilə əsər əlamət qalmır.Buna baxmayaraq bir çox hallarda isə herpes məhz ümumi narahatlıq və temperatura ilə də müşahidə olunur.Bəzi hallarda isə kompensator reaksiya kimi limfa düyünlərinin də böyüməsi müşahidə olunur.


Ardı →

Vaksinasiya uzun illər hepatitdən qoruyur

Alimlərin son tədqiqatlarına əsasən müəyyən olunmuşdur ki,vaksinasiya 2 və daha aşağı yaş uşaqlarda aparılarsa onları ən azı 10 ilə qədər qorumaq xüsusiyyətinə malikdir.Ümumdünya səhiyyə təşkilatından verilən son açıqlamaya görə hər il bütün dünya üzrə 1,4 mln hepatit A ilə yoluxan xəstələr rəsmi şəkildə qeydiyyatdan keçirlər.Xəstələnənlərin say çoxluğu isə öz sanitar-epidemioloji vəziyyəti ilə kifayət qədər bərbad hesab oluna biləcək regionlarda qeydə alınır,harada ki,xəstəlik yoluxmuş qida və su ilə ötürülür.


Ardı →

OraQuick

OraQucik adlandırılan test ağız suyundan istifadə edilməklə 20-40 dəqiqə ərzində sizin bu virusa yoluxmağınızı aşkarlaya biləcək.Ölkəsində 1,2 milyon insanın bu virusun daşıyıcısı olduğunu,ancaq heç onların 20 faizinin belə bundan xəbərdar olmadıqlarını bildirən ABŞ mütəxəssiləri bu testin asan əldə olunan olacağını bildirirlər.


Ardı →

Mütəxəssislər viruslara qarşı

Alimlər müəyyənləşdirmişlər ki,polietilen və azotun sintetik məhsulları olan polietlileniminlər virus əleyhinə vaksinlərin o cümlədən qrip,herpes və  İİV əleyhinə peyvəndlərin təsirini artırır.Uzun illər bu iş üzərində tədqiqat aparan mütəxəssislərin PEE seçməsi isə təsadüfi deyil.Beləki onlar diqqət etmişlər ki,gen terapiyası ilə məşğul olan mütəxəssislər məhz yüksək seçicilik xüsusiyyəti olan bu maddələrin təsirlərindən “faydalanırlar”.


Ardı →

İnfeksion xəstəliklərin ümumi xarakteristikası və müalicə prinsipləri

İnfeksion xəstəliklər insanı onun heyvanlar aləmindən ayrıldığı və növ kimi təşəkkül tapdığı andan müşayiət edir. Cəmiyyət əmələ gəldikcə və insanın sosial həyat tərzi inkişaf etdikcə bir çox infeksiyalar kütləvi yayılmışdır.
İnfeksion xəstəliklərin bütün dövrlərdə çox geniş yayılması milyonlarla insanın ölümü ilə nəticələnmiş, həm də insan ömrünün qısalmasının əsas səbəbi olmuşdur. Keçmişdə insan ömrü 20-30 ildən artıq deyildi. Afrikanın bəzi rayonlarında indi də 35-40 ildir.
İnfeksion xəstəliklər insan xəstəliklərinin patogen virusların, bakteriyaların, ibtidailərin törətdiyi geniş qrupudur.


Ardı →

Dezinfeksiya, dezinseksiya, deratizasiya

Dezinfeksiya — xəstəlik törədən mikroorqanizmlərin məhv edilməsi və ya zərərsizləşdirilməsidir. Dezinfeksiyanı həm infeksiya ocağında, həm də profilaktika məqsədilə aparırlar.
Nə vaxt aparılmasından və məqsədindən asılı olaraq infeksiya ocağında aparılan dezinfeksiya cari və son dezinfeksiyaya bölünür.
Cari dezinfeksiyanı infeksiyalı xəstənin, yaxud infeksiya gəzdirənin olduğu bütün müddətlərdə xəstənin çarpayısı yanında və onun ətrafında aparırlar. Cari dezinfeksiyada məqsəd infeksiyanı yayılmağa qoymamaqdır. Yoluxucu bağırsaq xəstəliklərində cari dezinfeksiyanın daha böyük əhəmiyyəti vardır. Xəstənin işlətdiyi əşyaları, onun dəyişəyini zərərsizləşdirirlər.


Davamı →

Helmintozlar

Helmintozlar parazit qurdların — helmintlərin törətdiyi xəstəliklər qrupudur. İnsan bədənində 250 növdən artıq helmint parazitlik edir. Helmintlər həyat prosesində bir neçə ardıcıl inkişaf dövrü keçir. İnsan helmintlər üçün həm son, həm də ara sahib ola bilər.
Helmintozlarla mübarizə üçün sanitariya-baytarlıq, sanitariya maarifi tədbirləri həyata keçirirlər.


Ardı →

Parazitəleyhi və göbələkəleyhi dərman vasitələrinin farmakoterapevtik səciyyəsi

Patogen və şərti patogen göbələklər mikoz xəstəliyini yaradır və bu xəstəlik geniş yayılıb. Törədicidən asılı olaraq göbələk əleyhi sahəsi olan dərman preparatları təyin edilir. Dərman seçimində dərman preparatlarının farmakodinamikasının və toksinliyin böyük əhəmiyyəti var.


1. Patogen göbələklərə qarşı dərman maddələri:


a).sistem və dərin mikozlarda (koksidiodomikoz, paraksidiomikoz, gistoplazmoz, blastomikoz)


b).epidermomikozlar (dermatomikozlar)


(lamizil,terbizil, nitrofungin,  kalii yod).


Ardı →

Yeni doğulmuş uşaqlarda Fleqmona

Bu xəstəlik ən çox 5-20 günlük uşaqlarda təsadüf edilir. Çox zərif dəriyə, dərialtı qata malik olan yeni dogulmuş uşaqlar cüzi travmaya məruz qaldıqda infeksiya qapısı açılır, qızılı stafilokokklar və başqa mikroblar infeksiya qapısından daxil olaraq dəri və dərialtı toxumaların yayılmış iltihabını-fleqmonanı törədirlər. Yeni dogulmuş uşaqlarda baş verən fleqmonanın böyüklərdə olan fleqmonadan fərqi ondan ibarətdir ki, onlarda nekrozlaşma prosesi iltihab prosesinə nisbətən daha böyük üstünlük təşkil edir. Qısa bir müddət içərisində baş verən nekroz nəticəsində uşagın dəri və dərialtı toxumasında dəyişikliklər əmələ gəlir. Fleqmona ən cox döş qəfəsi, oma sarğı nahiyəsində və boyunda yerləşir.

Ardı →