Təmiz düşüncənin əbədi parlaqlığı

  • Kino
Eternal Sunshine of The Spotless MindFilm: Təmiz düşüncənin əbədi parlaqlığı

Rejissor: Mişel Qondri

Ölkə: ABŞ

Janr: Dram, Fantastika

İl: 2004

İMDB balı: 8.5

Film Fiction balı: 8.5

Filmin ideyası fransalı rejissor və ssenarist Mişel Qondrinin aktyor Pyer Bosmot ilə söhbətindən sonra yarandı. Aktyor rejissora belə bir fikir söyləmişdi: “Səhər tezdən durursan və poçt qutunuza məktub gəlir. Açırsız və orda yazılıb- Siz tanıdığınız şəxs sizi yaddaşından pozdu.“Məhz bu ideya tammetrajlı bir filmin yaranmasına səbəb oldu. Baxmayaraq ki, Mişel bu filmə qədər elə də tanınmırdı və cəmi bir filmi var idi, filmin ssenarisi bir çox aktyor və aktrisalara maraqlı və cəlbedici görünürdü.

Nikolas Keyc özü filmdə çəkilmək istəyini açıq şəkildə bəyan etmişdi. Rejissorun seçimi isə heç kimin gözləmədiyi halda komediya ustası Cim Kerri oldu. Filmdə əsas rol, yəni Coel obrazı məhz Cim Kerriyə həvalə olundu. Onun tərəf müqabili isə Keyt Uinslet oldu. Bundan əvvəl heç vaxt Keyt bu filmdəki kimi şıltaq obraz canlandırmamışdı. Bir sözlə Mişel eksperimentlərlə dolu bir film çəkirdi. Filmdə Elayci Vud, Kristen Danst və Mark Rufallo kimi məhşur aktyorlar da rol almışdılar. Filmin büdcəsi 20 milyon dollar idi və bu da ilk baxışdan fantastika janrı və Mişelin sseanarisi üçün az məbləğ kimi görünürdü. Amma alınan nəticə bütün proqnozları alt-üst etdi.

Cim Kerri və Keyt Uinslet hər biri ən yaxşı rollarından birini ifa etmişdilər. Keyt “Klementini” roluna görə Oskara da nominant oldu. Cim Kerri “Coel” roluna çox yaraşmışdı. Film 72 milyon gəlir gətirdi və bir çox mükafatlar qazandı, o cümlədən “Ən orijinal ssenari” nominasiyasında Oskarı.Film absurd bir ideyadan bəhs edir. İnsanlar bir-birini unutmaq üçün yaddaşlarından istədikləri insanları silə bilirlər. Klementini və Coel də bu əməliyyatı keçirib və bir-birlərini siliblər yaddaşlarından. Amma həyat onları yenidən qarşılaşdırır və bir zamanların sevgililəri yenidən, heç nə olmamış kimi bir-birilərini sevirlər.

Joel and Clementine
Film çox qarışıqdı və çox dinamikdi. Xüsusən Coelin yaddaşının pozulma prosesi və həmin prosesdə qəhrəmanların sevgilərini qorumaq üçün mübarizəsi həqiqətən gözəl çəkilib. Baxmayanlar əmin olsunlar ki, bu vaxta kimi belə bir filmə baxmayıblar. Filmin soundtrackləri də əladı və zövqlə uyğunlaşdırılıb filmə.



Mənbə: «Film Fiction» jurnalı 
 

7 şərh

Diamonds
Maraqlı filmı oxşayır.Çalışacam baxım.Çox sağ olun.
istorik_c
Mən də baxaram. 
pascal
Bumeranqın zövqünə arxayınam. :) Vaxr tapsam, mütləq baxacam. 
_BUMERANQ_
bu etbarı qazandığıma sevindim yəni :)
BaRLeLiTa
Bu filmi izləməyimin ilkin səbəbi, filmdə Keyt Uinsletin rol alması olmuşdu. Çox sevdiyim aktrisadı, taa titanik filminnən bu aktrisanın vurğunuyam. Amma nə yalan deyim Cim Kerrini heç sevmirdim, maska filmində o qədər hədsiz məzəli hərəkkətlərini izləmişdim ki, bir növ ona qarşı ikrah hissi oyanmışdı məndə. Heç vaxt ağlıma gəlməzdiki Kerri dram filmdə sakit bir obrazı canlandıra bilər, tək canlandırmaq yox belə gözəl formada canlandırması məndə onun aktyor sənətinə qarşı böyük maraq və həvəs yaratdı. Film biraz qeyri adi olsada, izləməyə dəyər. Ancaq düşünürəm ki, hər insanın sevə biləcəyi bir film deyil.
_BUMERANQ_  sənnən yeni-yeni filmlər haqda topiklər gözləyirəm. :)
A_T_zade
İlk öncə Sizə tövsiyəniz üçün minnətdaram. Mən filmi izlədim. Doğrudur Sizin qeyd etdiyiniz kimi bu film hər kəsin bəyənəcəyi bir film deyil. Amma nəticə çıxarmağı bacaran və sevən insanlar üçün çox düşündürücü bir filimdir. Hadisələrin gedişatı qarışıq olsa da dil ilə izah olunmayan bir çok insan hissləri əks olunur. Məhs bu səbəbdən də çox bəyəndim bu filmi. Düzün desəm bu aktyorların heç birinə pərəstişkarlıq etməsəm də Cim Kerrinin filmlərini bəyənirəm. Bir daha Sizə təşəkkür edirəm. 
Ferbara
Filmin fraqmentinə baxandan sonra xatırladım. Başdan ayağa qədər oturub izləməsəm də qaçaraq izlədiyimi xatırlayıram. Məzmunu yadımdadı. Məndə qalan təəssuratı bu oldu ki, film həqiqətən dərin duyma qabiliyyəti olanlar üçündü. Psixoloji təsiri adamda uzun müddət iz buraxa bilir. Bir növ insanın duyğu tellərini kökdə saxlayır. :) Düzdü, hər gün belə kinoya rast gəlmirik. Bir də baxmaq lazımdı, unutmuşam. :)