2024-cü ildə səbrsizliklə gözlənilən xarici filmlər | 2024 filmləri

  • Kino

2024-cü il filmsevərlər üçün xüsusi bir il olacaq. Çünki, uzun illər səbrsizliklə gözlənilən bir çox populyar filmin davam seriyasının çəkilişi və buraxılışı məhz bu il gerçəkləşəcək. Hansı janra üstünlük verməyinizdən asılı olmayaraq, biz sizin üçün yeni ildə sevəcəyinizə əmin olduğumuz və nümayiş olunduqları zaman böyük rezonans yaradacaq 2024-cü ilin xüsusi filmlərini bir araya gətirdik.

Mündəricat:

  1. Qladiator 2 
  2. Üzüklərin Hökmdarı: Rohirrimin Döyüşü 
  3. Deadpool 3
  4. Joker: Folie à Deux 
  5. Dune: Desert Planet Part 2 
  6. Alien (Yadplanetli): Romulus 
  7. Ghostbusters: Dondurulmuş İmperiya 
  8. Furiosa: Dəli Maks Saga 
  9. Beetlejuice 2 
  10. Nosferatu 

2024-cü ildə səbrsizliklə gözlənilən xarici filmlər | 2024 filmləri

Davamı →

Həyatdan bir kadr - Real hadisələr əsasında çəkilmiş 10 film

  • Kino
Real hadisələr əsasında çəkilmiş filmlər sizə filmdən zövq almaqla yanaşı həyata baxışınızı da dəyişəcək. Tərtib etdiyimiz bu siyahı xüsusilə dram və dedektiv janrını sevənlər üçün əvəzolunmaz tapıntı olacaq. 
Sizi dərin hisslərə və düşüncələrə qərq edəcək filmləri təqdim edirik.

Popcorn-ları hazırlamağa başlayın :)

1. The Pursuit of Happyness 



Real hadisədən ilhamlanıb çəkilən bu film, bəlkə də sizin həyata baxışınızı dəyişəcək.
Kris Qardner adlı şəxs ailəsini qoruyub saxlamağa çalışan amma bunda uğursuz olan yalnız atadır.

Davamı →

Həyat gözəldir | Life is beautiful

  • Kino

La Vita è bella

Orijinal adı: La Vita è bella
Rejissor: Roberto Benini
Janr: Dram/ Melodram/ Komediya/ Hərbi
Ölkə: İtaliya
İl: 1997
İMDB xalı: 8.5

Mükafatlar
Qoya:
— Ən yaxşı Avropa filmi

Oskar:
— Ən yaxşı aktyor: Roberto Benini
— Dram janrında ən yaxşı sountrack
— Əcnəbi dildə ən yaxşı film

Britaniya Kino Akademiyası:
— Ən yaxşı aktyor: Roberto Benini

Sezar:
— Əcnəbi dildə ən yaxşı film

Kann Film Festivalı:
— Böyük Jüri mükafatı

Avrora Kino Akademiyası: 
— Ən yaxşı film
— Ən yaxşı aktyor: Roberto Benini 
Ardı →

Sözlər həyatı dəyişə bilər

  • Kino
“Biz hamımız həyatda seçim edirik. Önəmli olan bu seçimlə yaşamaqdır” (filmdən sitat)

Sözlər… Nədir sözlər? Gündəlik həyatımızda istifadə etdiyimiz səslər və hərflər birləşimi yoxsa, bir insanı məhv edə bilən, bir digərinə isə xoşbəxtlik gətirən möcüzə?

Ömrünü sözlərə həsr edən bir yazıçı həyatdan nə istəyər? Məşhurlaşmaq yoxsa müxtəlif insanların hekayələrini digərlərinə çatdırmaq? Şöhrətpərəstlik yoxsa maarifçilik? Bəlkə, sadəcə digərinin yazdığını oğurlamaq? “Sözlər”in qəhrəmanı məhz bu yolu tutur. O, yazıçı olmaq arzusundadır. Lakin yazdığı romanlar heç bir agentlik tərəfindən qəbul olunmur. Adi bir təsadüf isə onun qarşısında inanılmaz imkanlar açır.

Parisdə əntiq əşyalar dükanından alınan köhnə çantadan tapdığı bir hekayə onun həyatını dəyişir. Daha doğrusu, o, köhnə çap maşınında yazılan bu sözlərin onun həyatını dəyişməyinə izin verir. Saralmış vərəqlərdəki hər bir sözü öz beyninin, qəlbinin süzgəcindən keçirib kompyuterdə yazan Rodi anlayır ki, özü heç vaxt elə bir hekayə uydura, yaza bilməyəcək.

“O, düşündüyü kimi birisi deyildi və qorxurdu ki, heç vaxt da olmayacaq”. Bu sözlər ona yad idi, o heç gözləmədiyi bir aləmlə üzləşmişdi və bu aləm ona arzuladığı dəyəri qazandırdı. Lakin bu kitab onun deyildi.
Ardı →

Tısbağalar da uçar | Turtles can fly

  • Kino
Kürd əsilli iranlı rejissor Bəhman Qobadinin rejissorluq etdiyi “Tısbağalar da uçar” real insanların yaşadığı gerçək əhvalatı əks etdirən filmdir. Filmə baxanda donub qalmışdım. Eyni anda o qədər çox şey hiss edirdim ki, hissiyatsız olmuşdum. O hisslər günlər ötdükcə aydınlanmağa başladı. Amma yenə də bəzi hisslər o qədər dərindir ki, onları yazıya almaq çox çətindir...

Filmdəki hadisələr İraq-Türkiyə sərhəddində yerləşən kiçik bir kənddə cərəyan edir. Böyükdən-kiçiyə hər kəs ABŞ-İraq müharibəsinin sonunu gözləyir. Filmin əsas qəhrəmanları uşaqlardı. Ata-analarını, yaxınlarını itirən bu kimsəsiz uşaqlar minalanmış sahələri təmizləyib pul qazanmaqla dolanırlar. Çoxu iş əsnasında şikəst olub. Hərənin də bir hekayəsi var, amma Agrinin hekayəsi tam başqadı. Ata-anasını elə gözləri önündəcə öldürənlər bu 14 yaşlı qızcığaza təcavüz ediblər. Bəli,14 yaşlı bir ana obrazı… O, kiçik kor balasından utanır, onu qəbul edə bilmir, hər dəfə qardaşına ”onsuz da mənim deyil, o bic uşaq nəyimə lazımdı?!” deyir. 14 yaşında zorlanan, məcburən uşaqlıqdan analığa addım atan bu qızın taleyini yəqin ki, dünyada nə qədər uşaq yaşayıb.

Amerika-İran müharibəsi yaxın keçmişdə baş verib. Təbii ki, KİV bizi müəyyən qədər məlumatlandırırdı. Nə qədər özümü müharibə qurbanlarının, televiziyada gördüyüm əl-ayağını itirən, yaxınlarının, doğmalarının cəsədlərinini görən, ağrıdan qıvrılan insanların yerinə qoysam da müharibəni bütün dəhşətləri, ağırlığı ilə duya bilməmişdim. Amma film müharibə adını dəhşətləri ilə insanın damarına yeridir.
Ardı →

Sürəyyanı daş-qalaq etmək | The Stoning of Soraya M.

  • Kino
Soraya Manutchehri 1950-ci ildə İranda doğulub. 1986-cı il 15 avqustda əxlaqsızlıq edildiyi iddiasıyla daş-qalaq edilərək öldürülüb.
Yalançı şahidlərin ifadəsiylə vəhşicəsinə öldürülən bu qadının günahsız olduğunu bir çoxları bilir. Ancaq ərinin və ona yaxın bir neçə insanın, eyni zamanda kəndin mollasının (şah rejimi zamanında uşaqbazlıq üstündə həbsə atılmışdı) şahidliyi insanlıqdan kənar bu hadisəni qaçınılmaz edir.

Rəcmdən bir gün sonra kəndə gələn fransız əsilli iranlı jurnalist Freidoune Sahebjamın sayəsində Sürəyyanın yaşadıqlarını bütün dünya bilir. Belə ki, Sürəyyanın qohumu Zəhra hadisəni olduğu kimi ona danışır. O da 1994-cü ildə “The Stoning of Soraya M.” – “Sürəyyanı daş-qalaq etmək” adlı kitab çıxarır. 2008-ci ildə isə eyniadlı film çəkilir.

Bu əhvalatdan xəbərsiz olanlar da artıq filmin adından onun nədən bəhs edildiyini anlayır. İnsanı daş-qalaq edərək öldürməkdən…

Filmdə qadınların insan sayılmadığı, onların heç bir söz haqqının olmadığı cəmiyyətdə şəhvəti uğruna bir insanın ölümünə belə razı olan insanların din adı altında nələr etdikləri göstərilir. Bəzi müsəlman ölkələrində zina edənlər (evli olmadığı birisiylə cinsi əlaqəyə girmək) rəcm edilərək (daşlanaraq) öldürülür.

Quranda bununla bağlı bir ayənin olmadığı halda islamı öz məqsədlərinə uygun şəkildə anlayan insanların vəhşilikləridir bu.
Ardı →

Pinin həyatı | Life of Pi

  • Kino
Life of PiYann Martel 2001-ci ildə Kanadada romanını çap edəndə, yəqin ağlına da gəlməzdi ki, romandakı benqal pələngi ilə 16 yaşında yeniyetmənin 227 gün okeanda azmış qayıqda qalmaları filmə çəkilsin.

Kino, qısaca desək, ölüm-dirim arasında Tanrının görüşü üçün mənəvi bir səyahətdir.

Film zooparkda heyvanların görüntüsü ilə başlayır, birinci təsvirlərdə dünyanın ən kiçik quşu olan kolibrilər ağaca dırmaşmış ayının ətrafında uçmağa başlayır. Kolibrilər sanki sinema pərdəsindən çöldədir, dəqiq hiss edirsən ki, zalda uçur, səsi də zalın içindən gəlir. Elə həmin bu fraqmentdən təəccüblənib başa düşürsən ki, baxdığın film qeyri-adi təsvirlərlə dolu olmalıdır və sırf təbiət deyil, 3D animasiyalardan yararlanıb.

Kanadalı yazıçı filmin qəhrəmanından istəyir ki, öz hekayəsini danışsın. Motiv yalnız hekayəni yazmaq deyil. Həm də Pinin əmisi ateist yazıçıya deyib ki, Pi sənə tanrıya inancı göstərəcək.

Pi sözünün nə olduğu da maraqlıdır. Demək, Hindistanın Fransa koloniyası olan əraziləri işğaldan azad olduğu zaman Pinin atası zoopark açır. Atasının dostu Parisdə “Piscine Molitor Patel” hovuzunun yiyəsidir. Pinin atasına zarafatca deyibmiş ki, oğlunun belə təmiz ruhlu olmasını istəyirsənsə, adını “Piscine Molitor Patel” qoy. Atası da bu zarafatı ciddi qəbul edir, həqiqətən də oğluna bu adı qoyur.
Ardı →

Ölü Yazarlar Dərnəyi

  • Kino
Film: Ölü Yazarlar Dərnəyi Olu yazarlar dərnəyi
Rejissor: Peter Weir

                     Hələ vaxt varkən tumurcuqları topla
                     Zaman hələ də uçub gedir
                     Və bu gün hələ də gülümsəyən bu çiçək
                                                      Sabah ölə bilər*

Eyni adlı əsərdən çəkilmiş və rejissoru Peter Weirolan “Ölü Şairlər Dərnəyi” filmini izlədim. Filmi izləməyən gənc yəqin ki, qalmayıb. Filmdə, Velton oğlan akademiyasına yeni gələn və ədəbiyyat müəllimi olan Con Kiting (Robin Uilyams) yenilikçi, digər müəllimlərdən fərqli adamdır.
Film irəlilədikcə Cənab Kittingin xeyri simvolizə etdiyini düşünməyə başlamışdım. Tələbələri ilə elə ilk günlərdən münasibəti çox yaxşı olan, onlara aysberqin həmişə digər üzünün də olabiləcəyini diqqətə almağı və anın dəyərini – capre diemi — öyrədən müəllim, tələbələri tərəfindən sevilir.

7 tələbə müəllimin köhnə albomunu tapır. Hər şey də elə buradan başlayır. Albomda “Ölü Şairlər Dərnəyi” adını görən tələbələr müəllimdən bu barədə soruşur. Cənab Kiting, dostları ilə əvvəl yaratdığı və indi olmayan dərnəkdən tələbələrinə danışır vətələbələr “Ölü Şairlər Dərnəyi”ni yenidən qurmağa qərar verirlər. Hər axşam akademiyanın yaxınlığında yerləşən mağaraya gedir, orada şeir gecəsi keçirirlər. Bir-birlərinin yazdıqları şeirlərlə birlikdə müəllimlərindən öyrəndikləri şairlərin də şeirlərini oxuyurlar.
Ardı →