Рейтинг
+85.19

Kişilər

51 üzv, 124 topik

Kişiləri çirkinləşdirən problemlər

Kəpək
Hər beş kişidən birində rast gəlinən bu problemlə mübarizə üsulu əslində çox asandır. Bunun üçün ən birinci şərt yaş saçlarla yatmamaqdır. Çünki saç uzun müddət yaş qaldığı zaman maya formasında olan göbələklər sürətli şəkildə inkişaf etməyə başlayır. Bu göbələklər isə kəpək formasında saçda görünməyə başlayır.

Göz altındakı torbalar
Bu kimi problemdən uzaq olmaq üçün alkoqollu içkilərdən maksimum dərəcədə uzaq durun. Çünki tərkipində spirt olan içkilər birbaşa olaraq qanınıza və dərinizə təsir edir. Ən həssas dəri isə gözaltı hissədə yerləşdiyi üçün orqanizminizdə olan hər hansısa xəstəlik, narahatlıq ilk olaraq gözaltı hissədə özün biruzə verir. Axşam içikili yatıb səhər gözünüzün aşağısında yaranan o izlərin səbəbi axşam xatırlamadığınız hansısa bir davanın deyil, içkinin əsəridir.

Sarı dişlər
Amerikalı diş həkimi Arthur Glosmanın fikrincə, sarı dişlərin əsas səbəbi çiy yeyilən meyvə və tərəvəzlərdir. Çünki onlar diş ətini həssaslaşdırır, tüpürcək istehsalını artırır, dişdəki şəkəri azaldır.
Ardı →

Qadınların kişilərdən gizli saxladıqları

Qadınların kişilərdən gizli saxladıqı sirlər:

1. Sevgiyə görə hər şeylərini qurban verməyə hazır olduqlarını desələr də, əslində birinə bağlanmaqdan çox qorxurlar.

2. Anaları əksər məsələlərdə onlar üçün ideal qadın obrazıdır, amma bununla yanaşı qadınların əksər hissəsi anasına oxşamaqdan qorxur.

3. Kişilərin onlara ev işlərinə kömək etməsini sevirlər.

4. Onların dediyi hər sözə inanmayın. Məsələn, yeni saç stiliniz hər zaman xoşlarına gəlməsə də, onlar daim bunun sizə yaraşdığını deyəcəklər.


Ardı →

Bəy kostyumu bu cür seçilir

İstər qadının, istərsə də kişinin həyatında ən vacib günlərdən biri də onların ailə həyatı qurduqları gündür. Bu gün həm kişi, həm də qadın daha fərqli gözəl, yaraşıqlı görünmək istəyir. İstədiyimiz kimi görünmək üçün isə öz vücudumuzu yaxından tanımağımız və dəb incəliklərini bilməyimiz mütləqdir.

Bilirik ki, oxucularımız arasında da subay, toy hazırlıqları görən bəylərimiz var. Elə bu məqsədlə də bu dəfə sizinlə bəy kostyumu seçərkən diqqət etməli olduğumuz əsas incəliklər haqqında danışmaq istəyirik.

Əgər əzələli bədən quruluşuna sahibsinizsə, sizə qətiyyən dar kostyum (pencək, şalvar, köynək) seçmək məsləhət görülmür. Çünki tam bədənə yapışan şalvar və köynək əzələlərinizi daha da sıxır, nəticədə isə paltar əyninizdə partlayacaqmış kimi görünür.

Görünüşcə arıq bəylərimiz isə rahatlıqla bədənə tam outran kostyumlar seçə bilərlər. Bu zaman seçəcəyiniz kostyum sizi daha şıq, daha eleqant göstərəcək.

Artıq çəkidən şikayətlənən bəylərimizə isə bəylik kostyumu seçərkən açıq rənglərdən üzaq durmaq, tünd rənglərə (xüsusilə də tünd göy və qara rənglərə) üstünlük vermək məsləhət görülür. Bundan əlavə pencək geyinən zaman onun yaxasını düymələmək tövsiyə edilir.
Ardı →

Əcnəbi qızlarla tanış olmağın yolları


Hər bir kişi əcnəbi qadınla tanış olmağı arzulayır, amma bunu necə etməyin doğru yolunu çox az kişi bilir. Əcnəbi xanımla tanış olmaq istəyənlərə sadə məsləhət: onlara yaxından bələd ol ki, necə tanış olacağını öyrənəsən.

Braziliyalı
Braziliyalı xanımlar çox eqoist, utanmaz, açıq-saçıqlığı sevən və inadkardırlar. Əgər gecə klubunda və ya başqa bir yerdə belə xanım görsən, ona yaxınlaşmağa dəyməz. Əgər onu bəyənirsənsə, gözlərini ona yönəldib, gülümsə. Baxışlarla onu bəyəndiyini göstər. Əgər onun da səndən xoşu gəlirsə, sənin yaxınlaşmağını gözləmədən özü yanına gələcək. Hətta yanında başqa xanım olsa belə, buna əhəmiyyət verməyəcək.
Ardı →

Evli kişilər daha cazibədardır


Bəzi hallarda qadınlar sevdikləri kişinin evli olduğunu bildikləri halda onunla münasibəti davam etdirirlər. Bu çoxlarımıza düzgün, anlaşılan münasibət kimi görünməyə bilər. Bu yaxınlarda Oklahoma Universitetində aparılan bir araşdırma qadınların bu seçimlərinin səbəbinə müəyyən qədər aydınlıq gətirib. Bu məqsədlə 10 minə yaxın qadın və kişi arasında sorğu keçirilib.

Sorğuda iştirak edən insanlardan evli insanla münasibət qurub-qurmayacaqları soruşulub. Bu zaman qadınların 73%-i sevdikləri şəxsin evli olmasının onların münasibətinə mane olmayacağını bildirib. Bu qadınlardan 24%-i isə heç nədən çəkinmədən hazırda və ya keçmişdə evli insanla münasibətdə olduqlarını etiraf ediblər. Onların fikrincə, subay kişilərlə müqayisədə evlilər daha anlayışlı, yetişkin olurlar. Buna görə də onlarla münasibəti davam etdirmək daha asan olur.
Ardı →

Saqqalın faydaları

Darvin “Növlərin mənşəyi” başlıqlı əsərində kişilərdə saqqalı cinsi seçimlə əlaqələndirir. Yəni Darvinə görə, saqqal qadınların həyat yoldaşı seçimində vacib rol oynayır.

Araşdırmaçılar da Darvinin nəzəriyyəsinə dəstək olaraq, qadınların saqqalı kişiləri saqqalsız kişilərdən daha cazibədar hesab etdiklərini ortaya çıxarıb. Kişiləri qadınlara cazibədar göstərməklə yanaşı, saqqal həm də sağlamlıq baxımından faydalıdır. 

Dəri xərçəngini əngəlləməyə kömək olur. “Southern Queensland” Universitetinin apardığı araşdırma zamanı saqqalın zərərli UV şüalarının 95 faizini əngəllədiyini ortaya çıxarıb. Daha az UV şüalarına məruz qalan dərinin xərçəngə yoluxma riski aşağı olur.

Asma və alergiyaya qarşı müdafiə edir. Çiçək tozu və tozlara qarşı alergiyanız varsa, asmadan əziyyət çəkirsinizsə, saqqalınız sizi qoruyacaq. Xüsusən bığların alergiyaya səbəb olan amillərin tənnəffüsünü əngəlləmək baxımından faydalı olduğu isbat edilib.

Saqqallar cildinizi nəmli saxlayar və soyuq havayla yanaşı, dərinizi küləyə qarşı qoruyaraq, qurumasını əngəlləyər. Nəmli qalan dəriniz gec yaşlanacaq. Bununla yanaşı, saqqallı cildə sürtülən nəmləndiricinin təsiri saqqalsız cildə sürtülən nəmləndiricidən daha yüksək olur. Çünki saqqalsız cilddə krem xarici təsirlərə məruz qaldığı üçün göstərdiyi müsbət təsiri zəifləyir.

Soyuqdəyməyə qarşı qoruyur. Xüsusən boğaz və çənə nahiyəsində çıxan saqqal istiliyi təmin edir və soyuqlamaqdan qoruyur.

Bakterial infeksiyalara mane olur. Mütəxəssislər kişilərə üzü təmizləyərkən dərinin korlanması, üzdə yaranan qızartı və kəsiklərlə birlikdə bakterial infeksiyalara yoluxmamaq üçün saqqal saxlamağı məsləhət görürlər.

Kişilər niyə ağıllı qadın istəmirlər?

İki rəfiqə görüşdüyü zaman birinci növbədə kişilərin qeybətini edirlər. Onlar kişiləri yola gətirməyi, münasibətlərinin hər zaman yaxşı olması üçün “axmaq sarışın” roluna girmək lazım olduğunu düşünürlər. Çünki kişilərin əslində güclü və ağıllı qadın istəmədiyinə inanır, münasibətləri davam etdirmək üçün özlərini fəda etmək gərəkliyini düşünürlər. 

Görəsən, münasibətlərinin yaxşı olmamasının mənbəyi sizin ağıllı və güclü olmağınızdırmı? Özünüzü kişinin istəklərinə uyğun dəyişdirmək yerinə, qarşınızdakı kişiyə real gözlərlə baxın. İllərdir yaşadığınız eyni problemə baxış nöqtənizi dəyişdirməyin zamanı gəlib. Belə ki, fəlsəfə tarixinin ən dəyərli isimlərdən biri, həm ssenari, həm də roman yazarı və güclü qadın obrazı ilə tanınan Ayn Rand “Atlas vaz keçdi” adlı romanında kişilərin niyə ağıllı qadın istəməməsinin səbəbinin məntiqi izahını verib.

“Öz dəyərindən əmin olan və bundan qürur duyan kişi ən yüksək qadın tipini axtarır. Bəyənəcəyi qadın tipi güclü, fəth edilməsi çətin olmalıdır. Çünki kişilər qadını çətinliklə əldə edə bildiyi zaman özünü romanın qəhrəmanı kimi hiss edir. Beyinsiz bir qadını fəth etməyi uğur hesab etmirlər. Onun axtardığı, öz dəyərini tapmaq deyil, öz dəyərini ifadə edə bilməkdir. Zehnin standartları ilə bədənin arzuları arasında heç bir ziddiyyət yoxdur. Amma özünə qiymət verməyən adam, hətta nifrət etdiyi qadını cazibədar hesab edir. Çünki o qadın onun gizli mənliyinin təzahürdür”.

Bunu bilsən, onun xasiyyətini anlayacaqsan

İri həcimli dodaqlar: İri və dolğun dodaqlar yüksək temperamentdən xəbər verir. Bu cür dodaqlara sahib olanlar çox diqqəti çəkən və cazibədar olurlar. Bu cür dodaqları olanlar bir qayda olaraq əks cinsi cəlb edirlər. Xüsusilə də, iri həcmli dodaqları olan xanımlar kişilər tərəfindən çox sevilir. Buna baxmayaraq, onları nadir hallarda həyat yoldaşı kimi seçirlər.

Fizioqnomika elminə görə, dolu dodaqlı qadınlara kişilər çox nadir hallarda ciddi fikirlə yanaşırlar. Onları qınamaq olmaz. Çünki belə qadınların özləri
də zövq və əyləncə vurğunudurlar. Dolğun dodaqlar yüksək temperamentin danılmaz göstəricisidir. Bunun sübutu Merlin Monrodur. Sirr deyil ki, kişiləri ən cox cəlb edən bu qadının görünüşü yox, məhz elə dodaqları olub. Əbəs yerə onun dodaqları cazibə simvolu seçilməyib ki.

Belə qadınlar üçün sevgi yox, hər zaman diqqət mərkəzində olmaq daha vacibdir. Axı dolğun dodaqlı qadınlar eqoistdirlər. Ən çox sevdikləri isə səyahətə çıxmaqdır. Belə qadınların çox yaxşı ana olduqları isə danılmazdır.

Balaca yumru dodaqlar: Bu cür dodağı olan insanlar olduqca güclü, səmimi və ünsiyyətcildirlər. Bir çox insanlar tərəfindən sevilirər.
Ardı →

Kişilərin sevimli qidaları

Qadınlar şokolada yox deyə bilmədikləri kimi, kişilər də yağlı yeməklərdən uzaq dayana bilmirlər. 

Cipsi
Amerikada aparılan bir araşdırmada kişilərin ömür boyu yeyə biləcəyi qida seçilib. Bu məhz cipsidir. Xüsusilə matç izləyərkən vaz keçilməz olan cipsin 30 qramında 160 kalori və 10 qram yağ var. 

Ardı →

Kişilərin 7 tipi

Xanımların arzusu Romantik kişi
Romantik kişini dərhal tanıyacaqsınız. O, görüşdüyü xanıma gül və şirniyyat alır, işdən evə qədər onu ötürür. Romantika dolu görüşlər təşkil edir – şam işığında yemək süfrəsi, günəşin batmasına tamaşa etmək, şer demək və s. Belə kişilərin idealı kübar, zərif, romantik istəklərini bəyənən və dəstəkləyən qadındır. Əgər siz həyata real baxan, romantikanı sevməyən, sərbəst həyat tərzi sürən, bir qədər də acıdil xanımsınızsa romantik kişi ilə münasibətiniz baş tutmayacaq. Belə ki, romantik kişilər sakit təbiətli, mehriban və incə səsli, mənalı baxışlı xanımlara üstünlük verirlər.

Xanımlar üçün Sürpriz kişi
Onunla həyat gözlənilməz macəra ilə doludur. Belə kişilər çox cəld olur, gözlənilməyən qərarlar verir, müntəzəm olaraq xəbərlər və yeniliklərlə maraqlanır. Daim sizin üçün yeni əyləncələr fikirləşir. Bir sözlə
onunla darıxmayacaqsınız. Onunla keçirdiyiniz görüşlər bayaramı xatırladır. Əgər siz səs-küyü, əyləncəni, macəralı həyatı deyil, sakitliyi istəyirsinizsə “sürpriz” kişi sizin yarınız deyil. Bəzi qadınlar sakit həyat tərzini, evdə oturub seriala və ya onu maraqlandıran verilişlərə baxmağı sevir ki, belə ərlə onları xoşbəxtlik gözləmir.

Ciddi görünüşü ilə cəzb edən İş adamı
O, daim məşğuldur. Onun dost – tanışları ciddi iş adamlarıdır. Günü işgüzar zənglər, danışıqlar, görüşlər, müqavilə bağlamaqla keçir. Belə kişilər etibarlı həyat yoldaşı seçirlər. Onlar evə gələndə rahat olmaq, problemlərdən uzaqlaşmaq istəyirlər. Səliqəli ev, dadlı yeməklər, mehriban həyat yoldaşı, bir sözlə ev və sevdiyi qadın onun möhkəm qəsri olmalıdır. Bütün bunlarla yanaşı təbiətcə tələbkarolan belə kişilər qadının onların zövqünə uyğun olmasını arzulayırlar. Əgər siz onun bütün bu istəklərinə cavab verirsinizsə xanımı ola bilərsiniz.
Ardı →