Balıq buğlaması


Tərkibi:balıq buglaması
— 1 ədəd ağ balıq;
— yarım stəkan pomidor şirəsi;
— 1 stəkan su;
— 2 ədəd dəfnə yarpağı;
— 2 diş sarımsaq;
— 1 ədəd soğan;
— 3 çay qaşığı duru yağ;
— 1 xörək qaşığı un;
— 1 çay qaşığı qara istiot;
— 1 çay qaşığı qırmızı istiot;
— 1 dilim limon;
— 1 qaşıq soya sousu;
— zövqə görə duz.
 

Hazırlanması:
Balığı təmizləyib geniş qazana qoyun. Üzərinə yuxarıda göstərilən ərzaqları əlavə edin və 10-15 dəqiqə qaynadın. 

Qeyd: sarımsağı qazana əzilmiş, soğanları isə doğranmış halda tökün. Unu isə qazandakı ərzaqlar qaynayarkən topalanmasın deyə yavaş-yavaş əlavə edib, yaxşıca qarışdırın.

Xörəyi dərin qaba töküb üzərinə azca ədviyyat və xırda doğranmış şüyüd səpərək süfrəyə verin.

 

4 şərh

Ferbara
Sizdən yaxşı menecment olar. Saytdakı günün tələbinə uyğun topik yerləşdirib nəbzi tutmağı bacarırsınız. :)
Ramil
elə bildim balıq buğlamasına şərh yazmısınız, iştahla açıb oxudum. :))))
Ferbara
Mən də bunu oxuyub iştahlandım. :)