Kağız kababı

Tərkibi (4 pay):
300 qr qiymə
200 qr yaşıl noxud
1 kartof
1 yerkökü
1 soğan
1 x.q. zeytun yağı
duz
qara istiot
pul bibər
kəklikotu

Hazırlanması:
Kartof və yerkökünü kubik doğrayın. Qiymə, sürtgəcdən keçirilmiş soğan, düz və ədviyyatı qarışdırıb kiçik küftələr tutun. Kartof, yerkökü, noxud, duz, ədviyyat və yağı qarışdırın.
Yağlı kağızdan A4 formatlı 6 kağız kəsin. Kağızların ortasına kartofla olan qarışığı yerləşdirib üzərinə küftələri düzün. Kağızları boğça kimi qatlayıb tərs çevirin, siniyə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada bişirin. Süfrəyə isti-isti verin. Nuş olsun!
 

0 şərh