Şəkərsiz mürəbbə

Pəhrizdə oturanlar və şəkər xəstələri xüsusən bu mürəbbədən rahatlıqla istifadə edə bilərlər. Mürəbbədə süni şəkər yoxdur.

Şəkərsiz mürəbbə hazırlamaq üçün lazım olan ərzaqlar:
  • 2 kq çox sulu olmayan meyvə (tumu çıxarılmış),
  • 2 stəkan alma şirəsi (evdə sıxılmış),
  • 3 yemək qaşığı bəhməz,
  • 2 çay qaşığı limon duzu.

Hazırlanma qaydası:
Orta bir qazana alma şirəsini qoyun və rəngi tündləşənə qədər vam odda qaynadın. Alma şirəsi tündləşdikdə içinə tumları çıxarılmış meyvələri əlavə edin.

Qazanın altını azaldın və birlikdə bişməsini gözləyin. Bu əsnada qarışığa bəhməz və limon duzunu əlavə edin. Bütün qarışımı vam odda bişirməyə davam edin.

Mürəbbə hazır vəziyyətə gəldikdən sonra altını söndürün və soyumağa buraxın. Mürəbbəniz soyuduqdan sonra qaba boşalda bilərsiniz. Nuş olsun!
 

0 şərh