Рейтинг
+25.73

Kulinariya

24 üzv, 551 topik

Xurma kokteyli

Ümumiyyətlə bir çox müalicələr həm acı, həm də əziyyətli ola bilər. Elə müalicələr də vardır ki, həm faydalı olur, həm də ləzzətli. Məhz, bu kokteyl ləzzətlilər qrupuna aiddir.

Hazırlanması:
Hazırlanılma qaydası da sadədir: 3-4 ədəd iran xurmasının qabığı soyulur, tumları çıxardılır, 1 stəkan yağlı südün içinə əlavə olunub blenderlə qarışdırılır. Bu kokteyli gündə 1-2 stəkan içə bilərsiniz.

Faydaları
 Deməli, xurmanın tərkibindəki bütün minerallar və vitaminlər südün tərkibinə keçir, böyüyən uşaqlar və yaşlılar üçün əvəzolunmaz dərəcədə faydalıdır.
Davamı →
 

Çiyələkli spungle

Tərkibi:
Çiyələk – 500 qr.
Vanil – 1 paket
Kakao – 3 x.q.
Süd – 1 litr
Yumurta – 3 ədəd
Un – 3 x.q.
Şəkər – 1.5 stəkan

Hazırlanması:
Süd və yumurtaları orta ölçülü bir qazanda yaxşıca qarışdırın. Un, şəkər, vanil və kakaonu da sıra ilə əlavə edin, orta dərəcəli qaz sobasında tündləşənə və qatılaşana qədər bişirin.
Davamı →