Ağ papaqlı müdrik

İki müdriki saraya gətirirlər. Onlardan hansının daha müdrik olduğunu təyin etmək istəyirlər. Və belə bir yarışma keçirdirlər: İki ağ, bir qara olan üç papaqdan hər birini qaranlıq otaqda müdriklərin başlarına taxacaqlar. Sonra isə onları güzgüsüz otaqda bir-biriləri ilə üzbəüz qoyacaqlar. Onun başında hansı papağın olduğunu birinci deyən kəs daha müdrik elan ediləcək.

Müdriklər uzun zaman bir-birilərin qarşısında dururlar. Onların hər birisinin başında ağ papaq var idi.

Və qəflətən müdriklərdən biri dedi: “Mənim başımda ağ papaq var!” Müdrik nə cür düşünərək bu qərara gəlmişdi?

 

6 şərh

imtogrul
Yenə də bir variantım var, amma yenə də əmin deyiləm))
member
Məncə başındakı papağın ağ olduğun deyən müdrik (1-ci müdrik),qarşı tərəfin heç nə deməməsinə əsasən cavab vermişdi.Beləki əgər 1 -ci müdrikin başında qara papaq olsaydı 1 qara 2 ağ papaq olduğundan 2 -ci müdrik  başındakı papağın ağ  olduğunu anlayardı.Amma 2-ci müdrik heç nə deməmişdi.Buna əsasən 1-ci müdrik anlamışdı ki başındakı papaq qara deyil.Deməli onun papağı ağ olmalıydı.
Kenan_Elxanoglu
Çox düzgün cavabdır, məntiqiniz əladır. Maşallah!!!
imtogrul
super izah, həqiqətən mükəmməl cavabdı.  Heç ağlıma gəlməmişdi…
Einstein
cox sade —  qarsisindaki mudrikin basindaki papaq qara idi...( nezere alsaqki orada 3 yox iki mudrik var idi)   bir az diqqetli  baxin suala meni basa duseceksiz )
member
Deyəsən «Müdriklər uzun zaman bir-birilərin qarşısında dururlar. Onların hər birisinin başında ağ papaq var idi.» ifadəsini nəzərdən qaçırmısınız.