Hayıfsan! / Aşıq Ələsgər


Danışdıq, barışdıq mərhəmətinən,
İnciklik araya qatma, hayıfsan!
Sən tacir olmazsan bir manatınan,
Namusu qeyrəti atma, hayıfsan!

Mövlan məni nərəzindən salmayıb,
Huşum cəmdi, ağlım heç azalmayıb.
Fani dünya Süleymana qalmayıb,
Oyan bu qəflətdən yatma, hayıfsan!

Siz təraş eylərsiz iynə-bizinən,
Bizimkidə gəlib gedər sözünən.
Əyri ol əyriynən, düz ol düzünən,
Hər yetəni sən aldatma, hayıfsan!

Düşəndə məclisə, ağır yığnağa,
Mana hörmət qoyur irəncbər, ağa...
Söz uzansa, həcv çıxar qurşağa,
Sözün dalın çox uzatma, hayıfsan!

Qəsəm olsun xudkeşlərin sərinə,
Yalan söz iyidi salar dərinə,
Köhnə dağarcığı tumaş yerinə,
Aşıq Ələsgərə satma, hayıfsan!
 

10 şərh

umud600
Mən Allahdan istəmirəm
Çox dövlətim, malım ola;
Bir babatca güzəranım,
Dolanmağa halım ola.
Min batman zərim olunca,
Bir misqal kamalım ola.   ( Aşıq Ələsgər )
Xrizoberil
yoldaşına hərs etdiyi bir şeiri var onu tapa bilmirəm… )))
umud600
Şerin adın bilsəm, bəlkə yardımçı olaram.
Xrizoberil
:( təəssuflər ki, xatırlamıram… çox sağ olun diqqətinizə görə:)
Shabnam_Ilham
Aşıq Ələsgərin şeirlərini çox sevirəm… şeirə görə də minnətdaram :)
Aysel218
təşəkkürlər sizə
Xrizoberil
Sizlərə də təşəkkürlər )))
SHATENKA407
teshekkurler ama Molla Penah Vaqifin yazdiqlari daha cox xosuma gelir…
Xrizoberil
buyurun, təbii ki, zövqlər mübahisə edilmir....  Hərəsinin öz yeri var mənim üçün.
Ferbara
Bu şeri bir də yerli şivəylə oxuyanda ayrı zövq verir. :) Hayıf sana, ay Ələsgər.