Рейтинг
+55.17

Turizm

48 üzv, 75 topik

Zəngin tarixi şəhər, çox sayda spa və ucuz müalicə | Budapeştə gəlin

  • Turizm

Tarixi Spa paytaxtı

Macarıstanın paytaxtı və ən böyük şəhəri olan Budapeşt Mərkəzi Avropanın ən mühüm mərkəzlərindən biridir. Rəsmi olaraq 19-cu əsrin 70-ci illərində təsis edilən müasir Budapeşt indi həm də qlobal mərkəzlərdən hesab olunur. Əhalisinin sayına görə Avropanın 8 ən iri şəhərindən biridir. Macarıstanın paytaxtı zəngin tarix, mədəniyyət və əyləncə təklif edir. Mədəniyyət, əyləncə və rahatlıq bir yerdə arayırsınızsa onda Budapeşt sizin üçündür. Spa, akva park və müalicə şəraiti bu gözəl Avropa şəhərini əsl istirahət yerinə çevirir.

Avropanın mərkəzi


Ardı →
 

Yer üzündə cənnət

  • Turizm
Taylandın ən çox turist cəlb edən adalar qrupundan “Kho Phi Phi Lee” də “Maya” qumluğu cənnətin yerüzündə əksi kimi təəssürat yaradır. İnsan əli dəyməmiş bu qumluqda özünüzü cənnətdə hiss edə bilərsiniz. 

Leoardo Di Caprionun rol aldığı “Plyaj” filmi “Maya” qumluğunda çəkilib. Bu məkanı görmək üçün ən ideal zaman Noyabr- aprel ayları arasıdır. 

Burada həm də tarixi “Vikinq” mağarası turistlərin çox ziyarət etdiyi məkanlardandır. 

Mövsümdə otellər baha olduğundan, bəziləri çadır qurub ordada yaşayır. 
Ardı →
 

Tibet

  • Turizm
Deyilənlərə görə Tibeti və onun mədəniyyətini başa düşmək üçün mütləq oraya səyahət etmək lazımdır. Amma bu hamıya nəsib olmur. Söhbət səyahətin maddi vəsaitdən asılı olub-olmasından getmir, sadəcə, Tibetə getməkdən ötrü mütləq ora dəvətnamə almaq lazımdır. Onu əldə etmək üçün buddist və ya dindar insan olmağa ehtiyac yoxdur. Dəvətnamə özünü və daxili aləmini tanıyıb dərk etmək istəyənlərə verilir. Tibet sizin üçün maraqlıdır və oraya getmək üçün dəvətnamə aldığınızı hiss edirsinizsə, 
Tibet şəhəri
Uzun illər ərzində Tibet xarici vətəndaşlar üçün qapalı məkan olub. Yalnız 1984-cü ildən sonra Dünyanın Örtüyü adlanan bu məkana səyahət etmək imkanı yaranıb. Tibetin ərazisinə yalnız Çin hökumətinin nəzarəti altında turistik qrupların tərkibində daxil olmaq olar. Tibetin paytaxtı Lxasa Nepaldan Tibet yaylasını keçərək dörd gün ərzində cip və ya turistik avtobusla Himalay dağını keçərək bir saat 15 dəqiqə ərzində təyyarə ilə uçmaq olar.

Ardı →
 

Sami

  • Turizm
Norveç-əhalisi ərazisinə görə az,qeyri-bərabər paylanmış,lakin eyni zamanda çox fərqli,onun irsi xəzinəsinin bir hissəsini təşkil edən ölkə.Norveçin əhalisi 4,7 mln.,90%-i norveçlilərdən,digəri isə az sayda immiqrantlardan(isveçlər,almanlar,ingilislər və digər),kvenlərdən,digər milli azlıqlardan və həm Norveçin milli azlığı sayılan,həm dəki yerli əhalisi sayılan Saamilər.
Günəşin və küləyin övladları adlanan Samilər faktiki olaraq 4 ölkənin aborigen əhalisidir.:Norveç,İsveç,Finlandiya,Rusiya.
Sonuncu Buz dövrü ərzində Skandinaviya yarımadasının ərazisi buzla örtülü idi.Təx.10 min il əvvəl sahil ərazilərinin buzları əriməyə başladı.Quşlar,heyvanlar və xüsusən marallar buzlaqlar ətrafında qida tapmağa müvəffəq oldular.Və heyvanların ardınca bu yerlərə insanlar gəldilər.Şimal ərazilərinə gələn insanlar müxtəlif yerlərdən bura köç etmişdilər.Bəziləri Norveç sahillərindən,bəziləri müasir İsveç ərazisində yerləşən Bottenvikendən,digərləri Finlandiya və Rusiya ərazisindən gəlmişdi.Onlar demək olar ki,tamamilə müxtəlif insanlardan ibarət bu gün isə Sami adlanan xalqı əmələ gətirdilər.
Ardı →
 

Cakarta

Kosmopolit şəhər CakartaXVI əsrdə Uzaq Şərq ölkələrinin sərvətləri arxasınca qaçan avropalılar bölgəni kəşf etməklə Cakartanın da taleyini dəyişdilər. Həmin dövrə qədər sadə liman şəhəri olan Cakartaya gələn portuqaliyalı dənizçilər yerli xalqla razılığa gələrək, başda ədviyyat olmaqla, ticarət malları üzərində imtiyaz əldə etdilər. Hər iki tərəfin də taleyini dəyişən bu anlaşma xatirə daşı ilə əbədiləşdirildi. Vaxt ötdükcə yerin altına girən bu daş 1918-ci ildə yenidən işıq üzü görərək, şəhər tarixinin önəmli rəmzlərindən birinə çevrildi.

Portuqaliyalılardan sonra İndoneziyanın milli qəhramanı Fatahillah tərəfindən ələ keçirilən bölgə “Böyük zəfər” mənasını verən “Jayakarta” adlanmağa başladı. Daha sonra ingilis və hollandların hakimiyyət uğrunda mübarizə səhnəsinə çevrilən Cakarta İkinci Dünya müharibəsindən sonra müstəqilliyini elan edən İndoneziyanın paytaxtına çevrilərək sabitliyə qovuşdu. Müasir Cakarta Asiyadakı ticarət yollarının kəsişməsində yerləşən təbii limanı ilə “kəşflər erası” deyilən müstəmləkəçilik dövrünün ekzotik atmosferini yeniliklərlə birləşdirən kosmopolit şəhərdir.


Ardı →
 

Tarixi İznik

  • Turizm
İznikİznik! Türk tarixində böyük rolu olan bu şəhəri insan qürur və böyük heyranlıqla dolaşır. Səlcuq dövlətinin paytaxtı olmuş İznik Anadoluda ilk Türk paytaxtı kimi öz əzəmətini bu gün də qoruyub saxlayır. «Üləma Yuvası» (Alimlər Diyarı) adlandırılan İznikə Türkiyənin məşhur həkim və alimlərindən biri, professor doktor İbrahim Yıldırım və onun həyat yoldaşı Fiqən xanımın dəvəti ilə getmişdim. Bu gözəl şəhəri, ailələri uzun illər öncə Türkiyəyə köç edən iki nüfuzlu Azərbaycan türkünün ailə üzvləri ilə birlikdə gəzməyim mənə xüsusi ləzzət verdi. Türklərin tarixini dərindən bilən İbrahim bəy və Fiqən xanım, İzniklə bağlı bəlkə ən yaxşı bələdçidən də yaxşı məlumatlıdırlar və bu, mənə gözəl İzniki daha geniş tanımaq imkanı verdi.
Doktor İbrahim Yıldırım əslən Qazax rayonundadır. Həkim babası adı aləmə ün salmış Qaçaq Kərəmin yaralandığı zaman onu gizlətdiyi və müalicə etdiyi üçün çar Rusiyasının qəzəbinə tuş gəlmiş və sürgünə göndərilmişdi. Sürgündən döndükdən sonra isə ailəsini gözləyən təhlükə və təzyiqlərdən qurtulmaq üçün Türkiyəyə, Amasiya bölgəsinə köçüblər.
Ardı →
 

San-Marino | Çox kiçik və qeyri-adi ölkə

Ümumi məlumat
San-Marino İtaliya ərazisində yerləşən balaca müstəqil respublikadır. Onun 31 mindən çox əhalisi və 10 böyük şəhəri var. Ölkə ərazisinə görə çox kiçik olsa da, qeyri-adiliyi ilə turistləri heyran edir. Paytaxtı San-Marino şəhəridir. Dövlət dili italyan dili, dini isə əsasən katolikdir. San-Marino Avropanın ən qədim ölkələrindən biri hesab olunur. Ərazisi doqquz vilayətə bölünür ki, bunlar da kastelli adlanır. Kastelli italyan dilindən tərcümədə qala deməkdir. Ölkənin ümumi sahəsi 60, 57 kvadrat kilometrdir. San-Marino paytaxt olsa da, respublikanın ən böyük şəhəri Serravalledir. Hər il sentyabrın 3-də San-Marinonun sakinləri Müqəddəs Marinonun bayramını və Respublikanın yaranma gününü qeyd edirlər. Əhali qonaqpərvərliyi ilə seçilir və hər zaman turistləri gülərüzlə qarşılayır. 

Ardı →
 

Ən yaxşı turistlər

  • Turizm

Xaricdə istirahət etməyə gedərkən çox vaxt həmvətənlərimiz orada ətrafdakılara necə təsir bağışlaya biləcəklərinə diqqət yetirmirlər. Halbuki hər bir xalqın onlara qonaq gəlmiş xaricilər haqqında öz şəxsi fikri var.

Yəqin ki, turistlər haqqında ən çox hotel sahibləri danışa bilərlər. Seçim meyarları olaraq qonaqların davranışı, dəqiqliyi, xəsisliyi və ya əliaçıqlığı, eleqantlıq və bir çox başqa xüsusiyyətləri çıxış etmişdir. Qonaqların yerli dili öyrənmək və yerli mətbəxi dadmaq həvəsi də bu meyarlara aid edilmişdir. Ümumilikdə dünya üzrə 4000 menecer və hotel sahibi arasında sorğu keçirilmişdir.


Ardı →
 

Bora Bora adası

  • Turizm

Dünyada məşhur olan bu ada öz əsrarəngiz gözəlliyi ilə seçilir. Hələ 60-cı illərdə bu ada dünyanın ən gözəl adası adlandırılmışdı. Hələ də heç kəs daha yaxşısını tapa bilməyib.

Sakit okeanın incisi, Fransa Polineziyasının ən ekzotik kurortu – Bora Bora – Taitidən 240 km şimal-qərbdə yerləşir. Ada sanki həmail imiş kimi rəngbərəng göllərin, kiçik adaların əhatəsində yerləşir. Adanın əhalisi 4000 nəfərdən bir az çoxdur.

Adanın mərkəzində 2 qara pik yerləşir, ada özü də sönmüş vulkandan ibarətdir. Adanın ətrafında qumlu çimərliklərə malik azsulu göllər və Polineziya kəndləri yerləşir.


Ardı →
 

Bali adası

Bali adası İndoneziyanın 27 əyalətindən biridir və 8 inzibati ərazi idarəetmə dairəsinə bölünüb. Adada turistlərin diqqətini ən çox cəlb edən onun başdan-başa yaşıllığa qərq olmasıdır. Kənardan baxanda Bali adası dənizə sərilən yaşıl xalını xatırladır. Dənizin suları göz yaşı kimi dumdurudur. Üstəlik, çimərlik boyu müasir kurort obyektləri, istirahət mərkəzləri, parklar, əyləncə zonaları turistlərin min bir gecə nağıllarındakı kimi dincəlməsini təmin edərək, onlara ən yüksək səviyyədə xidmət göstərir.


Dünyanın ən gözəl və əsrarəngiz məkanlarından olan Bali adası hər il yüz minlərlə turistin sevə-sevə istirahət etdiyi ən səfalı kurort mərkəzi kimi məşhurdur. Malay arxipelaqına daxil olan, Yava və Lombok adaları arasında yerləşən Balinin ərazisi 5561 kvadratkilometrdir. Adada hündürlüyü 3142 metr olan Aqunq vulkanı yerləşir. Müəyyən fasilələrlə püskürən bu vulkanın ətrafı sanki Mars planetini xatırladır və ona görə də turistlərin diqqətini daim özünə cəlb edir.


Ardı →