Reytinq
37.57
səs: 12

Bloq haqda

Əsədulla Əliyevin «Müvəffqəiyyətə gedən yol» adlı fərdi inkişaf kitabı əsasında.

Necə uğur qazanmaq,necə müvəffəqiyyət əldə etmək,necə karyera qurmaq,necə varlı olmaq,necə zəngin olmaq,necə hər bir işdə uğur və başarılar qazanmaq suallarının cavabı

administratorlar (1)

moderatorlar (0)

moderator yoxdur

Oxucular (24)

Cavid Boz Arzu ayxansevda XUSER luminat MaksiMuS Ruqiş ORIGINAL Nurane Shahbazova Qiyasli Nailə Qasarayeva Xrizoberil yravil kulturoloq Aristotel AykaJackson Abdulyar Kinosunas Aysel218

Все читатели блога

Bir saatını ala bilərəm, ata...

Ata gərgin iş günündən sonra evə gəlir. Qapıda onu azyaşlı oğlu qarşıladı.

-          Ata, bir saatda nə qədər pul qazanırsan?

Yorğun ata: — Bu sənin işin deyil – deyə cavab verdi.

-          Ata, lütfən bilmək istəyirəm.



Ardı

Özünü kiçik görmə

Bəzən yaş amili, bəzən də qabiliyyətləriniz nöqteyi-nəzərdən özünüzü qiymətləndirər, bacaracağınız işlər haqda yanlış qənaətə gələrsiniz. Fəaliyyət göstərmək istədiyiniz sahədə sizdən yaşca böyük insanlar mövcuddur. Ya da iş həyatına atılan insanların ortalama yaşı sizin yaşınızın çox üstündədir. Müvəffəq olmaq üçün aylara, aylardan mürəkkəb illərə ehtiyacınız var. Yanlış qəbullanma… Düşüncələrinizi öz inamla yoğurub, çalışmalarınızla canlılıq qazandırdıqdan sonra müvəffəq olmaq üçün tələb edilən mütləq yaş həddindən söz gedə bilməz. Tarixin hər səhnəsi bunu təsdiqləyəcək örnəklərlə doludur.
• Şah İsmayıl Xətai Səfəvi dövlətini qurarkən 13 yaşında idi.
• Napoleon Bonapart İtaliyanı 27 yaşında işğal etmişdi.
• Fateh Sultan Məhməd Bizans imperiyasının paytaxtı Konstantinopolu fəth edərkən 21 yaşında idi.
• Uilliam Pitt 24 yaşında İngiltərənin baş naziri olmuşdu.
• Motsartın konsert verməyə başladığında 6 yaşı var idi.



Ardı

Utanma

Millət olaraq utanma duyğusu genlərimizə qədər işləmişdir. Bu, millətimizə xas nəcibliyin əlamətidir. Bununla belə, hər duyğunun yerində və tələb edildiyi şəkildə istifadəsi zəruridir. Məsələn, mərhəmət duyğusu. Canavara qarşı mərhəmət göstərmək, onun iştahanı açar, sonra da dişinin kirayəsini istədər. Azğına mərhəmət onu daha da azğınlaşdırar və başqasına təcavüzə təşviq edər. Əli qanlı, üzü qanlı, könlü qanlıya mərhəmət bütün məzlumlara göstərilən qorxunc mərhəmətsizliyə çevrilər. Halbuki mərhəmət varlığın ilk mayasıdır. Onsuz hər şey bulamac və xaosdur. Hər şey mərhəmətlə var olar və mərhəmətlə varlığını sürdürər. Utanma duyğusu da belədir. Yerində işlədilərkən abı-həyat bəxş edən bir iksir kimi, sui-istifadə edilərkən isə düşüncələrimizi ölümə götürən zəhər kimidir.



Ardı

Ətraf mühitin təsiri

Fərdin xarakterinin formalaşmasında ətraf mühitin rolu böyükdür. Belə ki, fərdin duyğu və düşüncələri ətraf mühit potasından süzüldükdən sonra öz nəhayət təşəkkülünü tapmaqdadır. Nəzər yetirsək, mütəmadi olaraq təhqir edilən insanlarda ümidsizliyin və öz güvən yoxluğunun şahidi olarıq və ya əksinə. Bu, birmənalı olaraq insanların böyük əksəriyyətinin həyat arenasında ətraf mühitin tələb etdiyi rolu ifa etdiyini göstərir.



Ardı

5. Əngəllərlə mübarizə

Paroxodlar yelkənli qayıqları dənizdən qovdular,
çünki onlar külək olsa da, olmasa da hərəkət edirlər.
Herbert N. Kasson


Uşaqlıq dövrləri iztirabla keçmişdi. Yoxluq, dərd, qəm, kədər sanki onu təqib edirdi. İçki düşkünü atanın yanında böyümüşdü. Hələ kiçik yaşlarından döyülür, vurulur, pul qazanmağa məcbur edilirdi. Atılan hər addımı əngəl dənizinin sahilinə varırdı. Lakin o, bütün bunlara sinə gərir, bir qəhrəman ədası ilə mübarizə aparırdı.
Çox keçmədən adı əfsanə olmuşdu. Milyonları sənətinə heyran buraxan Lyudviq van Bethoven. Qət etdiyi məsafələrə, ram etdiyi əngəllərə baxaraq «Bir neçə milçəyin sancması qaçmağa əzm etmiş atı dayandıra bilməz», — deyirdi. Bunları dilə gətirərkən isə baş verəcək böyük fəlakətdən xəbərsiz idi.



Ardı
  • +24
  • 29 oktyabr 2010, 03:44
  • Cavid

4.2. Əzmlə çalışmaq

Sizə müvəffəqiyyətin ən böyük sirrini açıqlayıram: İsrar etmək! Hədəflərinizə doğru irəliləyərkən inamınızı artıracaq bundan daha güclü yol bilmirəm. Polşa milli qəhrəmanı Marşal Yozef Pilsudskinin tərif etdiyi kimi «Məğlub olmaq, ancaq əsla təslim olmamaq… Zəfər budur» ədası ilə fiasko ilə nəticələnən hər həmlənin sonunda yenidən inamla yolunu davam etdirmə, gündüzlərin eşqinə gecələrə sinə gərmə, şərtlər necə olursa, olsun, vəziyyət nə tələb edirsə-etsin, dayanma bilmədən israr etmə...
Konfutsinin bir sözü var: "Ən böyük müvəffəqiyyət yıxılmamaq deyil, yıxıldıqdan sonra yenidən dirçəlməkdir". Baxın insanlara, çoxunun ilk uğursuzluqda vaz keçdiyini görəcəksiniz. «Quru Məmulatlar üzrə Milli Pərakəndə Satış Assosiasiyası”nın (National Retail Dry Goods Association) apardığı bir araşdırmaya görə satıcıların 42%-i ilk, 25%-i ikinci, 15%-i isə üçüncü həmlələrindən sonra vaz keçirlər. Sadəcə geriyə qalan 12%-lik qisim israrla işlərini davam etdirir və bütün satışların 80%-ni həyata keçirirlər.

Ardı

4.1. İnanmaq və əzmlə çalışmaq

Ağıllı və oyanıq olun, sizi ümidsizliyə götürən
hadisələr səadətə də götürə bilər.

Delaunay


Makedoniyalı İsgəndər imperator olduğu zaman atadan qalma bütün mirasını yaxınlarına bağışlamış, "Özünə nə saxladın?" — deyə soruşanlara da ümid adlı ən böyük varlığı cavabını vermişdi. Pay olaraq seçdiyi ümidi və əzmi sayəsində böyük əraziləri ələ keçirmiş, bir güruh insanın tanıdığı İsgəndər ikən, milyonların İsgəndəri olmuşdu.
Makedoniyalı İsgəndər bu sərvətə necə nail olmuşdu? Müvəffəqiyyətinin təməlində nə sirr yatırdı? Hansı ümid ona bu uğuru bəxş etmişdi? Və nə səbəbdən o, fizioloji olaraq onunla eyni xüsusiyyəti daşıyan milyonlarla insandan fərqli olmuşdu?



Ardı

3. Hədəf müəyyənləşdirmək

Məqsədi və ona çatmaq üçün zəhməti olmadan
heç bir insan yaşaya bilməz.
Fyodor Dostoyevski


Qoca yemir-içmir, böyük çətinliklərə qatlanaraq pul yığır və ev alır. Evi aldığı ilk gün «Evim, sən mənim illərdir çəkdiyim zəhmətin bəhrəsisən. Ömür boyu sənin üçün işləmiş, həyatımı tükətmişəm. Ona görə səndən bir xahişim var. Heç olmasa yıxılmazdan əvvəl məni xəbərdar et ki, ehtiyatımı görə bilim», — deyə səslənir. Evdən isə heç səs çıxmır, qoca da bunu razılaşmanın ifadəsi olaraq anlayır. Bu anlaşmanın üstündən bir il keçir. Bir gün pəncərə tərəfdəki divar çatlayır, qoca mala ilə ora sement vurur. Sonra qapı tərəfdəki divar çatlayır, qoca oraya da sement vurur. Bir müddət sonra başqa bir yer, qoca oranı da təmir edir.



Ardı

2. Xəyal qurmaq

Ən böyük işlər böyük xəyallar qurma
xüsusiyyəti olan insanlar tərəfindən həyata keçirilmişdir.
Uilliam Russell


Xəyal hər hansı vəziyyət və ya hadisəni zehnidə canlandırma deməkdir. Xəyal qurmaq müvəffəqiyyət və fərdi inkişafın ayrılmaz tərkib hissəsidir.
Həyatda düşüncə hərəkətdən öncə gəlir. Reallaşdırılması planlanan bütün layihələr əvvəlcə zehində canlandırılır, daha sonra tətbiq olunur. Məsələn, televizor ixtira etmə fikri əvvəlcə xəyal edilmiş, sonra praktikada tətbiq olunmuşdur. Fateh Sultan Məhməd İstanbulu fəth etməyin əvvəl xəyalını qurmuş, daha sonra düşüncələrini həyata keçirmişdir. Yenə telefonun ixtirası, kompüterin ixtirası əvvəl zehnidə canlandırılmış, sonra praktikada tətbiq olunmuşdur.



Ardı

1. addım-Özünü kəşf etmək

Özünü tanımayan insanlar öz
həbsxanalarını inşa edən məhkumlar kimidir.
Con U.Qardner


Sirakuza kralı Giyeron onun üçün qızıl tac düzəldən zərgərin taca gümüş qatması mövzusunda şübhəyə düşür və məsələni aydınlaşdırmağı o dövrün ən məşhur alimlərindən biri olan Arximedə tapşırır. Arximed gecəsini gündüzünə qatır və hər an bu məsələni düşünür. Taca zərər vermədən ona gümüş qatılıb-qatılmamasını öyrənmək istəyi artıq Arximed üçün vazkeçilməz duyğu halına gəlir.
Bir gün çimərkən Arximedin ağlına bir fikir gəlir. Suyun qaldırma qüvvəti sayəsində taca gümüş qatılıb-qatılmamasını öyrənmə fikri. Kəşfinin həyacanıyla çıl-çılpaq küçəyə çıxaraq qışqırmağa başlayır:
— Evrika, Evrika! Tapdım! Kəşf etdim!
Ya sizin bir kəşfiniz yoxdurmu? Hər il minlərlə kəşf olunarkən siz sadəcə tamaşaçımı qalacaqsınız? Bəlkə kəşf etməyi düşünməmisiniz? Ola bilsin, bu mövzuda heç də fikirləşməmisiniz? Bəlkə nəyi fikirləşəcəyiniz sizə məlum deyil? Ya edə biləcəyiniz ən böyük kəşfdən xəbəriniz varmı?
Bir az sonra oxuyacağınız sətirlər sizi ən böyük kəşfinizlə tanışlığa çıxaracaq. Amma əvvəlcə ABŞ Templ Universitetinin qurucusu Dr. Russel H. Convelin qələmə aldığı «Almaz ərazisi» hekayəsi.



Ardı