Рейтинг
+54.40

Müvəffəqiyyətə gedən yol

63 üzv, 33 topik

Yeni günə daha xoşbəxt və güclü bir şəkildə başlamaq üçün 7 təsirli üsul | Uğurlu Günün sirləri


# 1: Tez  Yat, Tez  Oyan

Günə pozitiiv və enerjili bir şəkildə başlamaq üçün edə biləcəyiniz ilk və əsas addım məhz budur. Atalarımız tez duranların qabağa düşdüyünü deyəndə haqlı idilər. Bundan əlavə, yalnız erkən qalxmaq deyil, həm də vaxtında yatmaq da çox vacibdir. Günə daha xoşbəxt və sağlam başlamaq istəyirsinizsə, hər gün eyni saatda yatıb oyanmağı vərdiş halına çevirin.

 Ancaq yuxu saatı insanın yaşından və bioloji xüsusiyyətlərindən asılı olaraq da dəyişə bilir. Kiminə günlük 5-6 saat kifayət edərkən, kiminə də 7 saat belə az gəlir. Öz bədəniniz tanıyıb ona görə tənzimləməkdə fayda var.

# 2: Günə 1 stəkan saf su ilə başlayın

Təxminən 7-8 saat sizinlə yatmış və susuz qalmış bədəni, onun maddələr mübadiləsini oyatmağın ən yaxşı yolu günə bir stəkan su ilə başlamaqdır. İstər isti, istərsə də soyuq olsun, günə 1 stəkan su ilə başlamaq maddələr mübadiləsini oyadacaqdır.

Bir daha xatırladaq ki, bədən və beyninizin 70%-dən çoxu sudan ibarətdir.

Bonus: Bağırsaq probleminiz varsa, səhərlər 2 quru gavalı və 1 stəkan ilıq su bütün gününüzü yaxşılaşdıracaq.

 


Davamı →

Daha Uğurlu bir həyat üçün 11 qızıl məsləhət

 Uğurlu olmaq hər bir insanın istədiyi bir arzudur. Ancaq uğur qazanmaq bildiyiniz kimi heç də asan deyil. Asan olsaydı hər kəs edərdi. Hər kəs edə bilsəyi, bəlkə də gözümüzdə bu qədər dəyərli və böyük olmazdı.

Çox vaxt insanlar özlərinə bu sualları verirlər:

Niyə uğursuzam… Niyə işlərim bir şey yolunda getmir… Həyatda nə vaxt uğurlu olacam...

Bütün bu səbəbləri və sualları atıb özünüzə dönün və dəyişikliyi edin. Çünki uğurun sirri faydalı vərdişlər qazanmaq və pozitiv dəyişiklikləri etməkdədir.


Davamı →

Həyatınızı daha yaxşıya doğru dəyişmək üçün 10 faydalı vərdiş


Həyatınızın daha yaxşıya  doğru dəyişmək istəyirsinizsə, bəzi sadə vərdişlər sizin köməyinizə çatacaqdır. Sizin üçün həyatınızı dəyişə biləcək 10 faydalı vərdişi bir araya topladıq. Budur həyatı dəyişəcək 10 vərdiş!

Əgər yaşadığınız həyatda olduqca qeyri-sabit, səliqəsiz və heç bir səy göstərməyən bir insansınızsa,, sizin  üçün dəyişiklik etmək və inkişafa doğru addımlamaq . Əgər belə bir həyat yaşamaq istəmirsinizsə, sadə vərdişlər əldə etməklə başlaya bilərsiniz.


Davamı →

Uğurlu insanların xüsusiyyətləri | Uğurlu olmaq üçün nə etməli?

Hamımızın həyatda gerçək olmasını arzuladığı bir xəyalı vardır. Təəssüf ki, bəzilərimiz xəyallarımızı həyata keçirməkdə çətinlik çəkirik. Bəs, arzularını gerçəkləşdirən və xəyallarına gedən yolda daha inamlı addımlar atan uğurlu insanların xüsusiyyətlərinə nələrdir?Bu məqalədə bunu öyrənmiş olacağıq.

Uğurlu insanların ortaq xüsusiyyətləri  xəyal və arzularınızı həyata keçirmək üçün sizə yol göstərə bilər! Uğurlu insanların əsas sirləri bunlardır:


Davamı →

Yaradıcılığınla seçil

Yaradıcı insanlar hər kəs üçün maraqlıdır. O insanların günlük rejimi, xarakteri, prinsipləri, kreativliyi, fikirləri… bir sözlə, təpədən dırnağa kimi.
İnsan anadangəlmə yaradıcı ola bilməz. Bəs biz bu xüsusiyyəti özümüzdə necə inkişaf etdirə bilərik? Bu problemin cavabını axtardıq,araşdırdıq və 8 əsas maddəni yığdıq:
1 — Ehtiyacdan Başlayın!
Dəyişməyən düzgün: Ehtiyac!
Məhsul və ya markadır. İstehlakçı və ya istehsalçıdir. Söhbət nədən gedirsə getsin, ehtiyacı dəqiq olaraq ortaya qoymaq lazımdır. Düzgün hədəf kütləsi, düzgün strategiya deməkdir. Düzgün hədəf kütləsini təsbit edə bilmək üçün isə ehtiyacın müəyyənləşdirilməsi lazımdır.
Davamı →

Amerikanın ən uğurlu səhmdarlarından birinə çevrilən tennis oyunçusu buna necə nail olub?

Keçmiş tennis oyunçusu Orlando Bravo iki dəfə startaplara uğursuz yatırımdan sonra başa düşür ki, yüksək ixtisaslı şirkətlərə sərmayə qoymaq lazımdır. Orada risklər azdır. Strategiya öz nəticələrini verir. Hal-hazırda onun şirkəti Wall Street-də ən çox tələb olunanlardan biridir, 39 mlrd. dollarlıq aktivlərə malikdir, Bravo özü isə milyarderdir.
1985-ci ildə, 15 yaşı olanda o, Mayaquesadan Brandentona gəlir və orada öz ciddi rejimi ilə tanınan tennis akademiyasına daxil olur.
Davamı →

Google vitse-prezidentinin uğur prinispləri

Diane Greene 2015-ci ildən Google şirkətinin sahə biznesini idarə edir. Bu zaçan nəhəng IT şirkəti onun Bebop Technologies startapını 380 milyon dollara əldə etmişdi. O özünün bütün payını, yəni 149 milyon doları xeyriyyə məqsədilə xərclədi. Lakin Greene məşhurluq və nüfuzu 2008-ci ildə tərk etdiyi Vmware şirkətində icraçı direktor vəzifəsində çalışdığı zaman əldə etmişdi.

Diane Silikon vadisində işləməyə başlamadan əvvəl bir neçə vəzifə dəyişmişdir. Belə ki, o gəmilərin və neft buruqlarının dizaynı ilə məşğul olmuş, mühəndislik windsurfing şirkətində mühəndislik şöbəsinə rəhbərlik etmişdir.

Diane uğurlu karyeranı necə qurmalı olduğumuz haqqında Business Insider nəşrinə danışmışdır. Onun sözlərinə görə, əsas olan maraq oyadan və məmnuniyyəti qoruyan işlə məşğul olmaq lazımdır.
Davamı →

Yarımçıq yaşayanlar üçün həyat qısadır

Beyninizdə bir ideya yarandı. Birdən-birə oldu. Heç gözləmirdiniz. Nəsə eləmək istədiniz. Nəsə yazmaq və ya nəsə çəkmək istədiniz. İş toplantısında nəsə demək istədiniz. Ani baş verən qığılcım sizin daxilinizi hərəkətə gətirdi. Super həyəcan yarandı. Hər dəfə etdiyiniz kimi bu dəfə də etmədiniz. İdeyanı tam düşünmədiniz. Yazmadınız. Çəkmədiniz. Demək istədiyinizi demədiniz. Gün keçdi. Günlər keçdi. İllər keçdi. Hər şey keçdi. Getdi. Əlinizdə olan əbədiyyən yaşamaq fürsəti əlinizdən qum dənəsi kimi sürüşüb yaxasını qurtardı.
Davamı →

Zəkanı, yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu

Öz bacarıqlarını genişləndirmək üçün heç də başını keçəl qırxdıraraq Tibetin şəhər kənarında monax olmaq və ya şübhəli özünü təkmilləşdirmə kursuna yazılmaq mütləq deyil. Məsələn, əldə adicə balaca xatırlatma işarələri qoymaq yaddaş texnikasının daha məhsuldar növüdür.  
Yaddaşın, müşahidə qabiliyyətinin, məntiqin və təxəyyül qabiliyyətinin inkişafı üçün sizə bir neçə faydalı məşq üsulu təqdim edirik. Bu kiçik məşqləri digər işlərdən ayrılmadan da həyata keçirmək olar.
Davamı →

Uğur qazandıran vərdişlər

1.    İdeyalarınız üçün inbox sistemindən istifadə edin. Çox vacibdir ki, sizə hər hansı ideya gəldikcə onları harasa qeyd edəsiniz. Bunun üçün hər hansı proqram təminatı (misal üçün Evernote) və ya e:mail ünvanından və ya lap sadə Word faylından istifadə edə bilərsiniz.

2.    Prioritetlərinizi müəyyən edin.  Çalışın hər  dəfə işləbaşlamazdan əvvəl işləri prioritet, vaciblik əmsalına görə düzənləyin.

3.    Səhər tez durun.  Bu tip qrafik sizə daha çox işlərinizi daha açıq beyinlə görmək imkanı yaradacaq.

4.    E:mail ünvanınızı gündə 2 dəfə yoxlayın.  Son zamanlar artıq çoxunda elektron poçtun 10 dəqiqədən bir yoxlaması artıq vərdiş halını alıb – bundan uzaq olmağa çalışın.

5.    Vacib olmayan işləri iş siyahınızdan çıxarın.  Bu tip xırda işlər sizin gününüzün böyük bir hissəsini boşuna apara bilər.

Ardı →