Saçım tökülür, nə edim?

Getdikcə saçtökülmə hallarına daha çox rast gəlinir. Bu da müxtəlif obyektiv və subyektiv səbəblərlə bağlıdır. Düzgün və vaxtında qidalanmamaq, vitamin baxımından zəif olan yeməklər yemək, stress, yorğunluq, əsəbilik, cürbəcür xəstəliklərin müalicəsində istifadə edilən dərman preparatları, hamiləlik dövrü, başın dərisinə yoluxan infeksion xəstəliklər, mövsümi və hormonal dəyişikliklər, mikroblar, zəhərlənmələr və s. bütün bunlar saç tökülməsinə səbəb olan əsas amillərdir. Ona görə saçın tökülməsinin qarşısını almaq üçün düzgün qidalanma əsas şərtdir.
Saçlar əsasən kökündən qan vasitəsilə qidalanır. Həm də yadda saxlamaq lazımdır ki, saç tökülməsinin əsas səbəbi ətraf mühitdən çox, daxili xəstəliklərdir. Tərkibində mis, sink olan vitaminli qidalar, xüsusən də meyvə-tərəvəz saç tökülməsinin qarşısını alır. Və bir də çalışın ki, saçınıza düşən, daha doğrusu, tüktökməyən şampun və kremlərdən istifadə edəsiniz. Unutmayın ki, saçınızın vitaminlərə, mineral və proteinlərə daha çox ehtiyacı var. Bir də ki saçın əsas maddəsi kreatindir. Ümumiyyətlə, sağlam və parlaq saçlara sahib olmaq istəyirsinizsə, bir qaydanı sizə xatırladırıq: Saçınız üçün lazım olan qida növləri saça yalnız qan yolu ilə çatır. Buna görə də şampun və kremlərlə yanaşı, tərkibi saçı möhkəmləndirən elementlərlə zəngin olan meyvə-tərəvəzlərdən istifadə edin, həmçinin stress və əsəbilikdən uzaq olun.

Bunları bilirsinizmi?..

    Bir insanda saç tükünün sayı 100.000-150.000-dir.
    Bir saç tükünün qalınlığı: 200/kv.sm.
    Bir saç tükünün aylıq uzanması: 1 sm.
    Bir saç tükünün gündəlik uzanması: 20-30 mm.
    Gündə tökülən saç tükünün sayı 50-100-dür.

Mənbə; Zaman qəzeti
 

0 şərh