Saç tökülməsinin müalicəsi

Bəzi hallarda, heç bir müalicə olmadan saç yenidən çıxa bilər. Müalicələr isə saçın tökülməsini yavaşladır, yada yeni saç tellərinin böyüməsi ilə təsir göstərir. Əgər saç tökülməsi hansısa xəstəliyin simptomudursa, onda o xəstəliyin müalicə ilə saç tökülməsinin qarşısı alına bilər.
Amerikada saç tökülməsinin müalicəsi üçün rəsmən 2 dərman nəzərdə tutulub.

Monoksidil (Roqain) – rahatca əldə oluna bilinən bu dərman gündəlik iki dəfə baş dərisinə sürtülür. Bu dərman saçın tökülməsini yavaşladır, və/yada yeni saç tellərinin böyüməsini təşviq eləmək ilə təsir göstərir. 2% və 5%-lik məhlul şəkilində satılır. Bəzən, arzuolunmaz effektləri var, məsələn, baş dərisinin qıcıqlanması və üzə artıq tük çıxması.

Finasterid (Propesia) – bu həkim tərəfindən verilən dərman tabletka şəkilində gündəlik kişilər tərəfindən qəbul olunur. Bu dərman da saçın tökülməsini yavaşladır, yada yeni saç tellərinin böyüməsini təşviq eləmək ilə təsir göstərir. Bəzən, bu dərmanın da arzuolunmaz effektləri var, məsələn, seksual fəallığın azalması, və bəlkə, prostat xərçənginin riskini artırır.

Cərrahiyə
Həmişəlik saç tökülməsi adətən başın təpəsinə təsir göstərir. Bu vəziyyətdə, cərrahiyə geriyə qalan saçlarla, ən uğurlu nəticə verən müalicə variantdır. Amma cərrahiyə ən bahalı variantdır və infeksiya, yaralanmaya səbəb ola bilər.
Saç teli transplantasiyası. Bu cərrahi prosedurla, bir neçə saç teli olan baş dərisi keçəl olan baş nöqtələrinə transplantasiya olunur. Əgər saç tökülməsi genetikdirsə, onda bir neçə dəfə transplantasiya prosedurlarına ehtiyacınız olacaqdır, çünki, vaxt keçdikcə saçlar da azalır.
Keçəl nöqtələrin azaldılması. Bu cərrahi prosedurda keçəl dəri başdan götürülür, və bunun yerini saçlı dəri ilə əvəz olunur.

Pariklər
Əgər müalicəyə müsbət cavab vermirsinizsə, parik geyinmək ən axırıncı variantdır. Keyfiyyətli, təbii-görünən pariklər mövcüddur.

 

0 şərh