Unuda bilmirəm

Unuda bilmirəm, unutmam səni,
Heç kimə dəyişməm sənin sevgini,
Unutmaq asansa sən unut məni
Getdiyin o gündən səni gəzirəm...

Müəllif barədə fikirlərinizi gözləyirəm...Kim ola bilər?
 

10 şərh

HTML
Ədəbiyyatı yaxşı bilən bir adam kimi deyə bilərəm ki,şer Şekspirindir)))
Arzt
Hələ səbr edək...Başqa cavabları gözləyirəm.Oxuyanlar xahiş edirəm fikrini bildirsin.
nərgiz
Nüsrət Kəsəmənli.
Zərrə
Kompyuteri təzəcə açdım, bir dostumdan bu gunlərdə köçürtdüyüm musiqilərdən birini dinləyim dedim, musiqiyə qulaq asa- asa başladım yazıları oxumağa,bir də gördüm ki :)...dinlədiyimlə oxuduğum təqribən eyni sözlərdir. Mahnı türkcə olduğu üçün sözlərini olduğu kimi yazıram.

«Gözlerimde yaş, kalbimde sızı
Unutmadım seni
Unutamadım, unutamadım
Ne olur anla beni

Unutmak kolay demişdin
Alışırsın demişdin
Öyleyse sen unut beni
Yeter ki benden isteme...»

Sözlər Barış Mançoya aiddir. Amma teessüf ki, Arzt, yuxarıdakı şerin müəllifini bilmirəm, hər halda Barış Manço deyil.

bankir
Adamın Zərrə kimi şərh yazanı ola:-) hər kommenti bir post boyda:-)
Arzt
Zərrə, müəllif elə də məhşur deyil...Amma Barış Manço deyil.
Arzt
Əslinə qalsa şeirin müəllifi özüməm.Bunu hec kimin tapa bilməyəcəyini düşünmşmişdim.Fikrini bildirən hər kəsə təşəkkür.
2ral
Bir bəndlə şeir olmaz. Qalanını da yerləşdir. Çox xoşuma gəldi. Saytımızın şairi də olmalıdır:)
papatürk
Arzt, çalışsan məlik-üş-şüəra ola bilərsən:)
Arzt
Yerləşdirərəm.Bu da bir bənd.

Yenə ay isığı düşür üzümə,
Həsrətin qəmidir dolu qəlbimə,
Hər axşam sənsizəm dediyim zaman
Sənli o günlərim canlanır yenə…