Рейтинг
+48.38

Azərbaycan dili

42 üzv, 149 topik

Nitqin əsas keyfiyyətləri

NİTQİN  DÜZGÜNLÜYÜ. Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni formaca və məzmunca düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır.

Düzgün nitq qarşılıqlı anlamanın açarıdır. Nitqin düzgünlüyü onun qarşılıqlı anlaşılmasını, birliyini təmin edir. Nitqin bu keyfiyyəti olmasa, nitq ünsiyyətinin dəqiqlik, məntiqlilik, uyarlıq kimi kommunikativ keyfiyyətləri pozular. Düzgün nitq həmişə ədəbi dil normaları çərçivəsində fəaliyyət göstərir. Nitqin düzgünlüyü nitq-dil əlaqəsi əsasında anlaşılır.


Davamı →

Nitq mədəniyyətinin məqsəd və vəzifələri

Nitq mədəniyyəti Azərbaycan dilinin qayda-qanunlarını, incəliklərini, özünəməxsus xüsusiyyətlərini öyrənmək üçün zəmin yaradır. Nitq mədəniyyəti mədəni davranmağı və nitq vərdişlərini öyrədir. Ona görə də hər bir şəxs nitqini qurarkən səslərin düzgün tələffüzünü, vurğunun, intonasiyanın işlənmə qaydalarını bilməlidir. Bu fənn tələbələrin istər yazılı, istərsə də şifahi nitqinin inkişafı üçün yollar, perspektivlər açır.

Nitq mədəniyyəti ancaq düzgün danışmaq bacarığı deyil, həm də düzgün yazmaq vərdişləri aşılayır, məlumatları rəvan bir dildə çatdırmaq bacarığına yiyələnməyə imkan verir. Bu fənnin ali məktəblərdə tədris olunmasında əsas məqsəd tələbələrin nitqinin inkişaf etdirilməsindən ibarətdir.


Davamı →

Natiqin əməyi və davranışı

Hər bir natiq nitqini hazırlayarkən qarşısına məqsədlər qoyur. Öz şəxsi təcrübəsindən istifadə edib, nitqini maraq doğuran məsələlər üzərində qurmağa çalışır. Belə ki, o, natiqlik sənətinin prinsiplərinə riayət etməlidir. Odur ki, natiq nitqini hazırlayarkən aşağıdakı prinsiplərə əməl etməlidir:

  1. Nitqin məzmunu
  2. Nitqin forması
  3. Məzmun ilə formanın vəhdəti
  4. Məzmunun aydınlaşdırılmasında ənənəvi formalardan düzgün şəkildə istifadə edilməsi
  5. Nitqin kompoziyasının qurulması
  6. Ədəbi dilin normalarına əməl edilməsi
  7. Nitqin sadə, yığcam olmasının təmin edilməsi
  8. Nitqin ideyasının dinləyicilərə çatdırılması
  9. Üslub

Davamı →

Üslubiyyat

Dilin üslublarını öyrənən elmə üslubiyyat deyilir. Üslu-biyyatın əsas vahidi üslubdur. Üslub üslubiyyatdan geniş anlayışdır. «Üslub» dedikdə dil vasitələrindən məqsədyönlü istifadə üsulu, forması nəzərdə tutulur.

Dil vahidlərindən məqsədyönlü istifadə iki baxımdan özünü göstərir: fərdi və ümumi (funksional).


Davamı →

Nitq etiketləri

Hər bir xalqın öz milli təfəkkürünə, etnoqrafiyasına uyğun olaraq, müraciət, görüşmə, ayrılma, təbrik və s. formaları, ifadələri olur ki, onlara nitqetiketləri, yaxud nitqyarlıqları deyilir.

1) Müraciət etiketləri

Xanım! Cənab! Müəllim! Oğlum! Qızım! Əmi! Dayı! A bala! Qardaşoğlu! Bacıoğlu! Qardaş! Əzizim! Qadası! Dərdin alım! Başına dönüm!

Müsahib yaşca böyük olduqda, yaxud ortada tanışlıq olmadıqda ona “siz” deyə müraciət olunur.


Davamı →

Ədəbi dilin normaları

Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normaları əsasında fəaliyyət göstərən formasıdır, yəni xalq dilinin cilalanmış təzahürüdür. Bu cəhətdən ədəbi dil dialektə qarşı durur və ondan fərqlənir. Ədəbi dil bütün üslubların sistemidir.

Ədəbi dilin yazılı və şifahi formaları var.

Müasir Azərbaycan ədəbi dilinin normaları mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Bu cür normalılıq (normativlik) ədəbi dilin nisbi sabitliyindən, əhatəliliyindən və dilin daxili quruluşunu əks etdirməsindən irəli gəlir.


Davamı →

Azərbaycan dilinin quruluşu

Azərbaycan dili azərbaycanlıların ana dilidir. Bu dil respublikamızda 12 noyabr 1995-ci ildə qəbul edilmiş konstitusiyada Azərbaycan dili kimi təsbit olunmuşdur. Konstitusiyanın 21-ci maddəsində yazılır: «Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir».


Davamı →

Vasitəli və vasitəsiz nitq

1. VASİTƏSİZ NİTQ

Başqasının eynilə işlətdiyimiz sözləri vasitəsiz nitq adlanır.

Bu cür cümlələr iki hissədən — müəllifin sözlərindən və vasitəsiz nitqdən ibarət olur: müəllifin sözü (M) vasitəsiz nitq «V»

Müəllim dedi: «Dərsə vaxtında gəlin».


Davamı →