Gürzə resepti

Ərzaqlar:
  • 250 qr. qoyun əti,
  • 80 qr. buğda unu,
  • 30qr. baş soğan,
  • 25 qr. quyruq,
  • 50 qr. qatıq,
  • 10 qr. sirkə,
  • 2 qr. sarımsaq,
  • tama görə duz,
  • istiot,
  • darçın.

Hazırlanması:
Yumşaq qoyun və ya mal ətini soğanla birgə ət maşınının xırda gözündən keçirir, üstünə duz, istiot,darçın səpib qovururlar. Ayrıca duz qatılmış su ilə ələnmiş buğda unundan bərk xəmir yoğurur,kündələyib nazik yuxalar yayırlar. Çay stəkanının nazik ağzı ilə xırda dairələr kəsir, onların üstünə(ortasına) qiymə qoyur, barmaq arasında tutaraq yanlarmı yiv formada büküb bağlayırlar.

Hazır gürzələri duz vurulmuş qaynayan suya töküb 10-15 dəqiqə bişirirlər. Gürzələr bişərkən suyunüstünə qalxır. Sonra onları kəfkirlə qazandan çıxarıb boşqablara yığır, üzərinə yağ və döyülmüş darçınsəpirlər. Yanında ayrıca piyalədə sarımsaqlı qatıq verilir.
Qeyd: Hazır gürzənin üzərinə ərinmiş kərə yağı tökmək olar.
 

0 şərh