Çoban qovurması

Ərzaqlar:
1.5 kilo quzu və ya dana əti
3 yemək qaşığı duru yağ
3-4 diş sarımsaq
5-6 ədəd acı bibər
4 orta boy pomidor
5-6 ədəd göbələk
1 baş soğan
Duz, istiot, cirə, kəklikotu
1 dəstə cəfəri

Hazırlanması:
Əti kubik şəklində doğrayıb tavada qovurun. Yağı, göbələyi və soğanı əlavə etdikdən sonra qarışdırın. Bibəri, sonra isə sarımsağı əlavə edib qarışdırın. Ətin suyu çıxanda duz və ədviyyatları, sonda xırda doğranmış pomidoru əlavə edib suyu çəkilənə qədər qovurun. Nuş olsun!
Davamı →

Qaraciyər kotleti

Tərkibi:
500 qr qaraciyər
1 yumurta
2 soğan
2 kök
70-110 qr un
duz, istiot, bitki yağı.

Hazırlanması:
Qaraciyər, soğan və kökü ətçəkən maşınından keçirin, qarışdırın.
Yumurta əlavə edin, qarışdırın.  Un, duz, istiot əlavə edin, qarışdırın, kotletləri formalayın.
Davamı →

Ağızda əriyən qoyun əti

Ərzaqlar:
— 1 kq sümüksüz qoyun əti
— 3 kivi
— 1 dəstə nanə
— yarım limonun şirəsi
— duz, istiot.

Hazırlanması:
Nanəni və kivini blenderdə xırdalayın, limon şirəsi, duz və istiot əlavə edin, qarışdırın. Ət üçün marinad hazırdır. Marinada əti qoyun, soyuquducuda 2 saat saxlayın. Sonra soyuducudan çıxardın, tavaya düzün.
Davamı →

Əti nə ilə yemək lazımdır ki, daha faydalı olsun?

Ət insan orqanizmi üçün ən faydalı və vacib qida məhsullarından biridir. Ət dedikdə həmçinin quş əti və balıq də nəzərdə tutulur.

Ət aminturşuları, zülallar, dəmir və s. bu kimi orqanizm üçün əvəzolunmaz maddələri ilə zəngindir. Lakin nəzərə almaq lazımdır ki, ətlə birlikdə qəbul edilən bəzi qidalar və içkilər bu faydalı maddələrin mənimsənilməsini azalda, digərləri isə əksinə artıra bilər. 

Belə ki, ətlə birlikdə süd məhsullarını (qatıq və s.) qəbul etmək olmaz. Süd məhsullarının tərkibində olan kalsium və fosfor dəmirin mənimsənilməsi prosesini pozur.
Davamı →

Ağ balıq buğlaması

İnqridientlər:
— 200 qram duzlu ağ balıq qurusu
— 20 qram un
— 50 qarm soğan
— 100 qarm pomidor
— 5 diş sarımsaq
— 20 qram zeytun yağı
— şüyüd
— istiot, duz.

Hazırlanma qaydası:
Duzlu ağ balıq filesi 1 gün soyuq suda saxlanılır, hissələrə bölünür və üzərinə un səpilir.

Duz və istiot vurulduqdan sonra zeytun yağında qızardılır. Xırda doğranmış tərəvəzlər yağa tökülür, üzərinə isə xırda doğranmış şüyüd və qızardılmış balıq qoyulur. Zəif odda hazır olana qədər bişirilir.
Davamı →