Рейтинг
+50.84

Azərbaycan tarixi

57 üzv, 186 topik

Azərbaycanda ərəb ağalığına qarşı üsyanlar. Babəkin başçılığı ilə azadlıq müharibəsi

Xilafətin Azərbaycanda həyata keçirtdiyi köçürmə, torpaq və vergi siyasəti xalqımızın bütün təbəqələrinin mənafeyinə uyğun gəlmirdi. Xilafətin soyğunçu və ağır vergi sistemi şəraitində kəndlilərin və sənətkarların var-yoxu bütün vasitələrlə əllərindən alınırdı. Bu zaman onların sərbəst və təhlükəsiz yaşaması üçün hər hansı bir təminatdan danışmağa da dəyməzdi. Vergilərin ağırlığından daha çox, onların yığılması eybəcər xarakter almışdı. Ən barbar -boyundan daş asmaq, hətta səhəng asmaq, döymək, Azərbaycan kəndlilərini uluc-«qanmaz» adlandırmaq, ailəsini qul edib əlindən almaq kimi üsullardan istifadə edilməsi xalqımızda ərəblərə qarşı dərin nifrət hissi yaradırdı. Eyni zamanda varlı adamlarınıızı, əsil-nəcabət sahibi olan əyanlarınıızı da ərəblər hüquqsuz vəziyyətə salır, yaşayış vasitəsi olan torpaq və digər əmlaklardan məhrum edir, inzibati və sosial hüquqlarını məhdudlaşdırır, onlara qarşı ayrı-seçkilik siyasəti yeridirdilər.


Davamı →

Azərbaycanın ərəblər tərəfindən işğalı

Ərəb tarixçisi Təbəri və başqaları VII əsrin 30-cu illərində ərəb sərkərdələrinin Vətənimiz Azərbaycana ilk yürüşləri və burada yerli xalq olan türklərlə döyüşlər aparması haqqında məlumat vermişdilər. 639-cu ildə ərəb qoşunu cənubdan Azərbaycana soxulsa da, çox güclü müqavimətə rast gəldi. Ərəblər Ərdəbil şəhəri üzərinə hücum edib, qalib gəldiklərindən Azərbaycanın cənub torpaqlarının mərzbanı İsfəndiyar 644-cü ildə ərəb sərkərdəsi ilə müqavilə bağlamağa məcbur oldu. Müqaviləyə görə əhali tabe olub torpaq və can vergisi ödəməli idi. Ərəblər isə onların dini etiqad və adətlərinə toxunmayacaqlarına söz verir, ölkəni tərk etmək istəyənlərə aman verir, ərəb qoşununda qulluğa girmək istəyənlər bir il vergidən azad olunurdular. 639 -642-ci illərdə ərəb qoşunları Muğanda və Şirvanda güclü müqavimətlə qarşılaşdılar, ancaq son nəticədə qalib gələrək hər iki ərazinin hakimləri ilə xərac və cizyə ödəmək haqqında müqavilələr bağladılar. 646-cı ildə Arana hücum edən ərəb ordusu Beyləqan və Bərdə şəhərlərini ələ keçirdi. Bu şəhərlərin də əhalisi xərac və cizyə vermək şərti ilə ərəblərlə sazişə girməyə məcbur oldular. Göründüyü kimi, ilk vaxtlar ərəblər ələ keçirdikləri ərazilərdə tam möhkəmlənmək gücündə olmadıqlarından öz hakimiyyətlərini müqavilələr şəklində rəsmiləşdirirdilər.


Davamı →

Albaniyanın siyasi tarixinin əsas məsələləri

Albaniyanın siyasi tarixini üç dövrə bölmək olar:

  1. Arşakilər sülaləsinin hakimiyyəti dövrü (I əsrin ortalarından 510-cu ilə qədər). Moisey Kalankatlının «Alban tarixi» əsərində Arşaki nəslindən olan on hökmdarın adı çəkilmişdir.
  2. Sasani mərzbanlığı dövrü (510-629-cu illər).
  3. Mehranilər sülaləsinin hakimiyyəti dövrü (630-705-ci illər).

I əsrdə Arşaki nəslindən olan I Cəsur Vaçaqan Albaniyanın bütün vilayətlərini vahid dövlətdə birləşdirmişdi. Tarixdə onun və varislərinin hakimiyyət dövrü haqqında geniş məlumatlar yoxdur. 226-cı ildə yaranmış Sasani dövlətinin Roma ilə apardığı uğurlu müharibələrin nəticələri Albaniya üçün böyük təhlükə yaratmışdı.


Davamı →

Azərbaycan 3-8 əsrin əvvəllərində yeni ictimai münasibətlərin yaranması

III əsrdə Azərbaycan sosial-iqtisadi inkişafının yeni bir mərhələsinə daxil oldu. Albaniya və Atropatenada ölkənin başlıca sərvətini təşkil edən torpaqla bağlı feodal münasibətlərinin aparıcı yer tutması bu dövrün əsas əlamətidir. Torpağın sahibi və mülkiyyətçisi olan hakim zümrə (feodal) cəmiyyətin əsas qüvvəsini təşkil edirdi. Var-dövlət, sərvətlə yanaşı, dövlətin idarə edilməsi, siyasət də onun əlində idi. Bu zümrə geniş hüquq və imtiyazlardan istifadə edirdi. Cəmiyyətdə nə varsa-ideologiya, din, mədəniyyət-hər şey onun mənafeyinə xidmət edirdi. Dövləti idarə edən hökmdar ən böyük torpaq sahibi (feodal) sayılırdı. Belə cəmiyyətin maddi nemətlərinin yaradıcısı isə kəndlilər və sənətkarlar idi.


Davamı →

Qafqaz Albaniyası

E. ə. IV əsrdə Azərbaycanın Araz sayından şimalda yerləşən torpaqlarında yaşayan və qədim türk söylarından biri olan Albanlar öz dövlətlərini qurmuşdular. Hələ e. ə. V əsrdə Herodot Araz çayından şimaldakı torpaqlarda kaspi adlı Alban tayfasının yaşaması haqqında məlumat vermişdir. Kaspilər fars-yunan müharibələrində piyada və atlı döyüşçülər kimi iştirak etmişdilər. E. ə. 331-ci il Qavqamela döyüşündə Əhəməni ordusımun tərkibində alban döyüşçülərindən ibarət bir hərbi dəstə Makedoniyalı İsgəndərə qarşı vuruşmuşdu.

Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə Alban hökmdarlığının mövcud olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir. Plini İsgəndərin e. ə. 327-ci ilə düşən Hindistan yürüşü zamanı Alban çarının ona iki dəfə qeyri-adi böyüklükdə köpək bağışlaması haqqında məlumat vermişdir. Bu məlumat e. ə. IV əsrin II yarısında Azərbaycanın şimalında Alban dövlətçiliyinin mövcudluğundan xəbər verir.


Davamı →

Atropatena dövləti

Atropatena dövlətinin yaranması. Makedoniyalı İsgəndarin Şərqə yürüşü nəticəsində e. ə. 330-cu ildə Əhəməni dövləti çökdü. Əhəmənilərin taleyini həll edən Qavqamela döyüşündə (e. ə. 331) antik müəlliflərin Midiya (Mada) adlandırdığı satraplığın başçısı Atropatın rəhbərliyi altında kadusilərin, albanların və sakasinlərin İsgəndərə qarşı vuruşmaları tarixi mənbələrdə təsdiq olunmuşdur. Strabon yazırdı ki, Midiyadan (Əhəməni) fərqli olaraq Atropat öz ölkəsinin makedoniyalılara tabe olmasına yol vermədi. İsgəndərə tabe olmadığına görə əvvəl satrap vəzifəsindən uzaqlaşdırılan görkəmli dövlət xadimi və uzaqgörən siyasətçi Atropat makedoniyalılarla savaş əvəzinə danışıqlar yolu tutdu.


Davamı →

Manna dövləti haqqında

Azərbaycan dünyada qədim dövlətçilik ənənələrinə malik olan bir ölkə kimi tanınır. Fəxrlə belə söyləmək olar ki, Azərbaycan türklərinin adı ən qədim çağlardan dövlət yaradan və dövlətçilik ənənələrini qoruyub saxlaya bilən xalqların sırasında çəkilir. E. ə. III minillikdə erkən dövlətlər yaratmaqla tarixin səhnəsinə çıxan Azərbaycan türkləri e. ə. I minilliyin əvvəllərində Azərbaycanın cənubunda Manna adlı yeni bir dövlətin əsasını qoymuşdular. Mannanın adı ilk dəfə e. ə. 843-cü ildə Assur mixi kitabəsində «Munna» kimi çəkilmişdir. Urartu yazılarında bu dövlətin adı Mana, Tövratda isə Minni kimi verilmişdir. Urmiya gölündən cənubda İç Zamuada yaşayan mannalılar bu bölgədə mövcud olan siyasi qurumları — «ölkələri» öz dövlətlərinin tərkibində birləşdirmişdilər. Nəticədə Mannanın coğrafi hüdudları xeyli genişlənmişdi.


Davamı →

Kuti, Lullubi və Turukkilər

E. ə. III — II minilliklərdə Azərbaycanın cənubunda və şimalında ilkin tayfa birlikləri mövcud idi. Azərbaycanın cənubunda yaşayan etno — siyasi birliklərdən kutilər, lullubilər, su və turukkilər haqqında qədim Şumer — Akkad mixi yazılarında kifayət qədər məlumatlara rast gəlinir. E. ə. III minilliyin II yarısında Azərbaycanın cənubunda Lullubi və Kutilərin erkən dövlətləri yaranmışdır.


Davamı →

Qarabağda 19-cu yüzilliyin 2-ci yarısında kənd təsərrüfatı,sənətkarlıq və ticarətin inkişafı

Qarabağ qədimdən təsərrüfatın inkişaf etdiyi bölgələrdən biri olmuşdur. Qarabağ regionu təbii-coğrafi cəhətdən əlverişli ərazidə olduğu üçün kənd təsərrüfatı inkişaf edirdi.
Oturaq əkinçiliklə məşğul olan Qarabağ əhalisi arpa, buğda və darı becərirdi. Buğdanı saxlamaq üçün təsərrüfat quyularından və saxsı küplərdən istifadə edilirdi. Su dəyirmanlarından taxıl məhsullarının emalı üçün geniş istifadə olunurdu.
Qarabağda ucsuz-bucaqsız bağlar var idi. Bu bağlarda hər növ meyvə, xüsusilə əncir, zeytun, yunan qozu, nar, üzüm, alma, ərik və şaftalı yetişdirilirdi. Qarabağda çoxsahəli oturaq əkinçilik ilə bərabər yarımköçəri maldarlıqla da məşğul olurdular. Qarabağın yüksək alp çəmənliyi və çay hövzələri maldarlığın və atçılığın inkişafına mühüm təsir göstərirdi. Burada yerli Qarabağ at cinsi bəslənirdi.
Davamı →

19-cu yüzilliyin 2-ci yarısında Qarabağda mədəniyyətin inkişafı

Qarabağın tarixini onun maddi və mənəvi mədəniyyəti zənginləşdirir. Qarabağda orta əsrlərə və yeni dövrə aid çoxlu sayda maddi mədəniyyət abidələri qeydə alınmışdır. Bu baxımdan Şuşa-Pənahabad daha zəngin idi. Şəhərdə bənzərsiz memarlıq abidələri ilə yanaşı, dahi sənətkarların, görkəmli ictimai-siyasi və dövlət xadimlərinin, alimlərin abidələri yaradılmışdı. Təəssüf ki, Şuşanın nadir memarlıq inciləri — məscidlər, dahi sənətkarların abidələri və qədim məzarlar erməni vandalları tərəfindən dağıdıldı.
Davamı →