Gənədən qorunma yolları

Yay aylarında insanları ən çox qorxudan problemlərdən biri də gənədir. Gənədən qorunmaq üçün nələr edilməlidir?

Gənə dişləməsi nəticəsində keçən krım-Kongo Qanamalı Atəşi (KKKA) xəstəliyi mövzusunda məlumat verən. Dr. Ərdən Uzun, “Hər il mart-noyabr ayları arasında və iyun aylarında pik nöqtədə görüldüyünü bildirib. Son illərdə bu xəstəlik hiss ediləcək dərəcədə artıb.

Virusu daşıyan xüsusilə hyalomma növünə aid gənələrin insan bədəninə yapışması, virusu daşıyan gənələrin çılpaq əl ilə əzilməsi, KKKA virusunu daşıyan heyvanların qan, toxu və digər bədən mayeləri ilə təmas edilməsi, KKKA xəstələrinin qan və digər bədən mayeləri ilə təmas edilməsi ilə keçə bildiyini” bildirib.

Gənə necə çıxarılmalıdır
Bədənə yapışmış gənənin çıxarılması mövzusunda əhəmiyyətli tövsiyələrdə də olan Dr. Ərdən Uzun, “Gənə yapışmaları sıxlıqla ağrısız olduğu üçün, gənə yapışdıqdan çox daha sonra, hətta gənə qan əmərək şişdikdən sonra fərq edərlər. Gənə nə qədər qısa müddətdə bədəndən uzaqlaşdırılsa xəstəlik riski də bir o qədər azalar.

Bədən üzərindəki gənələr öldürülməməli və partladılmamalıdır. Gənələri bədəndən uzaqlaşdırmaq məqsədiylə, gənələrin üzərinə siqaret basmaq, odekolon, kerosin, spirt və bənzəri kimyəvi məhsullar tökmək kimi üsullara müraciət edilməməlidir. Bədənə yapışan gənə, heç vaxt itirilmədən çılpaq əl ilə toxunmamaq şərtiylə, bir gənə kartı, əlcək, kağız dəsmal, bez və ya neylon paket kimi material istifadə edilərək, əzmədən, partlatmadan dərhal çıxarılmalıdır.

Bədənə yapışan və ya heyvanların üzərində olan gənələr qətiliklə çılpaq əl ilə öldürməməli və partladılmamalıdır. Gənə bədəndən çıxardıldıqdan sonra, yapışma yeri su və sabunla təmizlənməli və daha sonra tentürdiyot və baticon kimi antiseptik tətbiq olunmalıdır. Bədənə yapışan gənələrin uzaqlaşdırılması əməliyyatını kəslər özləri edə bilərlər.

Əgər adam gənəni özü çıxara bilməyəcəksə ən yaxın sağlamlıq mərkəzində çıxarılması təmin edilməlidir. Bədəninə gənə yapışan kəslər özlərini 10 gün müddətlə halsızlıq, iştahsızlıq, hərarət, əzələ ağrısı, baş ağrısı, ürək bulanma, qusma və ya ishal kimi ifadə edilən cəhətdən izləməli və bu əlamətlərdən bir və ya bir neçəsinin ortaya çıxması halında dərhal ən yaxın sağlamlığ mərləzinə müraciət etməlidirlər” .

Gənədən qorunma yolları
Mümkün olduğu qədər gənələrin tapıldığı sahələrdən (heyvan sığınacaqları, təbii sahələr, meşələr, meşə kənarları, əkinçilik əraziləri) qaçınılması lazımdır. Heyvan sığınacaqlarına, çöl sahələrəri, meşə kənarı və əkinçilik əraziləri ilə bu kimi yerlərə gedənlər mümkün olduğca bədəndə açıq qisim qalmamasına diqqət göstərməli gənələrin daha asan fərq edilməsi səbəbiylə açıq rəngli paltarları seçməlidirlər.

Gənələrin bədənə girə biləcəyi yerlərin bağlanılması (məsələn şalvar paçalarının corab içinə alınması, çəkmə geyilməsi) lazımdır. Dönüşdə mütləq bədən və paltarlar gənə cəhətdən nəzarət edilməli, gənə varsa uyğun şəkildə uzaqlaşdırılmalıdır.
 

0 şərh