Passiv həyat tərzinin beyinə zərəri
Bu araşdırmada, sıçovullar iki qrupa ayrılır. 12-həftə ərzində olan təcrübədə, birinci qrupda sıçovullar təkərli qəfəsə yerləşdirilir, ikinci qrupda isə heyvanlar normal qəfəsə yerləşdirilir və istədikləri zaman qaça bilərlər. Təkərli qəfəsdəki heyvanlar hardasa gündəlik 5 km qaçırdılar. İkinci qrup heyvanlar isə pasiv həyat tərzi keçirirdilər.
12 həftədən sonra iki qrupun heyvanların beyinlərində qabarıq dəyişikliklər əmələ gəlib. Qaçan heyvanların beynindəki (arxa beyindəki medulla reqionundakı) neyronların çıxıntıları, pasiv qaçmayan heyvanlara nisbətən, daha az böyüyüb. Pasiv heyvanların beynindəki daha uzun neyron çıxıntıları lazımsız elektrik impulslara səbəb ola bilər. Bu anormal dərəcədə fəal (lazımsız) elektrik impulslar ürəyin normaldan daha sürətli döyüntüsünə səbəb olur. Və bu da yüksək qan təzyiqi və sonra da, daha ciddi ürək-damar xəstəliklərinə səbəb ola bilər. Fəal qaçan heyvanların beynindəki neyronlar ürəyin döyünməsini daha yaxşı tənzim eləyir və artıq ürək döyünməsinin qarşısını alır.
Bu təcrübə heyvanlarda olsa belə, nəticələr insan biologiyasının başa düşülməsində böyük rolu var. İndi biz daha yaxşı anlayırıq, beyindəki neyron hüceyrələndəki artıq lazımsız impulslar necə insanda ürək-damar xəstəliklərinə səbəb ola bilər. Ona görə, monitor, laptop və divanda televizorun önündə az oturun, hər 30-60 dəqiqədən bir yüngül idman edin, məsələn, oturub-durun. Pasivlik yeni əsrin tibbi problemlərinin böyük qaynağıdır.
0 şərh