Orqazm zamanı beynimizdə nələr olur?

İngilis qəzetində nəşr olunan bir xəbərə görə, elm adamları orqazm əsnasında qadınların beyinlərinin nə şəkildə dəyişildiyini, bir animasiya sayəsində təhlil etməyi bacardı. 

Elm adamları qadınların beyinlərinin orgazmdan əvvəl, orqazım zamanı və bundan sonrakı müddətdəbeyin hərəkətliliyini göstərən ilk filmi çəkdilər. Animasiya beynin fərqli bölgələrinin bir yerdə ahəng içində hərəkət etdiyini, bu hərəkətliliyin ən üst səviyyədə olduğunu və daha sonra yavaşca durğunlaşdığını göstərir. 

Animasiyanı yaratmaq üçün mütəxəssislər bir qadından funksional maqnetik rezonans göstərmə maşınının içinə uzanmasını istədilər. Mastürbasya əsnasında könüllünün beyin fəaliyyətindəki artım və dəyişmələr qeyd edildi. 


Davamı →

Passiv həyat tərzinin beyinə zərəri

Klassik tibb elminə görə (hardasa 20 il əvvəl), insan olğunlaşandan sonra beyin hüceyrələrinin (neyronların) inkişafı dayanır, neyronlar çox dəyişməz görülürdü. Amma çox sayıda modern elmi təcrübələr göstərir ki, beyindəki neyronların inkişafı çox elastikdi, insanın gənc yaşlarından sonra belə. Təcrübələr göstərir ki, idmanla fəal məşğul olmaq olan neyronlarda dinamik dəyişiklərə səbəb olur, və həm də, yeni neyronların əmələ gəlməsinə təkan verir. Yeni araşdırma isə göstərir ki, tərsinə, pasiv həyat tərzi (çoxlu yatmaq, oturmaq və qısacası, mütəmadi idmanla məşğul olmamaq) də neyronlarda xüsusi dəyişiklərə səbəb olur.

Davamı →