Xarici dil öyrənmək üçün 10 vacib addım

1-ci addım:

Qəti qərar verin: 
Dil öyrənməyə neçə dəfə başlamısınız? Güman ki, bir çox dəfə. Amma kursa getmisiniz, kitab almısınız, internetdən təqib etmisiniz və sıxılıb buraxmısınız. Təkrar olaraq bunu yaşamamaq üçün dil öyrənməyə ciddi bir qərar verməyiniz lazımdır. Niyə dil öyrənmək istədiyinizi bilməyiniz də bura daxildir. Başqa ölkələrə köçmək, işləmək, gəzmək üçün ola bilər. Başqa dildə oxumaq, yazmaq, film və videolar izləmək üçün də ola bilər. Hər nə olursa olsun, siz qəti qərarınızı verin və o cür başlayın. 

2-ci addım:

Proqramınız təqvimli olsun: 
Dil öyrənərkən özünüzü aldatmayın. 3 ayda dil öyrənmək üçün 24 saat həmin dildə olan kitablarla yatıb qalxmalısınız. Məsələn, belə bir proqram ola bilər: 6 ayda oxumaq, 10 ayda yazmaq, 12 ayda danışmaq, 24 ayda tərcümə etmək. Bu, təxmini, yeni bir dil öyrənən insanlar üçün olduqca uyğun bir proqramdır.

3-cü addım:

Proqramınıza əməl edin: 
Çalışın konkret saatlar ayırın dil öyrənməyə. Əgər plandan əlavə işiniz çıxarsa o zaman məsələn maşınınızla ya avtobusla gedərkən telefonunuza yüklədiyiniz materiallardan dinləyin. Əsla, “Neçə gündür, çalışmıram..bu iş olmayacaq” deməyin. Hər zaman davam edin. Bəzən sizdən asılı olmayan səbələrə görə, proqramınız 1-2 ay kimi uzun müddət qədər uzana bilər. O zaman qətiyyən dil öyrənməkdən əl çəkməyin, ara verdiyiniz müddəti zaman təqviminə əlavə edin və davam edin.

4-cü addım:

Nizamlı öyrənməyin: 
Bu ifadəni səhv yazdığımı zənn edə bilərsiniz. Xeyr, doğru yazdım: Nizamlı öyrənməyin. Nəzərdə tutduğum budur: Yəni sıra ilə gedərək qrammatik məlumatları, ən sadə cümlələrdən başlayaraq danışmağa çalışmaq məşqləri etməyin. Bu gün çox sadə bir mövzu, digər gün heç eşitmədiyiniz ağır məlumatlar ehtiva edən başqa bir mövzunu çalışın. Qrammatikanı fərqli mənbələrdən öyrənməyə çalışın. Unutmayın, uşaq olanda, danışdığımız dili öyrənərkən, nə qrammatika bilirdik, nə də dil bilgisi. Yeni dili də bu cür düşünün. Hər yerdən məlumatlanmağa çalışın. Adi gündəlik işlərinizi görərkən belə evdə olan əşyaların öyrənməyə çalışdığınız dildə necə səsləndiyini araşdırın. 

5-ci addım:

Əzbərləməyin: 
Xarici dil öyrənərkən əzbərləməyə ehtiyac yoxdur. Yeni tanış olduğunuz hər kəsdən, “adın nədir, haralısan, nə qədər vaxtdır burdasan, nələri sevirsən” kimi sualları arxa-arxaya soruşuruqmu? Xeyr, söhbət bizi o suallara onsuz da aparır. Əzbərləmək yerinə sözləri və cümlələri bol bol istifadə edin. Yeni  öyrəndiyiniz sözləri davamlı istifadə etməyə çalışın. 

 

0 şərh